Mövzu: 2 Təhsil,məktəb və cəmiyyət Plan



Yüklə 21,01 Kb.
səhifə3/3
tarix24.04.2022
ölçüsü21,01 Kb.
#56196
1   2   3
Mühazirə 2 Təhsil fəlsəfəsi (3)

piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur. Qədim şumerlər, hindlilər, elamlar piktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq üçün istifadə etmişlər. Şumerlərin memarlıq, incəsənət ədəbiyyat, yazı, elmi biliklər sahəsində əldə etdikləri nailiyyətlər qədim Şərq ölkələrinin mədəni həyatında öz əksini tapmışdı. Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdi. Şumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində təzahür etdi. Burada təlimin əsas məqsədi sənət öyrətmək idi. Mirzələr bu məktəblərdə hazırlanır, mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şagirdlər şumer və akkad dillərini yaxşı bilməli, ədəbi əsərlərin üzünü köçürməyi bacarmalı idi. Onlara eyni zamanda ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, minerologiya, qrammatika ilə bağlı savad verilirdi. Məktəblər məbəd və saray yanında yaransa da, orada təhsilin məzmunu dünyəvi xarakter daşıyırdı. Müəllimlərin əmək haqqı şagirdlərdən alınan vəsait hesabına ödənilirdi. Təlim ümumi və icbari xarakter daşıyırdı. Daha çox imkanlı adamların uşaqları təhsil alırdılar ki, onlar da məktəbi bitirdikdən sonra ya məbədlərdə, ya da saraylarda zəngin və məşhur adamların təsərrüfatlarında mirzəlik edir, ya da həyatlarını elmə və tədrisə həsr edirdilər.

B.e.ə.IV minilliyin sonunda qədim Misir yazısı meydana gəlmişdi. Misir yazı növü piktoriya, yəni, şəkli yazı adlanırdı. Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. qədim Misirdə məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə yönəlmişdir. Öz fikrini müxtəsər söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran insan qədim misirlilərin idealı hesab edilirdi. Belə ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyə olması hesab olunurdu. Qədim Misirdə ailə tərbiyəsi və təlimi qadınla kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirirdi. Bu qarşılıqlı münasibətlər bərabər-hüquqlu əsaslar üzərində qurulurdu. Qədim Misirlilər heroqlifləri daş, ağac, dəri, heyvan sümükləri üzərində yazırdılar. Sonralar papirus əsas yazı materialına çevrildi. Papirusların üzərində heroqliflərin olkin şəkli xeyli dəyişirdi. Bu heratik yazı adlanırdı. Heratika vasitəsi ilə ədəbi və elmi əsərlər tərtib olunurdu. Tərbiyənin başlıca vəzifəsi uşaqları axirət dünyasına hazırlamaqdan ibarət idi. Şagirddən hər şeydən əvvəl dinləmək tələb olunurdu. Fiziki cəza təbii və zəruri sayılırdı. Təlimin məqsədi peşələrə hazırlıq idi ki, bununla ənənəvi olaraq ailə üzvləri məşğul olurdular. Tacirlər, sənətkarlar, musiqiçilər öz sənətlərini uşaqlarına öyrədirdilər. Misirdə ilk məktəb b.e.ə. III minillikdə fironların yanında yaranmışdır ki, burada da gələcək mirzələr təhsil alırdı. Hakim qrupların inhisarında olan məktəblər iki cür idi:

a)saraylarda kahinlər və ya ən yüksək imtiyazlı adamlar üçün olan məktəblər

b)xırda məmurlar hazırlayan məktəblər.

Min illik bir dövrü əhatə edən antik pedaqogika b.e.ə. VII-VI əsrlərdə meydana gəlmiş, əvvəlcə İoniyada, sonralar Cənubi İtalyanın yunan şəhərində, nəhayət Afinada təşəkkül tapmış və inkişaf etmişdir. Romada isə antik pedaqoji fikir b.e.ə. II-I əsrlərdə yaranmış, eramızın V-VI əsrlərinə qədər aparıcı mövqeyə mailk olmuşdur. Antik dövrün orijinal pedaqoji nəzəriyyələri Şərqin pedaqoji ənənələrini mənimsədikdən sonra tərəqqi yoluna qədəm qoymuşdur. B.e.ə. III-II minillikdə Yunanstanda, Kritdə və Egey dənizinin bəzi adalarında öz yazisi olan mədəniyyət yaranmışdı. Bu yazılı mədəniyyət piktoqrafiyadan (piktos-şəkil, qarfo-yazı deməkdir) başlamış mixi və hecan yazılara qədər böyük bir inkişaf yolu keçmişdi. O dövrdə bu mədəniyyətə yiyələnənlər kahinlər, saray əyanları və adlı-sanlı dövlətli adamlar idi. Qədim Yunanıstanda qəbul edilmiş tərbiyə formaları Hesiodun "əməklər və günlər” poemasında da təsvir olunmuşdur. Poemada o dövrün həyat və məişət qaydaları verilir, insanın ən zəruri keyfiyyəti olan əməksevərlik ideyası ön plana çəkilir.

Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində

cəmiyyətin təhsillə üzvi bağlılığı olmuşdur. Gənc nəsillərin tədrisi, öyrədilməsi,maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir.

Təhsilin əhəmiyyəti bir çox amillərlə bağlıdır. Məsələn, aydındır ki, uşaqlar həyata ilk addımlarını atanda oxunu, yazını və hesabı bilmirlər, yaşadıqları icmanın və toplumun əxlaq normaları və mədəni nailiyyətləri haqqında xəbərsiz olurlar. Peşəkar müəllimlərin səyləri və ailədəki təlim-tərbiyənin, həmçinin müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamağı, öz ətraf mühitini, əxlaq-davranış normalarını öyrənir. Təhsil dedikdə yalnız formal təhsil,

yəni məktəb və ya universitet təhsili nəzərdə tutulmur.

Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir. Başqa sözlə, təhsil fərdlərə ötürdüyü əsaslı bilik və bacarıqlarla onların öz arzu və

amallarını necə ifadə etməsini və həyata keçirməsini müəyyənləşdirir, həm də onları öz icmalarının həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir.

onları öz icmalarının həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir.

Təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir. Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını formalaşdırır,həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır. Müasir təhsil müəssisələri cəmiyyətin mədəni irsinin nəsildən nəslə ötürülməsinə

şərait yaradır və insanları onların iqtisadi və sosial statuslarını müəyyən edəcək peşəkar bilik və bacarıqlarla təmin edir. Eyni zamanda təhsil müddətində uşaq və yeniyetmələrdə mənəvi ideallar, davranış stereotipləri və ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşır.

İnsan inkişafı baxımından təhsil prosesi insanın imkanlarını əhəmiyyətli

dərəcədə genişləndirir. Təhsilin səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi fəaliyyətinə, klassik musiqi qavrayışına, sosial bağlılıqlarına, intizamlılığına və s. təsir göstərir. Təhsil ev təsərrüfatlarının idarə olunmasında, uşaqların tərbiyəsində, onların qidalanmasının təşkilində, sağlamlığının və keyfiyyətli təhsilinin təmin edilməsində yeni bilik və texnologiyaların istifadə edilməsinə şərait yaradır. Ümumiyyətlə təhsilin uzunmüddətli inkişafa təsirinə dair məsələlər təhsilsiyasətinin formalaşdırılması, idarə olunması və dəyişən şəraitə adaptasiyası zamanı daim nəzarətdə saxlanılmalıdır. Belə məsələlər, yəni təhsilin müxtəlif növ və səviyyələrinin mühüm sosial-iqtisadi sahələrə müvafiq təsirləri aşağıdakı

istiqamətləri əhatə edir:

• Təhsilin şəxsiyyət və iqtisadiyyat üçün xalis dəyəri (gözlənilən nəticələr,xərclər);

• İbtidai, orta, ali və qeyri-formal təhsilə (insan kapitalına) edilən yatırımların gəlir normaları;

• Təhsilin əmək qüvvəsinin məhsuldarlığına, xüsusilə də qadınların

məşğulluğuna təsiri;

• Təhsilin iqtisadi artımla əlaqəsi, o cümlədən iqtisadi inkişafın bilavasitə fiziki kapital və ya əmək amillərilə bağlı olmayan aspektlərinin təhsil ilə bağlılığı;

• Təhsil və siyasi davranışlar -məs., yalnız intellektual səriştələrin deyil,

həm də şəxsiyyətin formalaşdırılması ilə məşğul olan təhsil vətəndaş mədəniyyəti,ictimai təşəbbüskarlıq, mədəniyyətlərarası dözümlülük, siyasi bilik və baxışlar,insan hüquqları və azadlıqları və digər müasir ictimai-siyasi dəyərlərin inkişafı;

• Təhsil və sosial inkişaf- Təhsilin özəl və sosial dividendləri nəsildaxili

və nəsillərarası qeyri-iqtisadi faydalardır. Belə faydalar gözlənilən ömür uzunluğu, ailə planlaşdırması, qidalanma statusu, nəsilvermə əmsalı, ana və uşaqların sağlamlığı, ətraf mühitə olan münasibət (ekoloji savadlılıq) kimi göstəricilərlə ölçülür;

• Təhsil və bərabərlik -qızlar, etnik azlıqlar, kənd yerlərindəki yoxsullar, əlillər və digər həssas təbəqələrin təhsilə qeyri-bərabər, məhdud çıxışının

törətdiyi və uzunmüddətli inkişafa mane olacaq fəsadlar.

“Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intelektual və emosional sferalarını inkişaf etdirilməsi və həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik,bacarıq,təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir”.

Təhsil prosesində insan mədəni dəyərləri (elm,incəsənət,memarlıq,tarixi irs və s.)mənimsəyir,nəticədə qarşılıqlı təsirlər nəzərə alınaraq müxtəlif mədəniyyətlər əsasında mədəni dəyərlər vasitəsilə gənc nəslin təhsili və tərbiyəsi prosesinin elmi əsaslarla həyata keçirilməsi təmin edilir.

Təhsil üzun illər ərzində nəsillər tərəfindən toplanmış bilik və mədəni dəyərlərin ötürülmə prosesi olduğundan,ona aşağıdakı aspektlərdə yanaşılması daha məqsədəmüvafiqdir:

-pedaqoji sistemin kurtuloji pradiqması çərçivəsində;

-çoxmədəniyyətli təhsilin formalaşdırılması əsasında;

-təhsil sisteminin mədəni –tarixi formasının təşkili şəraitində;

-tədris fənlərinintəhlilinin kurltroroloji istiqamətlilik bazasında;

-təhsil subyektlərini mədəni səviyyəsini (öyrənənlərin pedaqoji və əqli mədəniyyəti)inkişaf yolları və vasitələri əsasında;

-xalqın,millətin,etnosun mədəni təhsil ənənələrinin ümumiləşdirilməsi,saxlanılması və dirçəldilməsi əsasında.

Müasir yanaşmalar əsasında artıq təhsilin-sistem,proses,nəticə və dəyər olduğu müəyyənləşdirildiyindən və rəqabətədavamlı insanın formalaşmasında əvəzolunmaz əhəmiyyət daşıdığından onun aşağıdakı modellərinin araşdırılması vacibdir.


  • Təhsilin müəssisə (dövlət) modeli.-Təhsilin məzmunu.təhsil müəssisəsinin,tədris fənlərinin,bütövlükdə təhsil sisteminin nomenklaturasının və onun məqsədinin müəyyənləşdirilməsi mərkəzləşmiş qaydada,idarəçilik prinsipləri əsasında qurulur.

  • Təhsilin ənənəvi modeli.-Burada hər şeydən əvvəl həm insanın şəxsi inkişafı,həm də social nizamın saxlanılması üçün bilik,bacarıq və vərdişlərin,yüksək ideyalar və dəyərlərin müxtəlifliyi,çeşidliliyi nəzərdə tutulur.

  • Təhsilin rasionalizmə əsaslanan modeli.-Bu model çərçivəsində yalnız elə mədəni dəyərlər mənimsədilir və ötürülür ki,onlar gənc nəslə asanlıqla mövcud ictimai struktorlara inteqrasiya olmağa imkan versin.

  • Təhsilin fenomenoloji modeli.-Bu model öyrənənlərin şəxsi-psixoloji xüsusiyyətlərinə,onların istəklərinə və tələbatlarına ehtiyyatla və hörmətlə yanaşılmasına,təhsilin şəxsi xarakter daşımasına üstünlük verir.

  • Təhsilin qeyri-institusional modeli.-Bu modelin tərəfdarları təhsilin təşkilini sosial institutlarda,xüsusi halda məktəb və ali təhsil müəssisələrindən kənarda təşkilinə verirlər.Onun” təbiətin qoynunda”,internetin köməyilə, ”açıq məktəb” şəraitində,distant təhsil yolu ilə və s.həyata keçirilməsini məqbul hesab edirlər.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏLƏR

1. Ağayev R. və Mehtiyev A. Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi. İqtisadi Təşəbbüslərə Yardım İB, Bakı – 2010

2. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası

3. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası

4. Azərbaycan Respublikasında təhsil siyasətinə dair müxtəlif dövlət proqramları və qanunvericilik aktları1.Ə.Paşayev,F.Rüstəmov “Pedaqogika”Bakı 2012

5.F.İbrahimov,R.Hüseyinzadə “Pedaqogika”2013



6.A.Süleymanova “Təhsilin əsasları” Bakı 2014
Yüklə 21,01 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin