Mövzu 16. Rəqabət və inhisar. Antiinhisar tənzimlənməsi



Yüklə 207,71 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix02.01.2022
ölçüsü207,71 Kb.
#39853
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 16

aktlarla tənzimlənməsi. 


 

İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında 



ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda da 

bazar  münasibətlərinə  keçidlə  əlaqədar  inhisarların  fəaliyyətini  tənzimləyən 

qanunlar qəbul edilmişdir.  

1. Şermanın qanunu (1890). Bu qanunla ticarətin gizli inhisarlaşması, bu və 

ya  digər  sahədə  təkbaşına  nəzarətin  əldə  edilməsi,  qiymətlər  haqqında  razılaşma 

qadağan edilir. Bu qanunda trest firmasında birləşmə, ticarətdə inhisarlaşma aparma 

uğrunda gizli sazişlər qadağan olunur. Qanunda göstərilir ki, inhisarlaşdırmağa cəhd 

göstərən hər bir şəxs hüququ pozmuş hesab olunur və 50 min dollara qədər cərimə 

və ya bir il müddətinədək azadlıqdan məhrum edilə bilər.  

2. Kleytonun qanunu (1914). Bu qanunda saziş sferasında məhdud işgüzar 

praktikanı,  qiymət  diskriminasiyasını,  uyğunlaşmanı  müəyyən  edən  maddələr  öz 

əksini tapırdı.  

3.  Robinson-  Petmin  qanunu  (1936).  Bu  qanun  ticarət  sahəsində  məhdud 

işgüzar praktikanın olmasına, qiymət qayğısına, qiymət diskriminasiyasına qadağa 

qoymuşdur. 1950- ci ildə Kleytonun qanununa Seller- Kefover düzəlişi edildi: qeyri- 

qanuni uyğunlaşma anlayışı dəqiqləşdirildi, yəni aktivlərin alınması yolu ilə olan 

uyğunlaşma qadağan olundu. Əgər Kleytonun qanunu ilə iri firmaların horizontal 

yolla  uyğunlaşmasına  yol  verilirdisə,  Seller-Kefover  düzəlişi  horizontal 

uyğunlaşmanı məhdudlaşdırdı.  

Antiinhisar  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 

inhisarçılıq  fəaliyyətinin  qarşısının  alınmasının,  məhdudlaşdırılmasının  və  aradan 

qaldırılmasının  təşkilati  və  hüquqi  əsaslarını  müəyyən  edir.  Azərbaycan 

Respublikasının  “Antiinhisar  fəaliyyəti  haqqında”  qanununa  uyğun  olaraq  bir 

müəssisə  satışın  33  %-ə,  3  müəssisə  50%  -ə,  5  müəssisə  66,6%  -ə  malik  olduğu 

hallarda inhisarçı müəssisə hesab edilir.  

İnhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks 



etdirir:  1.  Bazarda  hökmran  mövqe  tutan  və  rəqabəti  məhdudlaşdıran  yeni 


Yüklə 207,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin