Yanğınların daha çox olma ehtimalı əsasən aşağıdakı obyektlərə aid edilir: - kimya, neft emal edən və sellüloz-kağız sənayesi müəssisələri; -qaz və neft məhsullarını enerji daşıyıcıları üçün xammal kimi istifadə edən müəssisələr; -qaz və neft kəmərləri; -yanma təhlükəsi olan maddələri daşıyan bütün nəqliyyat vasitələri; -yanacaq doldurma stansiyaları; -yeyinti sənayesi müəssisələri; -lak və boya materialları istifadə edilən müəssisələr və s. Beləliklə, göstərmək olar ki, müxtəlif miqyaslı və müxtəlif yaranma, inkişaf və zədələyici təsir xüsusiyyətlərinə malik olan antropogen mənşəli yanğınlar ən təhlükəli və tez-tez təkrarlanan fövqəladə hallardan biridir.
Yanma prosesi rus alimi M.V.Lomonosov tərəfindən kəşf edilmişdir. Yanğın – qəflətən (çox sürətlə, bir anda) baş verən hadisədir, bu vaxt məhdud məkanda böyük miqdarda enerjinin ayrılması ilə müşayiət olunan maddənin çevrilməsinin qısamüddətli prosesin baş verməsidir. Yanğın həm də maddi dəyərlərin məhv edilməsi, insanların həyatı və ətraf mühit üçün təhlükə yaradan nəzarətsiz yanma prosesidir.
Yanma istilik və işıq ayrılması ilə gedən oksidləşmə reaksiyasıdır. Yanmanın 3 şərti var. Yanar maddənin, yanma temperaturunun və oksigenin mövcud olması. Yanmanın kəsilməsi (sönməsi), yanmanın təmin olunması şərtlərinin (3 şərt) əksinə olaraq, bu 3 şərtdən birinin (yanma temperaturu, yanar maddə, oksigenin mövcudluğu) olmaması oradan (yanma mühitindən) çıxarılması ilə baş verir. Bu 3 şərt daha geniş formada belə şərh olunur: - yanar maddə (istehsal proseslərində istifadə olunan yanar maddələr və yaşayış və ictimai binaların konstruksiyasında (binanın içərisi, içi, daxili) istifadə olunan materiallar istisna olmaqla); -oksidləşdirici (havanın oksigeni, molekullarının tərkibində oksigen olan kimyəvi birləşmələr – şoralar, azot turşuları, və ftor, xlor, bom kimi kimyəvi elementlər) (oksigenin konsentrasiyası 21%-dən 14-18%-ə qədər azaldıqda bir çox maddənin yanması dayanır); -yandırma, alışdırma, odlandırma mənbəsi (açıq od və ya təsadüfi qığılcım və s.). Beləliklə, əgər sadalanan bu komponentlərdən birini sıradan çıxartmaq mümkün olsa, onda yanğını dayandırmaq olar.
İstehsalat şəraitində yanğının yaranması üçün enerji mənbəyi – impuls lazımdır. O, istilik, kimyəvi və ya mikrobioloji impulslar ola bilər.
Yanğınların qrupları. Ətraf mühitlə qaz mübadiləsi və istilik mübadiləsi şəraitində bütün yanğınlar açıq məkanda və qapalı (hasarlanmış) mühitdəki yanğınlar kimi iki qrupa ayrılır.
Açıq məkandakı yanğınlar şərti olaraq üç növə bölünür: yayılan, yayılmayan (yerli), kütləvi yanğınlar.
Ölçüləri artan (yanğın cəbhəsinin eni, perimetri, radiusu, yanğın cinahlarının uzunluğu və s.) yanğınlara yayılan yanğınlar deyilir.
Ölçüləri dəyişməz qalan yanğınlara yayılmayan (lokal) yanğınlar deyilir. Neft və neft məhsullarının böyük anbarlarında olan bir və ya bir qrup çənlərin yanması belə yanğın növünə aiddir (şəkil 6.6).
Dostları ilə paylaş: |