Mövzu 2 Siyasi fikir tarixi Plan Qədim Şərqin siyasi fikir tarixi Qədim Yunanıstanda və Romada siyasi fikir


Qədim Yunanıstanda və Romada siyasi fikir



Yüklə 35,02 Kb.
səhifə2/6
tarix10.04.2023
ölçüsü35,02 Kb.
#95458
1   2   3   4   5   6
M-2

Qədim Yunanıstanda və Romada siyasi fikir
Yunanıstan. Şəhər dövləti adlanan Polis (Politika sözü şəhər anlamını verən Polis sözündən götürülüb) başlanğıcdan sona qədər yunan cəmiyyətinin dövlət quruluşu olmuşdur. Polis quruluşu olmayanları yunanlar Barbar hesab edirdilər.
Miladdan öncə VII əsrdə Afinada aristokratlarla demokratlar arasında başlanan mübarizə 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələndi. Görkəmli siyasətçi və sərkərdə Perikl bu partiyaya 32 il başçılıq etmişdi. M.ö. 431-ci ildə Sparta Afinaya, yəni aristokratlar demokratlara qalib gəldi.
Qədim Yunanıstanda təkcə siyasətin mahiyyəti və təbiəti haqqında deyil, dövlət və hakimiyyət, bu hakimiyyətin siyasi tipologiyaları haqqında fəlsəfi-politoloji görüşlər meydana gəlməyə başladı.
Bu mənada Platon (m. ö. 427-347) qədim Elladada birinci idi. Onun on kitabdan ibarət olan «Dövlət» əsəri dövlətin var olmasının sosial-siyasi və mənəvi əsası kimi ədalət problemi ilə başlayır, elə həmin məsələ ilə də tamamlanır. O yazırdı: «Ədalət xeyirxahlıq və müdriklikdir», insanlar birbirlərinə və dövlətə münasibətdə bu ruhda tərbiyə olunmalıdır. Ədalətsizlik və ədalətsiz insanlarla mübarizə aparmaq lazımdır. Əgər onlar hakimiyyətə sahibdirlərsə bu mübarizə daha şiddətli olmalıdır. Çünki belə adamlar hakimiyyətdən öz məkrli məqsədləri üçün istifadə edirlər. Nəticədə, «böyük güc, azadlıq və hakimiyyət ədalətin deyil, ədalətsizliyin tərəfində dayanmış olur». Platon insanların ədalətli birgəyaşayışını ehtiva edən nəzəri ideal dövlət modeli yaratmışdı. Bu model üç təbəqənin qarşılıqlı əlaqəsi və təsirini özündə əks etdirirdi: dövlət işlərini idarə edən müdriklər-filosoflar; dövləti daxili və xarici düşmənlərdən qoruyan hərbçilər və keşikçilər; mövcud dövlətin vətəndaşlarının güzəranını təmin edən əkinçilər və sənətkarlar. Platona görə dövlət müdriklik, mərdlik, mühakimə, ağıl və ədalət prinsipləri ilə idarə olunmalıdır. Onun sükanı arxasında filosoflar dayanmalıdır. Yuxarıda göstərilən təbəqələşmə dövlətin məhz bu prinsiplərlə idarə olunmasına imkan yaradır. Yəni, birinci təbəqə müdriklər, ikinci təbəqə 21 cəsurlar, üçüncü təbəqə isə ağıl və mühakimə sahibləridir. Bunların hər üçü ədalət nöqtəsində birləşir və «ideal dövləti» yaradır. Dövlət modeli kimi Platon aristokratik (yunanca aristos-yaxşı, kratos-hakimiyyət) respublika quruluşuna üstünlük verir, aristokratik monarxiyanı isə təqdir edirdi. O əsli-nəcabəti olmayanların hakimiyyətdə təmsil olunmasına pis baxırdı. Platona görə timokratiya, oliqarxiya, demokratiya və tiraniya eybəcər dövlət quruluşlarıdır. O dövlət quruluşlarının bir-birlərini əvəzləməsinə məntiqi ardıcıllıqla aydınlıq gətirərək qeyd edirdi ki, aristokratik idarəçilik zəifləyəndə timokratiya yaranır. Bu zaman müdriklik və ağıl öz yerini rəqabətə, şöhrətpərəstliyə verir. Beləliklə, hakimiyyət hərbçilərin əlinə keçir, «xeyir şərə qarışır, qəzəbli insanların hakimiyyəti başlayır». Nəticədə bir qrup iddialı insan zənginləşir və timokratik dövlət quruluşu forması oliqarxiya (yunanca azlığın hakimiyyəti) ilə əvəzlənir. Bu dövlət quruluşunda hakimiyyətdə zənginləşmiş azlıq, yəni oliqarxlar təmsil olunur, kasıblar isə idarəçilikdə iştirak imkanlarını itirir. Cəmiyyətin varlı və kasıblara bölünməsi son nəticədə sosial qütbləşmənin və ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Belə şərait xalqın hakimiyyətə sahib olmasına yol açır və demokratik dövlət quruluşu forması meydana gəlir. Platonun demokratiya barədə fikri belə idi: bu quruluşda bərabər olanları və olmayanları bərabərləşdirən qəribə bir bərabərlik var. Demokratiyanın əsas dəyəri azadlıqdır. Lakin Platona görə xalq bu dəyərdən ağıl və bacarıqla istifadə edə bilmir, «əldə etdiyi azadlıqdan məst olur». Demokratiyanın yorulmadan çalışdığı məqsəd axırda onun özünü dağıdır. Nəticədə cəmiyyətdə anarxiya və xaos başlayır, tiraniyanın bərqərar olması üçün əlverişli şərait yetişir. Tiraniya zamanı azadlıqlar maksimum həddə qədər məhdudlaşır, elə buna görə də bütövlükdə cəmiyyətin yaradıcılıq imkanları və qabiliyyəti azalır.
Platona görə dövlətin gücü qanunlardadır. «Qanunlar» (on iki kitab) əsərində o yazırdı ki, çoxluğun mənafeyini əks 22 etdirən qanunlara bütün cəmiyyət tabe olmalıdır. «Mən, qanunun gücü olmayan və kiminsə iradəsinə tabe olan dövlətin məhvini görürəm». Bu ideya müasir hüquq dövlətinin məhək daşıdır.
Fəlsəfi baxışlarda bir sıra məqamlarda ziddiyyətli mövqelərdən çıxış edən Platon və Aristotel (m. ö. 384-322) sosial-siyasi görüşlərində, əsasən oxşar fikirləri və prinsipləri müdafiə edir. Platon kimi Aristotel də hesab edirdi ki, dövlət «insaları rifaha çatdırmaq üçündür». Platon kimi Aristotel də demokratiyanın deyil, monarxiyanın, aristokratik dövlət quruluşunun tərəfdarı idi. O dövlət quruluşu formalarını «düz» və «səhv» formalar kimi təsnif edirdi. «Düz» dövlət quruluşu forması kimi monarxiya, aristokratiya və politiyanı qəbul edir, «səhv» dövlət quruluşu formasına isə tiraniya, oliqarxiya və demokratiyanı aid edirdi. Aristoteldəki politiya Platonun teztez istinad etdiyi timokratiyaya bənzəyir. Hər ikisində hakimiyyətdə hərbçilər olur. Lakin politiyanın fərqli xüsusiyyətləri də var. Belə ki, Aristotelə görə bu dövlət quruluşu formasında aristokratiya, oliqarxiya və demokratiyanın elementləri birləşir.
Aristotel də Platon kimi israrla bildirirdi ki, heç bir dövlət quruluşu forması insanın fəaliyyət və inkişaf imkanlarını məhdudlaşdırmamalıdır. Bu fikir insan azadlığı ideyasının məhək daşıdır. Filosofa görə ən yaxşı dövlət quruluşu insanın fəaliyyətinə və xoşbəxt yaşamasına imkan yaradan dövlətdir. Belə dövləti Aristotel «xoşbəxt» dövlət adlandırırdı.
Sokrat daha çox dövlətlə hüququn əxlaqi təbiətini xarakterizə etməyə çalışırdı. O, dövrün ən mükəmməl dövlət quruluşu kimi Spartanın quruluşunu bəyənirdi, yəni aristokratiya tərəfdarı idi. Sokrat ifrat demokratiyaya mənfi münasibət bəsləyir, eyni zamanda tiraniyaya antipatiyasını da gizlətmirdi. O, 70 yaşında allahsızlıqda və gənclərin tərbiyəsini korlamaqda suçlanaraq edam edildi.
Qədim Romada siyasi fikrin formalaşmasına Yunanıstan siyasi mühiti ciddi təsir göstərmişdi. Romada xristianlığın təşəkkül tapması ilə din hakimiyyət və dövlət haqqında olan düşüncələrə əsaslı təsir göstərdi.
Mark Tulliy Siseron (m. ö. 106-43) görkəmli filosof, natiq və siyasi xadim idi. Onun siyasi görüşləri «Respublika», «Dövlət haqqında», «Qanunlar haqqında» əsərlərində öz ifadəsini tapır. Platon və Aristotel kimi Siseron da, belə qənaətdə idi ki, dövlət xalqın rifahı üçün yaradılır. O yazırdı: «Dövlət xalqın sərvətidir, ümumi maraqlar və insanların birgəyaşayış tələbatı əsasında meydana gəlir». Siseron hesab edirdi ki, dövlətin başlıca təyinatı ayrı-ayrı fərdlər və cəmiyyətin müxtəlif təbəqələri arasında harmoniya yaratmaqdır. Ancaq belə şəraitdə insanlar öz tələbatlarını ödəyə bilər. Platon və Aristoteldən fərqli olaraq Siseron dövlət quruluşu formalarından heç birinə xüsusi üstünük vermir, əksinə onların hər birisinin mənfi və müsbət cəhətərə malik olduğunu vurğulayırdı. Onun siyasi görüşlərində qanunlara və qanunçuluğa xüsusi önəm verildiyi aydın nəzərə çarpır. Siseronun-«Qanunlar ədalətli olmalıdır və yaşayış qaydaları bu ədalətli qanunlar əsasında müəyyənləşməlidir» fikri bu gün də öz aktuallığını saxlamaqdadır. Onu da qeyd etmək lazımdır ki, Platonun, Aristotelin, Sokratın və Siseronun siyasi görüşləri sonrakı dövrün mütəfəkkirlərinin dünyagörüşlərinə əsaslı təsir göstərmişdi.
Stoiklər (Zenon, Seneka, Avqustin Avreli) etikanı həat üçün əvəzolunmaz bir dəyər sayırdı. Zenona görə dünya tale ilə idarə olunur. Seneka insan həyatının başlıca amilini ruhun azadlığında axtarırdı. Onun fikrincə kainat özünəxas təbii hüququ olan dövlətdir, təbiət qanunlarına görə insanlar bu dövlətin zərrəcikəridir. Yaranan dövlətlər isə təsadüfün nəticəsidir və ayrı-ayrı insanlar tərəfindən yaradılır.
Avqustin Avreli (354 – 430) imperator idi. O belə düşünürdü ki, şüuru olanın məqsədi öz dövlətinin ağıllı 24 qanunlarına əməl etəkdir. A. Avreli hakimiyyətin iki növdən – kilsə hakimiyyəti və dünyəvi hakimiyyətdən ibarət olduğunu göstərir və Allahdan gələn kilsə hakimiyyətini ali, hər şeydən üstün hesab edirdi.
Foma Akvinski də (1225 – 1274) hesab edirdi ki, dövlət öz başlanğıcını Allahdan götürür. O sosial bərabərlik ideyasına qarşı çıxırdı: «Allahın və təbiətin qanunlarına görə tabe olan ali məqama tabe olmalıdır». Akvinskiyə görə insanların həyat və fəaliyyətləri yaradanın prinsipləri ilə tənzimlənir. Bu prinsiplər «əbədi haqqı» yaradır ki, bütün digər haqlar ondan törəyir. Akvinskinin siyasi görüşləri xristian siyasi məfkurəsinin formalaşmasına ciddi təsir göstərdi.
Beləliklə, qədim Yunanıstan və Roma siyasi təlimlərində:
- siyasi görüşlər mifik çalarlardan uzaqlaşır;
- dövlət quruluşunun təhlili verilir, müxtəlif quruluşlar barədə mülahizələr meydana gəlir, idaretmənin ən effektli formaları axtarılır;
- siyasətə insan fəaliyyətinin başlıca sivill növü kimi baxılır.

Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin