Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın yaradılması priyomları. Şagirdlərin müşahidə aparmalarının təşkili.
Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaşdırılması priyomları. Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə alınması və onların inkişafının təmin olunması. Öyrənmənin səmərəli yollarından istifadə edilməsi.
Təfəkkür. Şagirdlərin problem situasiya ilə qaşılaşdırılması. Yeni anlayışların formalaşdırılması yolları. Fikri proseslərin dərsin ayrı-ayrı mərhələlərində təşkili. Dərsdə şagirdlərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi, əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəllimin həmin keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.
9. Dərsdə şagirdlərin şəxsiyyətlərinin ayrı-ayrı cəhətlərinin təzahürünün xarakteristikası.
Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin verdiyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə şagirdlərdə yeni davranış motivi yaradıb yaratmaması. Təlim prosesində əqli, iradi və s. xassələrin necə formalaşması. Şagirdlərin davranışında qüsurların olub-olmaması. Onların səbəbi.
10. Müəllimin xarakteristikası. Materialı bilməsi. Metodiki ustalığı. Pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqinin obrazlılığı, emosionallığı).
Ümumi nəticə. Müəllim dərsdə şagirdlərin psixi fəaliyyətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.
Dostları ilə paylaş: |