Mövzu 2 Siyasi fikir tarixi Plan Qədim Şərqin siyasi fikir tarixi Qədim Yunanıstanda və Romada siyasi fikir



Yüklə 35,02 Kb.
səhifə6/6
tarix10.04.2023
ölçüsü35,02 Kb.
#95458
1   2   3   4   5   6
M-2

Konservatizm
«Konservatizm» terminini ilk dəfə fransız yazıçısı Fransua Şatobrian (1768-1848) işlədib. Liberalizm kimi konservatizm də müasir burjua siyasi fikririnin əsas cərəyanlarındandır. Bu təlim, bir növ, Fransa burjua inqilabına cavab olaraq meydana gəlmişdi. Konservatizmin tərəfdarları burjua liberalizminin əsasında dayanan «təbii hüquqlar» və «ictimai müqavilə» ideyalarına qarşı çıxırdılar. Onu da qeyd edək ki, ilkin dönəmlərdə konservaizm təliminin yaradıcılarının görüşlərində ziddiyyətli məqamlar az deyildi. Fransa konservatoru Jozef de Mestra aşırı dərəcədə reaksionist idi, yeni meydana gələn ideyalara kəskin reaksiya verirdi. İngiltərəli Edmund Berk isə konservatizmin həyat qabilli bir təlim olmasını istəyir, «əskisi kimi qalmaq üçün dəyişmək lazımdır» prinsipindən çıxış edirdi. Bir ideologiya və nəzəriyyə olaraq konservatizmin əsas mahiyyətini aşağıdakı prinsiplər müəyyənləşdirir: insan həyatının mənası aktiv fəaliyyətdə deyil, daxildəki dini barışıqdadır; fərd atdığı hər bir addımını mövcud qaydaqanunlara və adətlərə uyğunlaşdırmalıdır; cəmiyyət müqavilə ilə deyil, Allahın kəraməti ilə yaranır («hər bir millət özü üçün, Allah hamı üçün»); vətəndaş cəmiyyətinə münasibətdə dövlət mənəvi-dini əsaslara malik olan ikinci amildir; siyasət əxlaqa tabedir; insan hüquqlarının ən əsası mülkiyyət hüququdur. Konservatizmdə önəm verilən əsas dəyərlərdən biri ənənəviçilikdir. Bu tarixin sınaqlarından keçən və cəmiyyətdə stabilliyin, təhlükəsizliyin möhkəmlənməsinə kömək edən ənənələrin qorunmasını özündə ehtiva edir. Digər bir mərkəzi dəyər sayılan praqmatizm isə parktiki tələblərə uyğun davranmağa əminliyi ifadə edir. Konservatizmdəki digər bir dəyərə görə insan kamil deyil. Eqoizm, xəsislik, hakimiyyət hərisliyi, şöhrətpərəstlik onların təbii əlamətləridir və cəmiyyətdə müxtəlif problemlər yaradır. Ona görə də nizam-intizam üçün dövlət aparatı formalaşdırılmalı, qayda-qanunlar güclü, cəzalar sərt olmalıdır. Digər bir dəyər sayılan ierarxiyaya görə insanlar təbii və sosial imkanlar baxımından bərabər deyillər. Bu səbəbdən də cəmiyyətdə tabeçilik, ierarxiya olmalıdır. Hakimiyyət və nüfuz isə aşağıdan deyil yuxarıdan gəlir. Bu dəyərin məntiqinə görə hakimiyyətə əsl liderlər gəlir və onlar həmin keyfiyyətə malik olmayan digər insanları idarə edirlər. O da qeyd olunur ki, nüfuz və liderlik bu gün bilik və təcrübə əsasında qazanılır. Şəxsi mülkiyyət konservatizmdə ən əhəmiyyətli dəyərdir. O insanlara azadlıq, müstəqillik və təhlükəsizlik gətirir. Müəllifi Bencamin Dizraeli (1804-1881) olan paternalist konservatizmdəki ideyalar da kifayət qədər maraqlıdır. B. Dizraeli İngiltərədəki varlı, həm də idarəedici qüvvəni kasıblara əl tutmağa çağırır, ölkəni iki qütbə parçalayan yoxsulluğu aradan qaldırımağa can atırdı. O deyirdi ki, belə sosial ədalətsizlik və parçalanma yuxarıdan öz həllini tapmasa, aşağılar nə isə edəcək, başqa sözlə inqilab baş verəcək. Sosial ədalətin bərqərar olması «vahid millətin» formalaşması deməkdir Sonrakı mərhələdə konservatizm xeyli inkişaf etdi, azadlıq, təhlükəszlik («dövlətin stabilliyi haqqında yox, daha çox dövlətin müdafiəsi haqqında fikirləşmək lazımdır») barədə fikirlər təkmilləşdirildi. İkinci cahan savaşından sonra konservatizm ideologiyasına dayanan çoxsaylı partiyalar meydana gəldi və bu partiyaların böyük əksəriyyəti 1970-80-ci illərdə hakimiyyətə gəldi. Bir cərəyan kimi Neokonservatizm meydana gəldi. Onlara bəzən antietatistlər də deyilirdi. Yəni neokonservatorlar liberallar kimi dövlətin iqtisadi azadlıqlara müdaxiləsinin maksimum azaldılmasını istəyirdilər. Neokonservatorlar etnik, milli münasibətlərə yeni baxışlar sistemini ortaya qoydular. Onlar iddia edirdilər ki, etnik və irqi mənsubiyyətdən asılı olmayaraq hamı üçün eyni şərtlər mövcud olmalıdır. Ancaq nəzərə alınmalıdır ki, milli azlıqlarla əsas etnosun başlanğıc imkanları bərabər deyil və buna görə də dövlət milli münasibətlərə müdaxilədən imtina etməməlidir. Eyni zamanda bu müdaxilə hansısa etnosu himayə xarakteri daşımamalıdır. Azlıqlara biznes sahəsində, işlə təmin olunmaqda şərait yaradılmalıdır. Bu istiqamətdə konservatizmlə liberalizm arasında bəzi yaxınlaşmaların ortaya çıxdığı da müşahidə olunur. Konservatorların demokratiyaya baxışları da özünəməxsusdur. Onlar bildirirlər ki, demokratiyanın həddi olmalıdır və bu hədd insanların siyasi cəhətdən aktivləşdiyi zamanlarda müəyyənləşdirilməlidir. Bu görüşlər müasir liberalizmdə də özünü büruzə verir. Konservatizm və liberalizmin oxşar, fərqli cəhətləri: Oxşar cəhətlər:
- şəxsi mülkiyyət hüququnun qorunması;
- qanunların aliliyinin təmin edilməsi; - demokratiyanın bərqərar edilməsi və inkişafı;
- dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi;
- xırda və orta sahibkarlığın inkişaf etdirilməsi və s.
Fərqli cəhətlər:
- konservatorlar liberallardan adət-ənənələrə sadiqliyi ilə ilə fərqlənir;
- konservatorlar insanların bərabərliyi dedikdə hüquq bərabərliyini nəzərdə tuturlar;
- liberallarla müqayisədə millətçidirlər;
- hökumət aparatının sadələşdirilməsində radikaldırlar;
- ailəni cəmiyyətin təməl daşı hesab edir, onu qorumağa çalışırlar;
- təhsildə milli və tarixi varisliyi mühüm hesab edir, onu qorumağa çalışırlar.
Konservatorlar sosial-demokratların əksinə olaraq fikirləşirlər ki, «dövlətin zəngin olması millətin zəngin olması demək deyil, millətin zənginləşməsi dövlətin zənginləşməsidir». Totalitar və avtoritar düşüncə daşıyıcılarından fərqli olaraq konservatorlar bu qənaətdədirlər ki, «millət dövlət üçün deyil, dövlət millət üçündür». Türkiyədəki konservativ partiya sayılan ANAP-ın baş şüarında da həmin fikir daha sadə və anlaşıqlı ifadə olunurdu: «Dövlət millətin əfəndisi deyil, millət dövlətin əfəndisidir». Konservatorlarda sıralama belədir: millət, vətəndaş, dövlət. Liberallarda: fərd, millət, dövlət. Dünyanın aparıcı mühafizakar partiyaları aşağıdakılar sayılır: Respublikaçılar (ABŞ), Mühafizəkarlar (İngiltərə), Xristian Demokratlar (Almaniya) Ədalət və Kalkınma Partiyası (Türkiyə) və s.
Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin