Pedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin yaranması onun düzgün idarə olunmasından, başqa sözlə rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən biri pedaqoji kollektivə rəhbərliyin, onu idarəetmənin sosial-psixoloji funksiyalarını həyata keçirməkdən ibarətdir. Həmin funksiyalara aşağıdakıları aid etmək olar:
Kollektivin təşkili, məqsəd yönəlişliyi, fəallaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, kollektivin birliyinin təmin edilməsi, kollektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.
Dostları ilə paylaş: |