Həvəsləndirmə və intizam tənbehinin tətbiqi və icra olunması qaydaları
56. Sərxoş halda əməkdaşa intizam tənbehinin verilməsi və ondan izahatın alınması ayılanadək təxirə salınır.
57. Əməkdaş təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu halda, cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırıla bilər. Bu müddət 2 ay ola bilər.
58. İntizam tənbehi dərhal, müstəsna hallarda verildiyi gündən 1 ay müddətində elan olunur.
60. Əməkdaş qanunçuluğun pozulması, sui-istifadələr, işdəki nöqsanlar və xidməti fəaliyyətə mənfi təsir göstərən başqa çatışmamazlıqlar aşkar etdikdə, bu barədə bilavasitə rəisinə məruzə etməli, zəruri hallarda yuxarı rəisə məlumat verməlidir.
61. Əməkdaş ona verilmiş intizam tənbehindən ardıcıllıqla yuxarı vəzifəli şəxslərə və ya məhkəməyə şikayət edə bilər.
62. Əməkdaşın şikayətində və ya müraciətində göstərilmiş məsələləri həll etmək səlahiyyətinə malik olmayan rəislər onu 3 (üç) gün müddətində aidiyyəti üzrə göndərməli və bu barədə müraciət edən əməkdaşa bildirilməlidirlər.
63. Tabelikdəki əməkdaş barəsində qanunazidd və ya ədalətsiz qərar qəbul etmiş rəis intizam məsuliyyəti daşıyır.
64. Bilərəkdən qərəzli və həqiqətə uyğun olmayan məlumatlar göstərilən şikayətlərlə müraciət edən əməkdaşlar məsuliyyət daşıyır.
Əlavə 1. DİO-da həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi üzrə vəzifəli şəxslərin təsnifatı və səlahiyyətləri
Şəhər, rayon polis idarə v şöbələrin tabeliyində olan müstəqil taqım, bölük və tabor komandirləri, tabor və alay komandirlərinin müavinləri, MST Rəisi, məntəqə rəisləri, BDYPİ-nin qeydiyyat imtahan-bölmə və şöbə rəisi, ekoloji nəzarət üzrə YPX bölük komandiri, təhsil müəssisələrinin kurs, silsilə, kafedra rəisləri
Təşəkkür
verilmiş intizam tənbehini vaxtından əvvəl götürmək