Mövzu 10 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanması qaydaları. X mühazirənin plani



Yüklə 36,01 Kb.
səhifə9/10
tarix10.11.2022
ölçüsü36,01 Kb.
#68373
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
duz Mühazirə 10

4.Təqdimatda rəng seçimi
4.1. Mətndə 2-3 rəngdən artıq rəng olmamalıdır. Diqqət yetirmək lazımdır ki, mətnin şriftlərinin rəngi slaydın fonunun rənginə qarışmasın.
4.2. Slaydın fonunun açıq rənglərdə olması, mətnin isə tünd rənglərdə verilməsi məqsədəuyğundur.
5. Təqdimatda şriftin ölçülərü
5.1. Slaydın başlıqlarının şrift ölçüsünün auditoriyadan asılı olaraq, 32 və daha çox olması da məqsədəuyğundur.
5.2. Hər bir slaydda təqdim edilən mətn hissəsinin başlığı qeyd edilməlidir.
5.3. Əsas mətnin şriftinin ölçüsü 24-28 arası olmalıdır (şriftin seçimindən asılı olaraq, ölçü müəyyən edilir). Daha az əhəmiyyət kəsb edən informasiyalar (əlavələr və qeydlər) 20-24 arası şriftlərlə tərtib edilə bilər.
5.4. Əgər mətn bir slayda yerləşmirsə, onu 2-3 hissəyə bölərək təqdim etmək olar (əsas odur ki, mətn tamamlanmış və oxunaqlı olsun).
6. Təqdimatın dizaynı
6.1. Təqdimatda müxtəlif tipli informasiyalar (mətn, qrafik təsvir, səs effekti, animasiya, videofraqmentlər və s.) bir-birini tamamlamalıdır. Buna görə də, müxtəlif tipli informasiyaların xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, mətn üçün şriftin seçimi vacibdir, qrafika üçün rənglərin parlaqlığı və zənginliyi, bunların birgə anlaşılması üçün slaydda optimal rəng seçimi ilə yerləşdirilməsi vacibdir.
6.2. Təqdimat görünüşlü olmalıdır, cədvəl və sxemlərin görünüşü mətnlə tamamlanmalıdır.
7. Yekun
7.1. Sonuncu slaydın minnətdarlıqla bitirilməsi tövsiyə olunur.
7.2. Təqdimat sistemli, maraqlı, görünüşlü olmalı, dinləyiciləri monoton mətnlə və ya çoxrəngliliklə yormamalıdır

Mühazirə mövzusu üzrə ədəbiyyat siyahısı



  1. T.Ə.Əbdülhəsənli, T.Ə.Xəlilova, M.B.Əmrahova. “Azərbaycan dili və nitq mədəniyyəti” (interaktiv dərslik). Bakı, 2020.

  2. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı , 2013.

  3. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” Bakı, 2014.

  4. T.Əbdülhəsənli, A.Hüseynova . “İşgüzar yazışmalar” (dərslik). Bakı, 2015.

  5. T.Əbdülhəsənli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti). Bakı, 2018.


Əlavə ədəbiyyat

  1. N.Məmmədli. “Azərbaycan dili və nitq mədəniyyəti”. I cild. Bakı, 2020.

  2. F.Şiriyev. “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika”. Bakı, 2014.

  3. T.Əbdülhəsənli, A.Hüseynova. “İşgüzar yazışmalar” (dərs vəsaiti). Bakı, 2014.

  4. T.Əbdülhəsənli, F.Kazımova, C.Allahverdiyev. “İşgüzar yazışmalar” (dərs vəsaiti). Bakı , 2017.

  5. E. Musayev. “Kargüzarlığın təşkili”. Bakı, 2008.




Yüklə 36,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin