Şəkil 6.25. Toz halında olan odsöndürücülərin sxemi
Stasionar yanğınsöndürən qurğular. İstehsalat binalarının daxilində montaj olunmuş və daima fəaliyyətə hazır olan yanğınsöndürmə qurğuları stasionar qurğular adlanır. Onlar avtomatlaşdırılmış və məsafədən idarə olunan qurğulara bölünür. Avtomatlaşdırılmış yanğınsöndürən qurğular yanğının yaranması zamanı xidmətedici personalın müdaxiləsi olmadan işə düşürlər. Məsafədən idarə olunan qurğular isə insanlar tərəfindən işə salınır.
Şəkil 6.26. Sulu odsöndürücüsü olan
stasionar avtomatik qurğular
Avtomatlaşdırılmış yanğınsöndürmə qurğularının ən geniş yayılmış növlərinə su və köpüklü odsöndürən sprinkler (ingilis sözündən sprinkle -çiləmək) və drençer (ingilis sözündən drench - islatmaq) qurğuları aiddir.
Sprinkler qurğuları yanğın barədə avtomatik siqnal vermək və yanğının yayılma sürətinin məhdud olduğu obyektləri yanğından mühafizə etmək üçün nəzərdə tutulmuşdur, bu da sprinklerlərin vaxtında işə düşməsinə və yanğın mənbəyini lokallaşdırmağa imkan verir. Sprinkler qurğusu su təchizatı mənbəyindən, nasoslardan, nəzarət-siqnal sistemindən, boru kəmərlərindən və sprinkler başlıqlarından ibarətdir.
Sprinklerli qurğuların tətbiq olunması praktikası göstərmişdir ki, onların quraşdırıldığı binalarda yaranan yanğınların 90%-dən çoxu söndürülmüşdür. Onlar lokal yanğınların və yanmaların söndürülməsi, tikinti konstruksiyalarının soyudulması və yanğın barədə siqnalın verilməsi üçün nəzərdə tutulmuşdur. Sprinklerli başlıqların sxemləri şəkil 6.27 və 6.28-də təsvir olunmuşdur.
Sprinkerli su qurğuları (şəkil 6.29) həmişə hazırlıq vəziyyətində təzyiq altında olur. Bu təzyiqi avtomatik olaraq qurğuya suyun verilməsini nizama salan qurğu yaradır.
Dostları ilə paylaş: |