Mövzu: 2Təhsil müddətində dəyərləndirilməli olan karyera inkişaf fəaliyyətləri. Unec karyera Mərkəzinin xidmətləri


Nümunəvi fəaliyyətləri seçmə meyarları



Yüklə 89,06 Kb.
səhifə2/13
tarix23.04.2022
ölçüsü89,06 Kb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   13
Karyera-Mövzu 2

Nümunəvi fəaliyyətləri seçmə meyarları

Tələbələr təhsil müddətində nümunəvi fəaliyyətlər seçərək, öz şəxsi inkişaflarında ən yüksək səviyyədə olmağa çalışmalıdırlar. Bəs biz özümüzü inkişaf etdirmək üçün nə etməliyik? Ən əsas məsələ bu suala hər bir gəncin özünün cavab tapmasıdır. Lakin uğura aparan yolda ümumi meyarlar var ki, bunu tətbiq etməklə gələcəkdə çoxlu nailiyyətlər qazana bilərik.


Uğur dedikdə əmək fəaliyyətində hansısa vəzifə tutmaq deyil, bacardığın işi ən yüksək səviyyədə həyata keçirməyi öyrənməkdir.Çünki yalnız özünü təkmilləşdirmək və seçdiyin

sahənin incəliklərini dərindən mənimsəmək şəxsi inkişafın qarantıdır.


Şəxsi inkişaf üçün ən uğurlu zaman isə tələbəlik illəridir. Uğurlu olmaq arzusu və istəyi gəncin asudə vaxtdan səmərəli istifadəsini şərtləndirir. Tələbəlikdə təhsildən əlavə olaraq müxtəlif kurslar, ictimai həyatda fəaliyyət, könüllülük fəaliyyəti hər bir gəncin həyat təcrübəsi toplaması üçün mühüm amillərdəndir.

Çətin sahə yoxdur, sadəcə öyrənmək istəməyən fərdlər var. Əgər bir gənc “mən bunu bacaracağam” prinsipini əsas tutaraq öz həyat yolunda irəliləsə, mütləq uğura imza atacaqdır. Ən əsası haradansa başlamaqdır. “Bu iş mənə görə deyil” prinsipi ilə hərəkət etmək uğurlu karyeranı başlamadan bitirmək deməkdir. Məqsədə çatmağın üç mərhələsi vardır. Nə istədiyini bilmək, istədiyini əldə etməyə çalışmaq və əldə edəcəyinə inanmaq uğurun formuludur.

Qeyd etdiyimiz kimi, uğura gedən yolu bizim üçün işıqlandıracaq, ümumi meyarları özündə əks etdirən bir kitabın olması gənclər üçün əlavə üstünlük və güc mənbəyidir.

Həyatındakı bütün dostlar, məhəllə uşaqları, sinif yoldaşları hamısı əzizdir, vazkeçilməzdir. İnsanın buhəyatda qazandığı əsl dəyər, doğrudan da dostlarıdır. Amma əgər böyük hədəflərin varsa, sənin inkişafına mane olan dostlarla biraz məsafə saxlamalı olacaqsan. Sən gələcəkdə olmaq istədiyin yerə uyğun karyeraçevrəsini indidən qurmağa başla. İştirak etdiyin təlimlərdə, kurslarda səninlə eyni yola çıxmış insanlarla – rəhbərlər və işçilərlə, həmçinin yaşıdın gənclərlə yaxın əlaqə qurmaq gələcəkdə iş tapmağa kömək etməklə yanaşı, ətrafında peşəkarlardan ibarət çevrənin formalaşmasına xidmət edəcək. Peşəkar çevrə səninlə və sənin şəxsi inkişafınla birgə formalaşır. Belə ki, bu çevrədə çoxluq təşkil edən gənclər elə səninlə birgə şəxsi inkişafın üzərində işləyənlərdir. Siz bir-birinizə çox faydalı ola bilərsiniz.

Təhsil müddəti ərzində qazanılan bilik şəxsiyyətin müxtəlif aspektlərini inkişaf etdirir, dünyagörüşünü formalaşdırır və erudisiyalı bir şəxs yetişdirir. Təkrarlama nəticəsində əldə edilən adət edilmiş, öyrəşilmiş bir şeyə vərdiş deyilir. Deməli, özündən böyüklərdən və təcrübəlilərdən öyrənmək, kiçiklərə isə müsbət vərdişlər aşılamaq lazımdır.Peşəkar çevrənin formalaşdırılması, düzgün seçimlər edilməsi səndən asılıdır. Peşəkar çevrə və peşəkar vərdişlər səni uğurdan-uğura aparacaq. Sənin də həyatdan istədiyin bu deyilmi?


Yüklə 89,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin