A. Qeyri-neft sənayesi; B. Aqrar sahə; C. Xidmət sektoru; Ç.Tikinti. Post-neft dövründə iqtisadiyyatın yeni strukturunun formalaşması əsasən tamamlanır. Bundan sonrakı dövrdə yeni struktura uyğun olaraq iqtisadi inkişafın təmin edilməsinə sistemli yanaşmanı özündə əks etdirən iqtisadiyyatın yeni inkişaf strategiyasının yaradılması məqsədəuyğundur. 6. Miqyasın genişlənməsi və yeni bazarlara çıxış: İqtisadiyyatın miqyas effektliyi sübut edir ki, hər bir milli iqtisadiyyat o halda uğurlu inkişaf etmiş sayıla bilər ki, kifayət qədər həcmi böyük olan bazarlara çıxışı olsun. Ticarət müharibələrinin fonunda yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyən edən Azərbaycan, xarici bazarlara çıxış imkanlarını qiymətləndirir. 7. 2020-ci il əsas icra planlarının son ili kimi: Strateji yol xəritələrinin iqtisadi inkişaf strategiyası və tədbirlər planı özündə 2025-ci ilədək və ondan sonrakı dövr üçün hədəf baxışını əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ildə yekunlaşır. Bununla yanaşı “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın və s. icrası 2020-ci ildə yekunlaşır. Beləliklə, post-2020-ci il üçün iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanması zərurəti yaranır. 8. Yaxşı idarəetmə və açıq hökumət həlləri: Elektron hökumətdən rəqəmsal hökumətə, reaktiv yanaşmadan proaktiv yanaşmaya, one-stop-shop-dan non-stop-shopa keçid, həmçinin “big data” və rəqəmsal həllərin inkişafı idarəetməni daha səmərəli, hesabatlı və şəffaf edəcəkdir. Bu mənada məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsiyeni dövrün tələbidir.