52. Qüvvədə bir neçə intizam tənbehi olan əməkdaşın daha böyük rəis tərəfindən verilmiş sonuncu intizam tənbehi götürüldükdə digərləri də qüvvədən düşmüş hesab edilir.
54. İntizam məsuliyyətinə cəlb olunduqdan sonra xidməti və ya icra intizamının il ərzində kobudcasına pozulması halında əməkdaş DİO dan xaric olunur.
55. Növbətçilik, qarovul və post-patrul xidməti zamanı törədilmiş qəbahətlərə görə intizam tənbehi xidmət başa çatdıqdan və ya onlar başqa şəxslə əvəz olunduqdan sonra verilir.