2. Təbii inhisarçılıq: İstehsal miqyasının artırılmasının böyük həcmdə
qənaətə səbəb olduğu hallarda mümkündür. Bu inhisarçılıq təsərrüfat subyektləri
arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Buraya neft, qaz, su,
elektrik enerjisi, faydalı qazıntılar və s. sahələr daxildir.
3. Texnoloji inhisarçılıq: İnhisarın obyekti bu və ya digər məhsulun
hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir.
Texnoloji inhisarçı kimi ETT-nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş
müəssisələr çıxış edir. İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.
Dostları ilə paylaş: |