TƏDQİQAT SUALLARININ VƏ MƏQSƏDİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Tədqiqat mövzusunun və probleminin müəyyən edilməsindən sonrahədəflər və onlara aparan konkret suallar müəyyən edilməlidir. Tədqiqatın məqsədi - işin ümumi şəkildə gözlənilən nəticələrinin əldə olunmasına yönəldilməsidir. Tədqiqatın obyekti və predmeti seçiləndən sonra onun məqsədi təyin edilir. Adətən məqsədlər qısa formada ifadə olunsa da onun dəqiqliyi ümumi işin gedişinə önəmli dərəcədə təsir edir. Tədqiqatın «məqsədinin müəyyən edilməsi onun həyata keçirilməsinin başlıca mərhələsidir, çünki sorğunun nəticələri qarşıya qoyulan məqsədin düzgün müəyyən edilməsindən xeyli dərəcədə asılıdır».
Tədqiqat sualı deyilərkən araşdırmanın mövzusu və məqsədini ifədə edən suallar nəzərdə tutulur. Onlar mümkün qədər lakonik, başadüşülən olmaqla yanaşı, oxucuda maraq oyatmalı, aydın, birmənalı və mümkün qədər spesifik olmalıdır. Bundan başqa, suallar bir-birinə bağlı olmalıdır. Əgər iki, yaxud daha çox sual bir-birindən ayrı olub, fərqli problemləri özündə ehtiva edirsə, bu, tədqiqatçının işini çətinləşdirə bilər. Tədqiqat ümumi bir məsələnin öyrənilməsi üçün lıəyata keçirilir, buna görə də suallar məhz həmin məsələnin ətrafında formalaşdırılmalıdır. Fərqli suallar isə bunu mümkünsüz edir.
Məmmədova Borga istinad edərək, araşdırma probleminin müəyyən olunmasının üçmərhələli vahid yanaşma (təkmilləşmə, məhdudlaşdırma və təyinolunma mərhələləri) tələb etdiyini yazır. Əgər birinci mərhələdə ümumi problem bütöv sistem daxilində götürülür və incələnirsə, növbəti mərhələdə problem sahəsi daha da spesifik forma alır və məhdudlaşdırılır. Sonda isə problem ətraflı olaraq açıqlanır, «problemin təsir dairəsi düşünülən əhəmiyyətli dəyişənlərlə təyin olunur və aralarındakı mümkün ola biləcək əlaqələr göstərilir». Məsələn, «Azərbaycanda avtomobil sürənlərin avtomobil bazarı haqqında fikirləri nədir» sualı həddən artıq ümumi qəbul edilməlidir. «Azərbaycanda şəxsi istifadə məqsədilə avtomobil sürənlərin avtomobil bazarındakı qiymətlərin səviyyəsi haqda fikirləri nədir» sualı daha dəqiq, məhdud və spesifikdir.
Tədqiqat suallarının hazırlanması prosesində hipotezanın müəyyənləşdirilməsi mümkündür. Baxmayaraq ki, heç də hər bir tədqiqatda hipoteza irəli sürülmür. Belə ki, əsasən kəmiyyət tədqiqatlarında hipoteza hazırlansa da, keyfiyyət araşdırmalarında hipotezaya az hallarda rast gəlinir. Araşdırmanın nəticəsindən asılı olaraq, yekunda hipoteza ya qəbul, ya da rədd edilir. Məsələn, tədqiqatçı belə bir hipoteza irəli sürür ki, Bakı şəhərində baş verən iqtisadi tərəqqi Bakı şəhərində oğurluq və qətl hallarının sayının növbəti iki il ərzində azalmasma səbəb olacaq. İqtisadi inkişafın başlamasından bir müddət sonra araşdırma aparılır, sadalanan cinayət hallarının sayının azalıb-azalmadığı öyrənilir.
Yuxarıdakı üç sual araşdırmaya istiqamət verərək, anketin tərtibatını diktə edir. Məqsədindən asılı olaraq tədqiqatçı hər bir əsas suala cavab əldə etmək üçün bir və ya birdən çox altsualdan istifadə edə bilər. Aşağıdakı nümunəyə diqqət yetirək: İqtisadi böhran restoran sahiblərinə maddi cəhətdən necə təsir edib? Böhran başlayandan bu günə kimi, nə qədər maddi zərərlə üzləşmişsiniz?
Maddi zərər hansı formalarda reallaşıb?
İqtisadi böhran restoran sahiblərinə psixoloji və mənəvi cəhətdən necə təsir edib? Böhran başlayandan sonrakı dövrdə necə hisslər keçirmisiniz?
Səhhətinizdə hər hansı dəyişiklik baş verdimi?
Müştərilərlə münasibətlərdə problemlər yaranıbmı?
Restoran sahibləri böhran dövründə hansı addımları ataraq, bazardakı mövqelərini qorumağa çalışırlar? Böhran başlayandan sonrakı dövrdə sahibkarlıq modelinizə hansısa dəyişiklik etmisinizmi?
Müştəriləri itirməmək üçün hansı addımlar atmısınız?
Ölkədə müşahidə edilən inflyasiya mühitində qiymətləri necə tənzimləyirsiniz?