Həvəsləndirmə və intizam tənbehinin tətbiqi üzrə rəislərin hüquqları
29. Həvəsləndirmə və intizam tənbehi tədbirləri DİO-nın vəzifəli şəxsləri tərəfindən onlara verilən səlahiyyətlər hüdudunda tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən əməkdaşlara Daxili İşlər Naziri tərəfindən “məzəmmət”, “töhmət” və “Şiddətli töhmət” elan oluna bilər.
30. Bu Nizamnamə ilə müəyyən olunmuş həvəsləndirmə və intizam tənbehi tədbirləri Daxili İşlər Naziri tərəfindən əməkdaşlar barədə tam həcmdə (29-cu maddə nəzərə alınmaqla və eləcə də ali rəis heyəti rütbələrinin verilməsi və aşağı salınması istisna olmaqla) tətbiq edilir.
31. Rəislər tərəfindən həvəsləndirmə və intizam tənbehi tədbirləri 1 nömrəli əlavədə qeyd olunub.
32. Həvəsləndirmə və intizam tənbehi tədbirləri birbaşa rəislər tərəfindən verilir.