Yanğın vaxtı təhlükəsiz davranış qaydaları. Onlar aşağıdakılardır:
1. Soyuqqanlı olmaq, vəziyyəti tez bir zamanda qiymətləndirmə qabiliyyətini saxlamaq və düzgün qərar qəbul etmək. Özündə və ətrafdakı insanlarda özünü itirmə və çaxnaşma hallarına üstün gəlmək (özünə tabe etmək).
2. Yanğın zamanı binanı dərhal tərk etmək, bunun üçün əsas və ehtiyat çıxışlarından, daxili və xarici pilləkənlərdən, əlaltı vasitələrdən (aşağı mərtəbələr üçün bir-birinə bağlanmış mələfələrdən, pərdələrdən və s.) istifadə etmək. Liftdən istifadə etmək tövsiyə olunmur (belə ki, istənilən hər bir kəs yanğını söndürməyə başlamazdan əvvəl yanan otağın elektrik qidalanmasını söndürməlidir və söndürəcək). Bunlarla bərabər, müasir liftlər yanğın siqnalizasiyası ilə təchiz olunur. Belə ki, liftlərə yanğın siqnalı ötürüldükdə, onlar avtomatik olaraq birinci mərtəbəyə enir və heç bir çağırışa cavab vermir.
3. Yanğın söndürənləri çağırmaq (bu zaman dəqiq ünvanı, öz soyadını demək), gələn yanğınsöndürən komandanı qarşılamağı təşkil etmək, ətrafdakılara yanğın barədə xəbər vermək.
4. Əgər yanğın ocağı çox da böyük deyilsə, yanğın komandası gələnədək onu əlaltı vasitələrlə söndürməyə cəhd göstərmək.
5. Yanan otaqlardan keçib gedərkən başınızı yaş material ilə (odeyal və s.) örtmək, tüstü bürümüş otaqları isə sürünərək və ya aşağı əyilərək keçmək – bu zaman tüstüdə boğulma ehtimalı daha az olur.
6. Yanma məhsullarından mühafizə olunmaq üçün fərdi mühafizə vasitələrindən, o cümlədən əlaltı vasitələrdən istifadə etmək. Dəm qazı suda həll olunmur, buna görə də yaş parça ilə mühafizə olunma kömək etmir.
7. Tüstülü pilləkən qəfəsi ilə yanan binadan çıxarkən, divar boyu hərəkət etmək lazımdır.
8. Tüstülənən və ya yanan otağa daxil olmamışdan əvvəl divarın və ya arakəsmənin mühafizəsi altında yanda dayanmaq və qapını ehtiyatla açmaq.
9. Əgər elektrik naqilləri yanarsa, onu elektrik mənbəyindən ayırmaq.
10. Zədələnmiş uşaqları gizli yerlərdə (şkafda, çarpayı altında və s.) axtarmaq və onları çağırmaq.
11. Nəm parçanı ağız-buruna tutmaqla nəfəs almaq. Tənəffüs orqanlarını tüstüdən müdafiə etmək. Tüstü ilə doymuş havanı bir neçə dəfə udmaqla huşu itirmək olar.
12. Balkona çıxıb, onun qapısını örtmək və köməyə çağırmaq.
13. Alovdan və istilik şüalanmasından qorunmaq üçün nəm sıx materialdan istifadə etmək.
14. Giriş qapısını açarla bağlamamaq.
15.Liftdən istifadə etməmək.
Dostları ilə paylaş: |