Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji kollektivdə psixoloji iqlim



Yüklə 69,17 Kb.
səhifə48/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   44   45   46   47   48   49   50   51   52
Mövzu 12.

Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji kollektivdə psixoloji iqlim. Pedaqoji kollektivdə müəllimlərin qarşılıqlı münasibət­ləri onların fəaliyyətlərinin məqsəd və məzmunu ilə müəyyən edilir və şərtlənir. Birgə fəaliyyət və ün­siyyət prosesində pedaqoji kollektivdə bir neçə mü­nasibət sistemi yaranır. Bunlar əsasən aşağıdakı­lardan ibarətdir: rəsmi və qeyri-rəsmi münasibətlər.

Öz fəaliyyətlərini təşkil etmək və həyata keçirmək üçün müəllimlər arasında yaranan qarşı­lıqlı münasibəti şərti olaraq rəsmi münasibət ad­landırmaq olar. Bu cür münasibətlərə müəllimlərin bir-biri ilə bu və ya digər şəkildə bağlı olduqları işgüzar münasibətləri, müəllimlərlə rəhbərlik ara­sında mövcud olan idarəetmə münasibətlərini aid etmək olar.

Bununla yanaşı olaraq pedaqoji kollektivdə iki qeyri-rəsmi münasibət sistemi yaranır.

Birincisi, bütün pedaqoji kollektivi əhatə edən ümumi şəxsiyyətlərarası əxlaqi-psixoloji münasibətlər, ikincisi, ayrı-ayrı müəllimlər arasında qarşılıqlı simpatiyaya əsaslanan seçici münasibətlər.

Pedaqoji kollektivin fəaliyyətinin səmərəli­liyi onun üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kollektiv üzvlərinin şagirdlərə qarşı ustanovkası, tərbiyənin məqsədini, şagirdə təsir etmə metodunu, şagirdlərlə qarşılıqlı münasibət üslubunu və s. aid etmək olar. Əgər peda­qoji kollektivin üzvləri arasında bu məsələlərdə vahidlik yoxdursa, vahidlik prinsipi pozulmuşsa kollektivdə bir sıra xəstəliklərin (müəllimlər arasında münaqişə, qısqanclıq, paxıllıq və s.) yaranması baş verə bilər ki, bu da məktəbdə təlim-tərbiyə işinin müvəffəqiyyətinin aşağı düşməsinə, müəllimlərin əhvalına təsir göstərir. Burada pedaqoji kollektivdəki psixoloji iqlim mühüm rol oynayır. Pedaqoji kollektivdəki müsbət psixoloji iqlim məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə, kollektiv üzvlərinin güm­rahlığına, əhval-ruhiyyələrinin yüksək olmasına, bütün sahələrdə kollektivin birliyinə səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin əməkdən zövq almasına, optimizmə, ünsiyyət sevincinə, etibarlılığa və s. kimi emosional vəziyyətinin ya­ranmasına səbəb olur. Ona görə də pedaqoji kollek­tivdə müsbət, xoş psixoloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət hesab olunur. Psixoloji iqlimin pozulması üzvləri bir-birinə qarşı qoyur, onlarda bir-birinə qarşı inamsızlıq, kinlilik, işə qarşı laqeydlik, müxtəlif müna­qişələr və s. yaranmasına gətirib çıxarır.

Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən asılıdır. Pedaqoji kollektiv cəmiyyətin bir hissəsi olduğuna görə, onun iqlimi də birinci növbədə həmin cəmiyyətin həyat şəraiti ilə şərtlənir. Pedaqoji kollektivdə bu və ya digər psixoloji iqlimin yaranması məktəb rəhbərlərinin, məktəbin ictimai təşkilatlarının rəhbərlik üslu­bundan da asılıdır. Əgər məktəb direktoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb olunan səviyyədə keçirərlərsə, kollektiv üzvləri arasında ayrı seçkilik qoymadan onların əməyini düzgün qiymətləndirirlərsə, bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına köməklik göstərir. Pedaqoji kollektivin psixoloji iqliminə kollektiv üzvlərinin iş şəraiti də müvafiq təsir göstərə bilir. Nəhayət, pedaqoji kollektivdəki psixoloji iqlimə kollektiv üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-psixoloji uyuşma, uyğunluq yoxdursa burada psixoloji iqlimdən də danışmağa dəyməz. Bunun üçün kollektiv üzvlə­rində şəxsiyyətin bir-birini qarşılıqlı tamamla­maq, qarşılıqlı yardım, özünə qarşı yüksək tənqi­dilik və həmkarına qarşı dözümlülük kimi yüksək keyfiyyətlər olmalıdır. Bəzən kollektivdə yüksək psixoloji uyuşmazlığa malik olan müəllimlərə də rast gəlmək olur ki, onlar psixoloji iqlimin pozulmasının əsas səbəbkarına çevrilir. Kollektiv özünün bu cür üzvlərini tərbiyə etməyə borcludur.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin