hazırlanmış strategiyanın düzgün realizə edilməsidir
.
Beləliklə, bazar situasiyasına uyğun gələn strategiyanın
tərtib edilməsilə onun
realizasiyasının düzgün əlaqələndirilməsi müəssisənin bazar fəaliyyətinin
effektliliyinin zəruri və kafi şərtidir. Buna görə də onlar arasındakı əlaqənin qurulması
səviyyəsi müxtəlif nətijələr verə bilir. Bunu öyrənmək məqsədilə V. Bonoma tərtib
edilmiş strategiyanı əlverişli və əlverişli olmayan strategiyaya, onun realizasiyasını pis
və yaxşı realizasiyalara bölmüş və onların müxtəlif kom-binasiyalarının hansı nətijələrə
səbəb olmasını təhlil etmişdir. O, tərtib edilmiş strategiya ilə onun realizasiyasının
əlaqələndirilməsinin aşağıdakı varinatlarını qeyd etmişdir
Əlverişli strategiya - yaxşı realizasiya. Strategiya ilə onun realizasiyasının
əlaqələndirilməsi, bir qayda olaraq, müəssisənin bazar fəaliyyətini yüksək effektlə
həyata keçirməyə imkan verir.
1. Əlverişli strategiya - pis realizasiya. Bu həmişə
müəssisənin bazar fəaliy-
yətinin həyata keçirilməsində problemlərin yaranmasına gətirib çıxarır, bir çox
hallarda strategiyanın realizasiyasını idarə olunmaz prosesə çevirir və son nətijədə,
fəaliyyətin effektliliyinin aşağı düşməsinə səbəb olur.
2. Əlverişli olmayan strategiya - yaxşı realizasiya. Strategiya ilə onun
realizasiyasının əlaqələndirilməsinin bu variantında iki hal baş verə bilər. Birinjisi, o,
əldə edilməsi nəzərdə tutulan nətijəyə nail olunmamasına,
fəaliy-yətin uğursuzluğuna
səbəb ola bilər. Məsələn, rəqib məhsullara nisbətən heç bir faydalılıq üstünlüyü
olmayan məhsulları üzrə düzgün olmayan strategiya - yüksək qiymət strategiyası tərtib
etmiş və bunun sayəsində satışın həjminin artırılmasını planlaşdırmışdır. Bu
strategiyanın özünü doğrultması ehtimalı onsuz da həddən aşağıdır. Belə bir vaxtda bu
strategiyanın realizasiyasında yüksək səviyyədə təşkil olunmuş reklam
kompaniyasının həyata keçirilməsi istehlakçıların narazılığını daha da artırajaq,
onların həmin məhsula müna-ibətini daha pisləşdirəjək və satışın həjminin daha yüksək
templə aşağı düşmə-sinə səbəb olajaqdır.
İkinji halda isə əlverişli olmayan strategiyanın yaxşı realizasiyası sayəsində
buraxılmış səhvlər düzəldilir, çatışmamazlıqlar aradan qaldırılır
və strategiya bazar
situasiyasına uyğunlaşdırılır. Bunların nətijəsində isə müəssisənin bazar fəaliyyətinin
effektliliyi nəzərdə tutulduğundan yüksək olur. Məsələn, fərz edək ki, strategiyanın
tərtib edilərkən müxtəlif səbəblərdən «Ulduzlara» aid edilən fəaliyyət növləri əvəzinə
«Qapan itlərə» aid edilən fəaliyyət növlərinə daha çox investisiya qoyulması nəzərdə
tutulmuşdur. Strategiyanın realizasiyası ilə məşğul olan işçilər isə real bazar
situasiyasını nəzərə alaraq buna imkan verməmiş və «Ulduzlara»
aid olan fəaliyyət
növlərinə daha çox resurs ayırmışlar. Şübhəsizdir ki, bu əldə ediləjək mənfəət həjminin
artmasına səbəb olajaqdır.
4. Əlverişli olmayan strategiya - pis realizasiya. Strategiya ilə onun realiza-
siyasının bu jür əlaqələndirilməsi həmişə pis bazar fəaliyyəti nətijələrinə gətirib çıxarır.
Strateci marketinq planlaşdırılmasının
nəzarət mərhələsində
müəssisənin bazar
fəaliyyəti qiymətləndirilir, marketinqin ətraf mühitində baş
verən dəyişikliklər və bu
dəyişikliklərin müəssisənin bazar fəaliyyətinə təsiri öyrənilir, həmçinin müəyyən
edilmiş göstərijilərdən kənarlaşmalar və onların səbəbləri aşkar edilir, zəruri hallarda
strateci planlarda müvafiq düzəlişlər edilir və s.
Dostları ilə paylaş: