Mövzu-10. Texnogen yanğınlar şəraitində həyat fəaliyyətinin təhlükəsizliyiŞəkil 6.20. Yanğın avadanlığının yerləşdirilməsi üçün rəf
Qum üçün yeşik. Quru qum yanma zonasını soyudur və oraya oksigenin daxil olmasının qarşısını alır. Onun ölçüləri adətən 0,5 x 1,0 x 3,0 m olur və çalovşəkilli bellə təchiz edilir. Yeşiyin qapağı üzərində “yanğın halına qarşı qum” yazısı yazılır. Su üçün çəllək. Böyük istilik tutumuna və buxar əmələgəlmənin böyük istiliyinə malik olan su yanma zonasını soyudur. Su çəlləyinin həcmi 0.2 m3-dan az olmamalıdır. Digər odsöndürücü vasitələrdən biri asbest və ya qabayunlu parçadır. Onlar yanma zonasını oksigenin daxil olmasından izolyasiya edirlər. İlkin yanğınsöndürmə vasitələrindən biri əl odsöndürücüləridir. Onlar texniki qurğulardır və yanğının yaranmasının ilkin mərhələsində odun söndürülməsi üçün nəzərdə tutulmuşdur. İstifadə olunan odsöndürücü materialdan asılı olaraq onlar bölünür (şəkil 6.22): Yüklə 1,78 Mb. Dostları ilə paylaş: |