Mövzu 10 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanması qaydaları. X mühazirənin plani



Yüklə 36,01 Kb.
səhifə5/10
tarix10.11.2022
ölçüsü36,01 Kb.
#68373
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
duz Mühazirə 10

C. Arayışın forması – Çox vaxt arayışlar xüsusi blankda hazırlanır. “Arayış” sözü vərəqin ortasında yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunundan sonra müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir.
Ç. Arayışın dili – Arayışın dili xüsusi üslubda tənzimlənir. Arayış sırf elmi ədəbi dildə yazılmalı, heç bir bədiiliyə, emosionallığa yol verilməməlidir. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə digər təşkilat tərəfindən verilir. Bir arayışda bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür. Mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünəməxsus forması var. Belə ki, arayışın sol tərəfdən üst küncündə idarənin ştampı, ortada “arayış” sözü, aşağıda məzmunu, daha sonra arayışın təqdim olunduğu yer göstərilir. Axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü vurulur.


Nümunələr


ARAYIŞ

Pərvin Rüstəm qızı İsmayılova həqiqətən Azərbaycan Dövlət İqtisad Universitetində laborant vəzifəsində çalışır.


P.İsmayılovanın maaşı 500 manatdır.
Arayış Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmək üçün verilir.
Universitetin rektoru: prof.S.Aslanov
Baş mühasib: A.Qasımov

TƏQDİMAT. «Təqdimat» sözü ərəb mənşəli olub, “təqdim” sözündəndir. “Təqdim” sözü ərəb dilində çoxmənalıdır: 1) irəlisürmə, irəliçəkmə; 2) bir şəxsin hüzuruna bir şeyi, bir nəfəri gətirmə, vermə; 3) bir adamı başqasının hüzuruna çıxararaq, onları görüşdürmə, tanışetmə.
Təqdimat rəsmi sənəd olaraq, aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş eiməsi zərurətində yazılır. Təqdimat ərizə və tələbnamə deyil. Təqdimat ərizədən yuxarı, tələbnamədən aşağıda dayanan bir xahişnamədir. Məsələn, bir nəfərin mükafata, təqaüdə, müəllimliyə təqdim edilməsi. Təqdimat yalnız xoş niyyətlər üçün yazılmır. Eyni zamanda, hər hansı bir səbəbdən işçi yuxarı qurumun rəhbəri qarşısında məsələ qaldırır – təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə, əmrdə kimin təqdimatı əsasında cəza verildiyi göstərilir. Və yaxud, yuxarı qurumun iclasında müzakirə edildikdə, təqdimatın tam mətni oxunur. Təqdimatın forması təxminən ərizə kimidir.

Nümunələr


Yüklə 36,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin