Şəkil 6.7. Odlu kürə yanğını və insanların istilik zədələnməsi zonaları
Belə odlu kürələr istilik enerjisi axınları şüalandırır, bu da öldürücü yanıqlara səbəb ola və tezalışan əşyaları yandıra bilər. Zədələmə ocağında dörd dairəvi yanıq zonası seçilir.
3)Otaqlarda yanğın. Yaşayış və ya iş otaqlarında yanğının yaranması anı qapıların bağlı halda olması və yanğının bütün istiqamətlərə eyni sürətlə yayılmağa başlaması, həmçinin yanğının otağın mərkəzində yaranmasıdır.
4)Hava-buxar qarışıqlarının yanması.
5)Yüngül alovlanan və sərbəst axan maye yanğınları.
6)Ayrı-ayrı bina və sənaye obyektlərində yanğınlar.
Tələbələrin təhsil ixtisasları ilə əlaqəli yaranan yanğınların səbəbləri. Ümumiyyətlə, elektrik avadanlıqlarında yaranmış yanğınların payi 20% təşkil edir. Onlardan biri Elektron-hesablama maşınlarının istismarı zamanı yarana bilən yanğınlardır. Qəza vəziyyəti aşağıdakı hallarda yarana bilər: -qısa qapanmalarda (43%); -həddən artıq yüklənmədə (13%); -elektrik xətlərinin bir-birinə toxunduğu yerlərdə keçid müqavimətlərinin artmasında (5%); -həddən artıq gərginlikdə; -cərəyan itkisinin yaranmasında. Belə qəza hallarının yaranması zamanı istilik enerjisinin kəskin ayrılması baş verir, bu da yanğının səbəbi ola bilər.
Qısa qapanma rejimi – belə yanğınlar elektrik cərəyanının kəskin artması, elektrik qığılcımlarının, ərimiş metal hissəciklərinin, açıq alovların, izolyasiya materiallarının alovlanması zamanı baş verir. Qısa qapanmanın səbəblərinə avadanlıqların layihələndirilməsi zamanı buraxılmış səhvləri, izolyasiya materiallarının köhnəlməsini, onların nəmlənməsini, mexaniki həddən artıq yüklənmələri aid etmək olar.
Həddən artıq yüklənmə - kompüterlərin ayrı-ayrı elementlərinin həddən artıq qızması zamanı baş verə bilər. Bunun səbəbinə onların layihələndirilməsi zamanı buraxılmış səhvləri aid etmək olar. Məsələn, cərəyan gücünün 1.5 dəfə artması rezistorların 200-3000C-yə qədər qızmasına gətirib çıxarır.
Elektrik xətlərinin bir-birinə toxunduğu yerlərdə keçid müqavimətlərinin artması – qəza müqavimətləri yerlərində (keçid klemmalarında (sıxaclarda), dəyişdirici açarlarda və s.) yaranan istilikdən izolyasiyanın və ya yaxında yerləşmiş digər yanar materialların alovlanma mümkünlüyü.
Həddən artıq gərginlik – onlardan keçən cərəyanın artması, ayrı-ayrı elementlər arasında gərginliyin artması hesabına cərəyan daşıyıcı hissələrin qızması. Ayrı-ayrı elementlərin sıradan çıxması və ya onların parametrlərinin dəyişməsi zamanı baş verir.
Cərəyan itkisinin yaranması – ayrı-ayrı cərəyan aparıcı elementlərin və yerbirləşmə konstruksiyaların izolyasiyalarının yerli qızması nəticəsində baş verə bilər.
Texnogen yanğın zonaları.Yanğın müəyyən bir sahədə və ya həcmdə inkişaf edir və şərti olaraq üç zonaya bölünür, bu vaxt onların dəqiq sərhədləri yoxdur: yanma, istilik təsiri, tüstülənmə.
Yanma zonası. Yanma zonası məkanın elə hissəsi adlanır ki, burada yanacaq maddələrin yanmaya hazırlanması prosesi baş verir (qızma, buxarlanma, parçalanma). Onun tərkibinə buxar və qaz həcmləri daxildir və onlar yanma zonası və buxar və qazın yanma zonasına daxil olduğu yanar maddələrin səthi ilə məhdudlaşır. Yanğınların və yanma zonasının xarakterik halları şəkil 6.8-də göstərilmişdir. Yanğında yanma zonası istilik generatorudur. Belə ki, məhz burada bütün istilik ayrılır və ən yüksək temperatur inkişaf edir. Lakin istilik ayrılması prosesi bütün zonada yox, yanma cəbhəsində baş verir. Məşəl alovunun içərisində temperatur əhəmiyyətli dərəcədə aşağıdır, yanar materialın səthində isə daha da azdır. Qazformalı, maye və bərk maddələrin yanması vaxtı məşəlin alovunda temperaturun paylanması sxemi şəkil 6.9-da göstərilmişdir.