Tədqiqatın təyin edilən vaxt çərçivəsində həyata keçirilməsi üçün iş qrafiki - cədvəl tələb olunur. Heyq və başqaları nəzərə çatdirırlar ki, tədqiqatın qrafikini müəyyən edən başlıca iki amil mövcuddur: tapşırığın yerinə yetirilməsinin son müddəti və tədqiqat tədbirlərinin yerinə yetirilməsi üçün zəruri olan vaxt müddəti». Tədqiqatın qrafiki adətən Excel proqramında tərtib edilir və hər bir əməliyyatın başlama, davametmə və bitmə müddəti xüsusi işarələnir.
İŞ CƏDVƏLİ
Tapşırıqların
Siyahısı
Başlama
vaxtı
Bitmə vaxtı
Yerinəyetirilmə
dərəcəsi
Qeydlər
Tədqiqat planının hazırlanması
10/1/18
17/1/2018
0%
Tədqiqatda istifadə ediləcək avadanlıqların alınması
17/1/2018
24/1/2018
50%
Məlumatların
Toplanması
2/2/18
25/2/2018
100%
Məlumatların təhlili
3/3/18
13/3/2018
0%
Nəticələrin hesabat formasında hazırlanması və təqdimatı
1
4/3/2018
1/4/18
50%
Tədqiqat proqramının elmi surətdə tərtibi böyük əhəmiyyət kəsb edir. Tədqiqatın nəticələri əhəmiyyətli dərəcədə bu mərhələlərin öncədən nə dərəcədə səhih və düzgün hazırlanmasından asılıdır. İlkin mərhələ araşdırma mövzusunun müəyyənləşdirilməsidir ki, burada mövzunun öyrənilməsinin mövcud imkanlar daxilində mümkün olub-olmadığı yəqinləşdirilməlidir. Mövzu müəyyənləşdirilən dən sonra tədqiqatın sualları ərsəyə gətirilir. Bu suallar tədqiqatın məqsədini ifadə etməli, spesifik, sadə və dəqiq olmalıdır. Daha sonra araşdırmanın qrafiki hazırlanır və qrafik üzrə işlər aparılır.