Şəkil 6.34. Yanğın avtomobili Bu vasitələrə aiddir: -yanğın avtosisternləri; -avtonasos stansiyaları; - nasoslu-qollu avtomobillər; - hava-köpüklə, tozla, karbon qazı ilə, qaz-su ilə və kombinələşdirilmiş söndürmə avtomobilləri; - yanğın avtonərdivanları; -dirsəkli və teleskopik avtoqaldırıcılar; - rabitə və işıqlandırma avtomobilləri; - qaz-tüstü mühafizə və qaz uzaqlaşdırıcı, qollu avtomobillər və s.
Yanğın avtomobillərini əsasən yüksək keçidə malik seriya ilə istehsal olunan yük avtomobillərinin bazasında hazırlayırlar. Məsələn, AS-40(131) avtoçəni ZiL-131 avtomobilinin bazasında təchiz olunmuş, yanğın nasosuna, iki köpük generatoruna, yedək gövdəsinə, 400 m-lik basqılı yanğın şlanqına malikdir və 2400 litrə qədər suyu və 150 litrə qədər köpük əmələgətiricini daşımağa qadirdir. “КамАЗ-53213” avtomobilinin bazasında hazırlanmış yanğınsöndürən maşın isə 5.8 ton yanğınsöndürən toz daşıya bilir.
Daşına bilən və ya yedəkli motopompalar suyu onun mənbəyindən yanğının söndürülməsi yerinə vermək üçün nəzərdə tutulmuşdur. Onlar daxiliyanma mühərrikindən, mərkəzdənqaçma nasosundan, vakkum-aparatdan ibarətdir. Onları xüsusi şassilər üzərində quraşdırmaq mümkündür. Motopompalar 0.6-0.8 MPa-lıq təzyiq yarada bilir.
Daşına bilən nasos stansiyalarından da istifadə olunur.