Tələbə yoldaşları – karyera yolunda potensial rəqiblər
Tələbə yoldaşları bizim gələcək karyeramıza təsir edəcək əsas amillərdəndir. Təhsil aldığımız dövr ərzində tələbə yoldaşlarımızla keçirəcəyimiz zamana diqqət etmək lazımdır. Bəzi tələbə yoldaşlarımızın bacarıqlarından istifadə etməklə özümüzə yeni faydalı bacarıqlar qazana bilərik. Bundan əlavə tələbə yoldaşlarımız bizim karyera yolunda rəqiblərimiz sayılırlar. Hər hansı bir işə müraciət edərkən sizinlə eyni qrupda təhsil alan qrup yoldaşınızı işə götürüb sizdən imtina edirlərsə bunun kök səbəblərini tapmaq lazımdır. Bu kimi halların qarşını almaq üçün təhsil müddətində bacardığımız qədər faydalı vərdişlər və bacarıqlar qazanmalıyıq ki , gələcəkdə müsahibə prosesində seçilən biz olaq.
Dostları ilə paylaş: |