Həvəsləndirmə və intizam tənbehinin tətbiqi və icra olunması qaydaları
39. Əməkdaşlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi bir qayda olaraq əmr ilə elan olunur və əmrin sürəti icra olunması üçün şəxsi işə və digər aidiyyəti daxili işlər orqanına göndərilir. Təşəkkür, məzəmmət və növbədən kənar xidməti naryada təyin etmə şifahi elan oluna bilər. 1 nömrəli əlavənin 1 və 2-ci təsnifatlarında qeyd olunan vəzifəli şəxslər tərəfindən həvəsləndirmə və intizam tənbehi tədbirləri şifahi elan olunur.
Yazılı əmrlə verilmiş intizam tənbehi əmrlə çıxarılır. Həvəsləndirmə və intizam tənbehi tədbirinin tətbiqi barədə əməkdaşa şəxsən, sıra önündə yaxud müşavirədə elan olunur. Əməkdaş tələb etdikdə əmrin surəti ona verilməlidir. İntizam tənbehinin verilməsi barədə əmrdə şəxsi ləyaqəti alçaldan məlumatlar olmamalıdır.
Dostları ilə paylaş: |