Mövzu: 2Təhsil müddətində dəyərləndirilməli olan karyera inkişaf fəaliyyətləri. Unec karyera Mərkəzinin xidmətləri


Kimdən nümunə almalıyıq və kimin tövsiyəsi fayda qazandıra bilər



Yüklə 89,06 Kb.
səhifə3/13
tarix23.04.2022
ölçüsü89,06 Kb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   13
Karyera-Mövzu 2

Kimdən nümunə almalıyıq və kimin tövsiyəsi fayda qazandıra bilər

Hər şey inamdan başlayır. Ən birinci də özünə inamdan.Ömrün boyu sənə məsləhət verənlər olacaq. Hamını dinlə.Amma unutma ki, hər bir adam öz həqiqətindən çıxış edir. Sən heç kimin təcrübəsini öyrənə bilməzsən. Sənə düşən butəcrübələrdən düzgün nəticə çıxarmaqdır. Çalış peşəkarların məsləhətlərini dinləyəsən.



Deyirlər, qədimlərdə bir rəssam təhsilini başa vurmuş şagirdinə son dərsini vermək istəyir. Ona deyir ki, axırıncı rəsmlərindən birini şəhər mərkəzinə as, yanına da bir qırmızı qələm qoy. Rəsmin yanında bir qeyd yaz ki, kim rəsmin harasını bəyənmirsə, qırmızı qələmlə işarələsin. Şagird ustanın dediyini edir və bir neçə gündən sonra rəsmi götürür. Rəsmin hər yerində qırmızı işarələr vardı. Şagird məyus halda ustasının yanına gəlir. Usta bu dəfə deyir ki, rəsmi yenidən çəksin və yenə meydanda assın. Bu dəfə rəsmin yanına fırça və müxtəlif rəngdə boyalar qoysun. Yanında da yazsın ki, kim istəsə, bəyənmədiyi yerləri yenidən çəkə bilər. Şagird ustanın dediyi kimi də edir və bir neçə gündən sonra gedib görür ki, əsərə heç kim düzəliş etməyib. Şagird sevincək halda ustanın yanına gəlib bunun səbəbini soruşur. Usta deyir ki, sən birinci dəfə insanların əlinə fürsət düşəndə necə qəddarlıqla hər şeyin üstündən xətt çəkdiklərini gördün. Ömrü boyu bircə dənə rəsm çəkməmiş adamlar gəlib rəsmin hər yerinə irad tutdular. İkinci dəfə isə insanlardan yaradıcılıq tələb edildi. Bu səfər heç kimin bilmədiyi bir mövzuda düzəliş etməyə cəsarəti çatmadı.


Yüklə 89,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin