Mövzu 16. Rəqabət və inhisar. Antiinhisar tənzimlənməsi


-  Hökmran  olmaq;  -  Qiymətləri  diktə  etmək;  -Yüksək  inhisar  mənfəətini



Yüklə 207,71 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix02.01.2022
ölçüsü207,71 Kb.
#39853
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Mövzu 16

-  Hökmran  olmaq;  -  Qiymətləri  diktə  etmək;  -Yüksək  inhisar  mənfəətini 

mənimsəmək. 

İstehsal  inhisarçılığının  aşağıdakı  formaları  vardır:  K  a  r  t  e  l  –  eyni  bir 

istehsal  sahəsinin  bir  sıra  müəssisələrinin  elə  birləşməsidir  ki,  onun  iştirakçıları 

istehsal vasitələri və istahsal olunmuş məhsul üzərində öz mülkiyyətinin saxlayır, öz 

məhsullarını  özləri  bazarda  reallaşdırır.  İstehsal  olunmuş  ümumi  məhsulda  kartel 

üzvlərinin  payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. 

üzrə kartel sazişi bağlanılır. 

S i n d i k a t – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, 

burada  istehsal  vasitələri  sindikat  iştirakçılarının  öz  mülkiyyətində  qalır,  istehsal 

olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən 

reallaşdırılır.  Karteldən  fərqli  olaraq  sindikat  ayrı-  ayrı  müəssisələrin  bilavasitə 

bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi istehsal olunduğu 

sahələrdə yaradılır. 



T  r  e  s  t  –  sindikata  nisbətən  yüksək  inhisar  formasıdır.  Burada  istehsal 

vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. 

Trestdə  müəssisənin  sahibləri  istehsal  vasitələri,  texnologiya,  patentlər  və  s. 

üzərində  öz  mülkiyətini  birliyə  verir.  Müəssisə  sahibləri  qoyduğu  kapitalın 

miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun 

mənfəətindən  pay  götürmək  hüququnu  əldə  etmiş  olur.  Sindikatdan  fərqli  olaraq 

trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi çəcburi deyildir. 

K o n s e r n – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq 

yolu  ilə  bir  sıra  müəssisələri  birləşdirən  inhisardır.  Burada  nəzarət  baş  firmaya 

məxsusdur.  Konsern  adətən  müxtəlif  sənaye  sahələrinin  müəssisələrini,  ticarət 

firmalarını,  bankları,  nəqliyyat  və  maliyyə  kompaniyalarını  birləşdirir.  Müasir 

dövrdə  trestlərin  konsernə  çevrilməsi  geniş  yayılmışdır.  60-  cı  illərdə,  xüsusi  ilə, 

ABŞ- da böyük surətlə k o n q l o m e r a t l a r meydana gəlmişdir. Konqlomeratlar 

bir-  biri  ilə  funksional  əlaqəsi  olmayan  müəssisələrin  kompaniyalar  tərəfdən 

udulması yolu ilə yaradılmışdır.  




 


Yüklə 207,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin