2)Odlu kürə yanğınları. Odlu kürə – yanan yanacaq kütləsinin və ya buxar buludlarının yer səthindən yuxarı qalxan böyük həcmidir. Odlu kürənin əmələ gəlməsi yüksək təzyiqli rezervuarların dağılması və ya təyyarələrin daxilində partlayış vaxtı onun daxilindəki maddələrin ətraf fəzaya atılması nəticəsində tezalışan qazvari maddələrin yanması vaxtı baş verir. Ani müddətdə yaranan yanacaqla həddən artıq doymuş karbohidrogen məhsullarının aerozol buludları həcmi partlayışa məruz qalmayaraq özünün xarici örtüyü ətrafında yanmağa başlayaraq yuxarı dartılır və odlu kürə əmələ gətirir (şəkil 6.7).