Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,69 Kb.
səhifə7/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Yararsız və təhlükəli məhsullar. Keyfiyyətsiz məhsullar da iradların əsas hədəfınə çevrilmişdir. Şikayətlərdən biri, bir çox məhsulların keyfıyyətsiz istehsal olunması və xidmətlərin yerinə pis yetirilməsi, məhsulların faydasız olması və hətta sağlamlığa zərər vurması ilə bağlıdır. Məsələn, bir çox tənqidçilər bu gün yağlı "təcili yeməklərin" (fast food) təhlükəli olduğunu qeyd edirlər. Bununla bağlı "McDonalds" əməkdaşları yeməklərinin piylənmə yaratdığı üçün bir neçə dəfə məhkəmə prosesinə cəlb olunmuşdu.

Bu xidmət sahəsinin müdafiəçiləri isə məhkəmə işinin mənasız olduğunu qeyd edərək, ona əhəmiyyət vermədi. Onlar məhkəmə iddiasının təcili yemək sənayesinin qidalanma qaydalarına riayət etməməsi, güclü iradənin olmaması, genetik meylli və tərkibində kökəlməyə səbəb olan bütün maddələrə sahib olması kimi ittihamların gülünc olduğunu qeyd etmişlər. Federal məhkəmə, qanunun özünün yaratdığı ifratçılıqdan onların özlərini qorumaq yeri olmadığını irəli sürərək məhkəmə işinə yekun vurmuşdur. Buna baxmayaraq, "təcili yemək" sənayesi bu iradları nəzərə almışdır. Məsələn, "McDonald's", "Kraft" və "Fitro-Lay" öz ərzaqlarının tərkibindəki qan damarlarına zərər vuran yağları azaltmaq üçün artıq aktiv iş aparır.

Digər bir şikayət isə yararsız məhsullar ilə bağlıdır. Məhsulların yararlığı istehsalçının laqeydliyi, məhsulun mürəkkəb olması, zəif təlimli işçilər və keyfıyyətə nəzarətin azlığı da daxil olmaqla bir çox səbəblər üzündən problemə çevrilmişdir. Uzun illərdir ki, heç bir kommersiya məqsədi güdmədən məhsullarını sınaqdan keçirən və onlar haqqında informasiya verən İstehlakçılar Birliyi "İstehlakçıların Hesabatı" adlı jurnal dərc edir və eyni adlı internet səhifəsinə malikdir. Bu birlik sınaqdan keçirilmiş məhsulların müxtəlif təhlükələrini (məişət cihazlarının elektrik təhlükələri, otaq isidicilərinin karbon monoksid zəhəri yayması, ot biçən maşınlardan istifadə zamanı yaralanma riskləri, avtomobillərin yanlış dizaynı və s.) göstərmişdir. Təşkilatın apardığı sınaqların nəticələri və digər fəaliyətlər müştərilərə ən yaxşı satın alma qərarları verməyə kömək edir və istehsalçıları məhsulların defektlərini aradan qaldırmağa həvəsləndirir.

Lakin, bir çox istehsalçılar keyfiyyətli məhsullar istehsal etmək istəyir. Şirkətin məhsulların kevfiyyəti və etibarlılığı problemi istiqamətində gördüyü işin səviyyəsindən asılı olaraq ona zərbə vura və ya əksinə reputasiyasına kömək edə bilər. Aşağı keyfiyyətli və ya etibarsız məhsullar satan şirkətlər müştəri qrupları və nəzarətçilər ilə konfliktə girmək riski ilə üz-üzə qalır. Bundan əlavə, etibarsız mallar satan şirkət məhsullara laqeyid yanaşdığı üçün məhkəməyə cəlb olunar və vurduğu zərərə görə ağır təzminat ödəyə bilərlər. Satıcı üçün ən pis hal isə, firmanın məhsullarından məmnun qalmayan istehlakçıların gələcəkdə bir daha buradan alver etməməsi və digər müştəriləri də bu addımı atmağa çağırması olacaqdır.

Beləliklə, keyfiyyətdəki qüsurlar bir çox arzu olunmaz nəticələrə səbəb ola bilər. Müasir marketoloqlar yaxşı başa düşür ki, keyfiyyətli məhsulların istehsalı müştəri məmnunluğu ilə nəticələnir və bunun əvəzində gazanclı müştəri əlaqələri yaranır.


Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin