Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,69 Kb.
səhifə1/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
  1   2   3   4   5   6   7   8   9   ...   24




MÖVZU 15. MARKETINQ VƏ CƏMIYYƏT: MARKETINQ ETIKASI VƏ SOSIAL MƏSULIYYƏT

15.1. Marketinqə qarşı sosial iradlar

15.2. Marketinqin cəmiyyətə təsiri

15.3. Marketinqin tənzimlənməsi üçün vətəndaş və ictimai tədbirləri

15.4. Sosial məsuliyyətli marketinq ilə bağlı biznes fəaliyyəti
15.1. Marketinqə qarşı sosial iradlar

Məsuliyyətli marketoloqlar müştərilərin nə istədiklərini aşkar edir və onlar bu istəklərə alıcıda məmnunluq yaratmaqla istehsalçıya gəlir və dəyər qazandıran marketinq təklifləri ilə cavab verirlər. Marketinq konsepsiyası istehlakçı məmnunluğu və qarşılıqlı qazanc əldə etmək fəlsəfəsindən ibarətdir. Bu təcrübə şirkətə milyonlarla istehlakçının çoxsaylı və dəyişən ehtiyaclarını təmin etmək üçün gizli əl vasitəsilə iqtisadiyyat yaratmaq imkanını verir.

Buna baxmayaraq, marketinq nəzəriyyəsinə heç də bütün şirkətlər əməl etmir. Bəzi şirkətlər faktiki olaraq mübahisəli marketinq təcrübəsindən və özlərinin qəbahətsiz hesab etdikləri, lakin böyük cəmiyyətlərə güclü təsir edən marketinq fəaliyyətindən istifadə edirlər. Məsələn, siqaret satışlarına nəzər salaq. Bir tərəfdən, şirkətlər sərbəst şəkildə siqaret sata bilər və siqaret çəkənlər də eyni qaydada siqaret ala bilərlər. Digər tərəfdən isə bu alver ictimai maraqlara toxunur. Əvvəla, siqaret çəkənlər öz sağlamlığına zərər vurmaqla bəlkə də öz ömürlərini qısaldırlar. Xüsusilə keyfiyyətsiz və vaxtı keçmiş siqaretləri çəkməklə onlar öz sağlamlıqlarına zərbə vururlar. İkincisi, siqaret çəkən şəxs öz ailəsinə və bütövlükdə cəmiyyətə maddu zərər vurur. Üçüncüsü, siqaret çəkənlərin ətrafındakı insanlar özlərini narahat hiss edirlər. Nəhayət, yetkin insanlara siqaretin satılması gənclərin siqaret çəkməyə başlamasına stimul verə bilər. Beləliklə, tütün məmulatlarının satılması son illərdə qızğın mübahisə və müzakirələrə səbəb olmuşdur.

Marketinqə daha çox iradlar bildirilir. Bəzi iradlar haqlıdırsa, onların bir çoxu bunun əksi olur. Sosial tənqidçilər marketinq təcrübəsinin fərdi istehlakçılara, bütövlükdə cəmiyyətə və digər biznes şirkətlərinə zərər vurduğunu iddia edirlər.

İstehlakçılar Amerika marketinq sisteminin onların maraqlarnı qoruması səviyyəsindən narahatdırlar. Araşdırmalar göstərir ki, istehlakçılar marketinq təcrübəsinə mücərrəd və hətta müəyyən qədər passiv münasibət bəsləyirilər. İstehlakçılar, onların vəkilləri, dövlət agentlikləri və digər tənqidçilər marketinqi yüksək qiymətlər, aldatma, yüksək təzyiqlə satış, xarab və etibarsız məhsulları satmaq, kasıb müştərilərə zəif xidmət göstərmək və digər məsələlərdə günahlandırılır.

Bir çox tənqidçilər Amerika marketinq sisteminin qiymətlərin yüksəlməsinə şərait yaratdığını iddia edır. Onlar bunu üç amillə - paylama xərclərinin yüksək olması, reklam və təşviqat xərclərinin yüksək olması, yüksək qiymət əlavələrinin təyin edilməsi ilə əlaqələndirirlər.




Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin