Mövzu-10. Texnogen yanğınlar şəraitində həyat fəaliyyətinin təhlükəsizliyi


İstehsalat şəraitində yanğın təhlükəsinin qarşısının alın­­­­ması tədbirləri



Yüklə 1,78 Mb.
səhifə18/19
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#47839
1   ...   11   12   13   14   15   16   17   18   19
MOVZU 1010 -1

İstehsalat şəraitində yanğın təhlükəsinin qarşısının alın­­­­ması tədbirləri. İstehsalat şəraitində yanğına qarşı mühafi­zə tədbirləri təşkilati, istismar, texniki və rejim (xüsusi) növlərinə bölünür.

Təşkilati tədbirlərin tərkibinə işçilərə və qulluqçulara yan­ğın təhlükəsizliyi qayda­larının öyrədilməsi, yanğın mühafi­zəsinin təşkili, söhbətlərin aparılması, mühazirələrin oxunması, lazımi təlimatların, plakatların nəşr olunması və s. daxildir.

Texniki tədbirlər binaların tikintisi, isitmə və ventilyasi­ya, havanın kondisiyalaşdı­rıl­ması, yerləbirləşdirilmə sistemləri­nin və texnoloji avadanlıqların quraşdırılması zamanı yan­ğına qarşı qayda və normalara əməl edilməsini nə­zərdə tutur.

İstismar tədbirləri isitmə və ventilyasiya, havanın kon­di­siyalaşdırılması, yerləbirləş­di­ril­məsi sistemlərinin və texno­loji avadanlıqlarının düzgün istismarını nəzərdə tutur.

Rejim (xüsusi) tədbirləri istehsalat şəraitində yanğıntəhlü­kəli işlərin aparılması zamanı xüsusi tələblərə əməl olunmasını nəzərdə tutur.

İstehsalat proseslərinin və avadanlıqlarının yanğın təh­lü­kə­sinin təhlili vaxtı aşağı­dakı­ları müəyyənləşdirmək lazımdır:

1. Texnoloji avadanlıqların müxtəlif iş rejimləri vaxtı (nor­mal şərait, qəza şəraiti) isteh­salat qur­ğularında, otaqlarda, binalarda və açıq meydançalarda yanar mühitin əmələ gəlmə səbəbləri və əmələ gəlməsinin mövcudluğu;

2. Texnoloji avadanlıqların müxtəlif iş rejimləri vaxtı is­tehsalat qurğularında, otaq­larda, binalarda və açıq meydança­larda yanma mənbələrinin mövcudluğu;

3.Yanğının yayılması üçün şəraitin olması.

Yanğınların qarşısının alınmasının profilaktik tədbirləri. Bu tədbirlərdən ən əhəmiy­yət­lisi oddan (yanğından) qoruyucu işlərin aparılmasıdır. Bu tədbir material və konstruk­siyanın elementlərinin xüsusi maddələrlə - antipirenlərlə ema­lın­dan ibarətdir. Emal həm dərinlik (içəri üzrə), həm də səth üzrə ola bilər. Dərinlik emalına bir qayda olaraq istehsal şə­ra­itində həm əsas materiallar, həm də mebel və ya konstruk­si­yanın ele­ment­ləri məruz qala bilər. Səthi emalı praktiki olaraq bütün ma­teriallar üzrə xüsusi laklarla, boyalarla, pastalarla və s. aparmaq mümkündür.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin