Mövzu 2 Siyasi fikir tarixi Plan Qədim Şərqin siyasi fikir tarixi Qədim Yunanıstanda və Romada siyasi fikir



Yüklə 35,02 Kb.
səhifə4/6
tarix10.04.2023
ölçüsü35,02 Kb.
#95458
1   2   3   4   5   6
M-2

Müasir siyasi təlimlər
Müasir siyasi təlimlərin inkişafını xarakterinə görə 3 mərhələyə bölmək olar:
- XİX əsrin sonu, XX əsrin birinci yarısı. Bu mərhələdə siyasi hakimiyyət və onun sosial əsaslarının araşdırılmasına diqqət yetirilir (A. Bentli, M. Veber, R. Mixles, Q. Lassuel).
- XX əsrin ortalarından 70-ci illərə qədər olan mərhələdə demokratiya haqqında yeni nəzəriyyələr meydana gəlir, siyasi həyatın liberallaşmasına diqqət xeyli artır (İ. Şumpeter, K. Makferson, B. Barber).
- 70-ci illərdən bu günə qədərki mərhələdə Qərb dövlətlərinin və cəmiyyətin müasir inkişafına adekvat hakimiyyət konepsiyaları və modelləri yaranır, dünya dövlətlərinin vahid futuroloji konsepsiyası, informasiyalı cəmiyyət konsepsiyası, milli maraqlar konsepsiyası hazırlanır (Klark, R. Aron, Z. Bzejinski, Q. Morqentau, F. Fukuyama, S. Hantiqton və b.)
XİX əsrin sonlarında kapitalizmin sürətli inkişafı azadlıq və bərabərlik ideyalarını sınağa çəkdi. Yaradıcı adamlar demoratiyanın yaratdığı bərabərlikdən, azadlıqdan gileylənərək «fövqəlinsanın» hüquqlarının müdafiəsinə qalxdılar. Belə insanlardan biri F. Nitsşe idi. Onda dinə və burjuaziya cəmyyətinin mənəvi dəyərlərinə qarşı antipatiya var idi. O ərəb mədəniyyətini özünüaldatma mədəniyyəti adlandırır, ləyaqəti itaət və mütiliklə eyniləşdirən xristian əxlaqının isə insanın intellektual imkanı qarşısında əngəl olduğunu iddia edirdi. «Allah ölüb» deyən Nitsşe insanın yaradıcılıq erasının başlandığını, bərabərliyin istedadsızları artırdığı dövrün sona çatdığını bildirirdi.
M. Veber cəmiyyətin inkişafı üçün həyata münasibətdə rasional və tənqidi baxışa, əməyin kapitalist etikasına yiyələnməyə çağırırdı. O, yazırdı: kapitalist münasibətləri Qərbdə uydurulmayıb, lakin əməyə münasibət protestantlarda tamam fərqlidir. O yazırdı: «İnsan yaşamaq üçün işləyir, protestantlar isə işləmək üçün yaşayır». Bu K. Marksın «şüuru maddi varlıq təyin edir» məşhur müddəasını alt-üst edən yeni tezis idi. M. Veber israrla iddia edirdi ki, Qərb ölkələrinin maddi inkişafını təmin edən protestantçılıq məfkurəsdir.
XX əsrdə meydana gələn siyasi təlimləri qısa şəkildə aşağıdakı kimi təsnif etmək olar:
Normativizm. Bu siyasi təlimin tərəfdarları hüquq sahəsində əsas norma kimi konstitusiyanı götürür, siyasi sahədə isə cəmyyətin siyasi sisteminin normal modelinin tapıldığını və bu normanın ABŞ demokratiyası olduğunu iddia edirdilər.
Plüralist demokratiya. Bu təlim cəmiyyətdə müxtəlif, bəzən də zidd qüvvələrin, qrupların, partiyaların, cəmiyyətlərin siyasi proseslərdə heç bir məhdudiyyət qoyulmadan sərbəst iştirak etəsini nəzərdə tutur.
Müvazinət, münaqişə təlimi cəmiyyətin müvazinət və inteqasiya modelləri əsasında stabilləşdiyini, fəaliyyətin konsensusa söykənən zaman effekt verdiyini əsas gütürür, münaqişəni anomaliya sayır, eyni zamanda onun elmi həlli yollarının işlənib hazırlanmasının zəruriliyini müdafiə edir.
Elita (seçilən adamlar). Bu nəzəriyyəyə görə siyasət birbiri ilə qarşı-qarşıya duran iki sinfin mübarizəsidir: hakimiyyətdə olan azlıq (elita), idarə olunan çoxluq (xalq).
Nasional-sosializm, faşizm. Bu ideologiya korporotiv dövlət modelinə üstünlük verir. Onlar sinfi mübarizə nəzəriyyəsinin əksinə olaraq millətlərin və irqlərin özünü qorumaq, yaşamaq hüququna malik olduğunu iddia edirlər.
Konvergensiya. Belə cəmiyyətlərdə siniflər tamamiylə öz mahiyyətini itirir, yəni konversiya-qaynayb qarışma, bir nöqtədə birləşmə baş verir.
Solidarizm. Cəmiyyətdə sosial ədalət, bərabərlik, həmrəylik, təsanüd haqqında nəzəriyyədir. a
Qloballaşma. Bu bütün dünyanın ümumi problemlərinin həlli üçün kollektiv çalışmaların zəruriliyini nəzərdə tutan təlimdir.
Hazırda dünyada müxtəlif sahələr üzrə ixtisaslaşan dörd politoloji məktəb var:
1. İngilis-amerikan məktəbi: əsasən siyasi modernləşmə, stabillik, xarici siyasətdə siyasi münaqişələrin həlli problemləri ilə məşğul olur.
2. Alman məktəbi: siyasi sistemlərin müqayisəli analizini, hüquq dövlətinin və vətəndaş cəmiyyətinin fəaliyyət problemlərini işləyir.
3. Fransa məktəbi: siyasi sistemlərin tipologiyası, legitimlik, partiya infrastrukturları problemləri üzrə ixtisaslaşıb.
4. Polşa məktəbi: cəmiyyətin siyasi həyatının, siyasi sistemin demokratikləşdirilməsinin konseptual istiqamətlərini işləyir.

Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin