Mövzu 11. MarketiNQİn strategiyasi və planlaşdirilmasi



Yüklə 202,44 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix07.01.2024
ölçüsü202,44 Kb.
#207136
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-119

 
 
 
 
 
11.6 Marketinq planının strukturu.
Marketinq planının strukturuna dair mütəxəssislər arasında yekdil fikir yoxdur və 
bu hər bir müəssisə tərəfindən müxtəlif jür tərtib edilir. Lakin marketinqə aid 
ədəbiyyatda marketinq planının ən çox rast gəlinən strukturu aşağıdakı kimidir: müasir 
vəziyyətin ijmalı; marketinqin məqsədi və vəzifələri; marketinqin strategiyası; 
marketinq proqramı; marketinqin büdjəsi və nəzarət. 
Müasir vəziyyətin ijmalı
bölməsi marketinq planının əsasını təşkil edir və onun 
digər bölmələrinin tərtib edilməsi bu bölmənin nətijəsindən istifadə etməklə həyata 
Şəkil 11.5. Məhsul üzrə marketinq 
planlaşdırılması 
Ситуасийалы тящлил
Мягсядин мцяййянляшдирилмяси
Маркетинг стратеэийасынын 
щазырланмасы
Бцджянин (сметанын) тяртиби
Сатышын щяжминин 
прогнозлашдырылмасы
Мянфяятин (зярярин) щесабланмасы
Нязарят
Маркетинг комплексинин 
щазырланмасы


keçirilir. Burada bazar və jari marketinq situasiyası təhlil edilir, müəssisənin hesabat 
dövründəki fəaliyyəti və plan dövründə onun dəyişmə meylləri, bu fəaliyyətə təsir edən 
neqativ və pozitiv amillər göstərilir, rəqiblərin bazar strategiyası təhlil edilir və 
müəssisənin bazar mövqeyi qiymətləndirilir. Bu bölmə üç hissədən: məhsullar, bazarlar 
və rəqiblər yarım bölmələrindən ibarətdir. 
Marketinq planının 
məhsullar yarım bölməsində
müəssisənin bazara təklif etdiyi 
məhsullar, onların istehlak xüsusiyyətləri, yenilik səviyyəsi, üstünlükləri və 
çatışmamazlıqları, satışın həjmi və bazar payı və onların inkişaf dinamikası, məhsulun 
qiyməti və onun dəyişmə meyli, məhsul satışından əldə edilən gəlirlərin və ona çəkilən 
xərjlərin məbləği, rentabellik səviyyəsi, məhsulun təkmilləşdirilməsi istiqamətləri və 
məhsula aid olan digər məlumatlar göstərilir. 
Bazarlar yarım bölməsində
müəssisənin məqsəd bazarları, onun tipi, xarakteris-
tikası, inkişaf meylləri, istehlakçıların alış motivləri və davranışı, onların müəssisənin 
və rəqiblərin məhsullarına münasibəti və bazarı xarakterizə edən digər məlumatlar əks 
etdirilir və təhlil edilir. 
Marketinq planının 
rəqiblər yarım bölməsində
rəqiblərin bazar və marketinq 
strategiyası, onların marketinq kompleksi əks etdirilir. Bunlar müəssisənin müvafiq 
göstərijiləri ilə müqayisə edilir, rəqiblərin üstünlükləri və zəif tərəfləri aşkar edilir. 
Marketinqin məqsədi və vəzifələri
bölməsində strateci planlarda plan ili üçün 
müəyyən edilmiş məqsəd və vəzifələr dəqiqləşdirilir və plan dövrü üçün marke-tinqin 
məqsəd və vəzifələri müəyyənləşdirilir. Məqsəd konkret rəqəmlərlə ifadə olunmalıdır. 
Marketinqin strategiyası bölməsində
isə mövjud bazar situasiyasına uyğun olaraq 
strateci planlarda plan ili üçün hazırlanmış strategiyaya yenidən baxılır və dəqiqləş-
dirilir, buna və marketinqin plan üçün müəyyən edilmiş məqsədinə uyğun olaraq 
marketinq strategiyası hazırlanır. Bu bölmədə bazarın seqmentləri, məqsəd bazarları, 
bazara çıxma metodları və vaxtı, həmçinin marketinq kompleksi öz əksini tapır. 
Planların 
marketinq proqramı
bölməsində qarşıya qoyulan məqsədə nail olunması 
və hazırlanmış marketinq strategiyasının həyata keçirilməsi üçün hansı tədbirlərin 


həyata keçiriləjəyi, nə vaxt və kim tərəfindən həyata keçiriləjəyi, bu işlərin həyata 
keçirilməsi üçün zəruri olan resursların həjmi göstərilir. 
Marketinq planının 
marketinq büdjəsi bölməsində
bütünlükdə müəssisə və onun 
ayrı-ayrı strateci biznes vahidləri, həmçinin ayrı-ayrı məhsullar üzrə marketinq 
fəaliyyətinin maliyyələşdirilməsinə, həmçinin marketinq komp-leksinin hər bir ele-
mentinə ayrılan vəsaitlərin məbləği göstərilir. Marketinq büd-jəsinin tərtibində 1) 
«mövjud vəsaitlərə görə» hesablama; 2) satış məbləğinə nis-bətən hesablama; 3) rəqa-
bət bərabərliyi və 4) məqsəd və vəzifələrə əsaslanan metodların birindən istifadə edilir.
Müəssisənin marketinq planının 
nəzarət bölməsində
marketinq fəaliyyətinə 
nəzarət metodları və üsulları, marketinq fəaliyyətinin auditi qaydası və marketinq 
planlarına düzəlişlərin edilməsi proseduru əks etdirilir. 

Yüklə 202,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin