Mövzu 13. Azərbaycan Respublikası İlham Əliyevin Prezidentliyi



Yüklə 94,92 Kb.
səhifə2/5
tarix07.01.2024
ölçüsü94,92 Kb.
#208143
1   2   3   4   5
A.Mövzu 13

1. İnkişaf edən qlobal və regional perspektivlər: Dünyada gedən siyasi və iqtisadi proseslər, həmçinin, dördüncü Sənaye İnqilabı, ticarət müharibələri, yeni infrastruktur layihələrinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatını yeni perspektivlər və çağırışlarla üz-üzə qoymuşdur.
2. Yeni tarazlıq nöqtəsi eyni zamanda yeni inkişaf xəttinin başlanğıcıdır:
2015-ci ilə qədər prezidentin rəhbərliyi altında üç dəfədən çox böyümüş iqtisadiyyatı post-neft dövründə xarici şokları da dəf etməklə belə bir baza əsasında təkrar davamlı inkişaf xəttinə çıxarmaq qarşıya qoyulan əsas məqsəd idi. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq: a) 2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşaraq inkişaf etməyə başladı; b) 2017 və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti yüksəldi; c)2019-2020-ci illərdə Azərbaycanın iqtisadi artımın daha da yüksək pilləyə çıxması ilə, rəqabətliliyin artırılması və dünya iqtisadiyyatına sürətli inteqrasiyanın daha da dərinləşməsi dövrü hesab edilir. 2019-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yüksəliş xəttində növbəti inkişaf mərhələsi başladı.
3.İqtisadi artım yeni mərhələyə qədəm qoyur:
qeyri-ticari sektorla müqayisədə ticari sektor daha çox drayver rolunu oynamalıdır. Ümumiyyətlə, iqtisadi artımın keyfiyyəti daha çox yüksəlməlidir. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, iqtisadi artımda neft sahəsi ilə müqayisədə qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir. Beləliklə, iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoyur.
4. Fiskal (büdcə-vergi) dayanıqlılıq və monetar siyasətdə yeni praktik həllər: Proqram büdcəsi, büdcə qaydaları və dövlət borcunun idarəedilməsi strategiyasına keçid 2020-ci ildən başlayaraq fiskal siyasətdə yeni və daha ətraflı yanaşmanı tələb edir. Vergilər və dövlət xərcləri dəyişdiyi zaman, bu siyasət bəzi makroiqtisadi göstəricilərə təsir edə bilir.
Monetar siyasət fiskal siyasətdən fərqli olaraq bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir edir.
5. Yeni iqtisadi drayverlər yeni strategiya ilə yönləndirilməlidir: Azərbaycanda post-neft dövrü üçün iqtisadiyyatın əsas inkişaf qolları bunlardır:

Yüklə 94,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin