27. Rəis xidməti intizama görə nümunə olmalı, yüksək tələbkarlığı ilə seçilməli, eyni zamanda:
- əməkdaşların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalıdır.
- əməkdaşlara vəzifənin icrasında yüksək məsuliyyət hissi aşılamalı.
- şəxsi münasibətlər zəmnində himayəçiliyə, həmçinin işdəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməli.
- xidmətdə intizamlı və təşəbbüskar əməkdaşları fərqləndirməlidir.
28. Tabelikdəki əməkdaş intizamı pozduqda, rəis ona xidməti vəzifələrini xatırlatmalı və belə hərəkətlərin yolverilməzliyi haqda xəbərdarlıq etməlidir. Lazım gəldikdə, qəbahətin ağırlığından və təqsirin dərəcəsindən asılı olaraq, əməkdaşa intizam tənbehi tətbiq etməli və ya bununla bağlı materialları baxılması üçün sıravi və rəis heyətinin yığıncağına verməlidir.