Mövzu 13. Azərbaycan Respublikası İlham Əliyevin Prezidentliyi


Sosial bazar modeli və yeni dövrün tələbləri: Yeni dövrdə icbari tibbi sığortanın tətbiqi və təhsil islahatları



Yüklə 94,92 Kb.
səhifə4/5
tarix07.01.2024
ölçüsü94,92 Kb.
#208143
1   2   3   4   5
A.Mövzu 13

9. Sosial bazar modeli və yeni dövrün tələbləri: Yeni dövrdə icbari tibbi sığortanın tətbiqi və təhsil islahatları, əhalinin sosial yaşayışının yaxşılaşdırılması, dövlət və vətəndaş arasında dialoq, sosial infrastrukturun və insan kapitalının inkişafı baxımından yeni perspektivlər ortaya qoyur. İqtisadiyyatın yeni inkişaf strategiyası artan iqtisadi imkanları insan amilinə istiqamətləndirməlidir.
Son dövrlərdə Azərbaycanda yerli istehsala üstünlük verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar aparılır.
Qeyri-neft sektoru iqtisadi inkişafda əsas yer tutur. Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına baxmayaraq, qeyri-neft sekto­ru daxili məhsulun təxminən 70-faizini təşkil etməkdədir. 2003-cü ildən 2012-ci ilə qədər sənaye sahələri 3,8, nəqliyyat və İKT sektoru 3,2, ticarət isə 2,9 dəfə artmışdır. Doqquz il ərzində yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyalar tətbiq edilmiş, yeni müəssisəllər yaradılmış, müəssisələrin istehsal potensialı artmışdır.
İlham Əliyev Şərqi Asiya dövlətlərinin iqtisadi islahatlar həyata keçirdikdən sonra siyasi islahatlara başlamaq siyasətindən istifadə etməkdədir. 2003-cü ildə İlham Əliyevin prezidentliyinin birinci müddətində əsas yeri məhz bu tezis tuturdu. Onun II prezidentliyi dövründə qarşıda duran bir neçə məsələnin həll olunması qarşıya məqsəd kimi qoyulmuşdu:iqtisadiyyatın intensiv moderinləşməsinə başlamaq; 600.000 nəfəri iş yerləri ilə təmin etmək, orta sinfin formalaşmasının əsasını qoymaq, yüksələn xətlə inkişafı təmin etməklə milli iqtisadiyyatı liberallaşdırmağa başlamaq, ölkədə yoxsulluğu minimum səviyyəyə endirmək. Nəticədə 2003-2018-ci illərdə Azərbaycan sürətlə inkişaf edən ölkələr siyahısına düşdü. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 1,4 dəfə çoxaldı. Azərbaycan valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyul­du. Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdı.
Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi uğurla davam edir. Dövlət xəttilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.
Konkret demək olar ki, gələcəkdə iqtisadiyyatı inkişaf etdirməklə dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi islahatların aparılması, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi, sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması, aqrar-sənaye kompleksinin və regionların inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, işsizlik və yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və s. hökumətin fəaliyyətinin prioritet istiqamətləri olaraq nəzərdə tutulmuşdur.
Beləliklə, 2003-2020-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazandı, dövlətimizin qüdrəti artdı, ölkənin siması bütünlüklə dəyişdi, insanların həyatı yaxşılaşdı. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır.


Yüklə 94,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin