Mövzu 12. Bank sferasinda marketinq bank marketinqinin məzmunu və xüsusiyyətləri Bank xidmətləri (məhsulu)



Yüklə 331,5 Kb.
səhifə11/28
tarix25.12.2016
ölçüsü331,5 Kb.
#3081
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
Məlumatın mənbələri. Məlumdur ki, ölkənin maliyyə mühiti bazarında, digər bankların, eləcə də maliyyə-kredit təşkilatlarının vəziyyəti və imkanları, müştərilərin sosial tərkibi və strukturu haqda məlumatlar toplamaq kifayət qədər mürəkkəbdir. Ona görəki, bizdə demək olar ki, heç bir təşkilat ətraf mühit haqqında müəyyən sahə və ya ərazi kəsiyində məlumatların toplanması, emalı və təhlili ilə məşğul olmur. Hələlik hər bir təşkilat onu maraqlandıran məlumatları özü toplamaq məcburiyyətindədir. Buna əhəmiyyəli dərəcədə çox vəsait və vaxt itirilməsinə baxmayaraq, bu məlumatların dolğunluğu və dürüstlüyünə zəmanət də vermək mümkün deyildir.

Bankı maraqlandıran məlumatların mənbəyi kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, müəyyən sahə üzrə ədəbiyyat, reklam prospektləri, bankların açıq illik hesabatları, müştərilərlə birbaşa əlaqələri, şəxsi tanışlıqlar və hətta, informasiyanın satın alınması da ola bilər.

İndi ölkəmizdə də bazarın tədqiqi üzrə xidmətlər təklif edən kifayət qədər konsaltinq təşkilatları meydana gəlmişdir. Necə hərkət etməli: tədqiqatları müstəqil aparmalı, yoxsa məsləhətçilərə sifariş etməli? Əlbəttə, bazarın birdəfəlik tədqiqatını ixtisaslaşdırılmış təşkilatlara sifariş etmək olar, ələlxüsus, bu tədqiqat ilkin məlumatların toplanması, müştərilərlə aparılan sorğu, motiv və məqsədlərin aşkarlanması, müştərilərin üstünlük verdiyi və onları təmin etməyən cəhətlər və s. ilə bağlıdırsa.

Qeyd edək ki, ilkin məlumatların toplanmasında, bir qayda olaraq, mütəxəssislər iştirak etməlidirlər: sosioloqlar, iqtisadçılar və yaxşı olardı ki, psixoloqlar. Bundan əlavə, tədqiqatı sifariş etdikdə bank xidmətləri bazarına kənardan qərəzsiz göz qoymaq, real vəziyyəti düzgün qiymətləndirmək və bankın əsl mövqeyini aşkar etmək imkanı yaranır.

Amma ətraf mühitin müşahidələri ilə aparılan iş daimi olmalıdır. Maliyyə bazarında rəqabətin tədqiqini konsaltinq firmasına sifariş etmək və bununla kifayətlənmək olmaz, çünki bazarda vəziyyət daim dəyişir.

Marketinq xidmətinin ən mühüm vəzifələrindən biri konyuktur dəyişiklikləri, bazar tendensiyaları və sairənin aşkarlanması məqsədilə ətraf mühit haqqında məlumatın yığılması və təhlili sisteminin işlənib hazırlanmasıdır. Xüsusilə, daimi olaraq “ikinci” məlumatlar toplanıb təhlil edilməlidir, yəni artıq kiminsə toplayıb dərc etdirdiyi illik hesabatlar, analitik xülasə və proqnozlar, reklam materialları və s. araşdırılmalıdır. Bu informasiyanın əsaında rəqiblərin kartotekası tamamlanmalı və yenidən baxılmalıdır.

Beləliklə, bank xidmətləri bazarında bazarın tədqiqi aşağıdakılara imkan verir:


  • bankın işlədiyi topdansatış və parəkəndə bazarı müəyyənləşdirmək, onun inkişafının perspektivlərini təyin etmək;

  • bazarda rəqabətin vəziyyətini və bunun bank strategiyasına təsirini aşkara çıxarmaq;

  • bank xidmətlərinin məqsədli bazarının inkişafının ümumi tendensiyalarını proqnozlaşdırmaq.

Beləliklə, bazarda konyunkturanı və bank xidmətləri bazarının inkişafı proqnozlarını bilmək bank rəhbərlərinə və mütəxəssislərinə imkan verir ki, bank fəaliyyətinin güclü və zəif cəhətlərinə obyektiv qiymət verə bilsinlər, operativ şəkildə bazarın vəziyyətindəki dəyişikliklərə münasibət göstərsinlər və öz aktivləri və passivləri ilə rasional idarəetmə siyasəti həyata keçirsinlər.


Yüklə 331,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin