Diaqram 1. Tədqiqatın mərhələləri
Qeyd: Mavi rənglənmiş mərhələlər pre-empirik (tədqiqatdan öncə) mərhələləri ifadə edir. Mərhələlərin digər şərhi isə belədir ki, sosioloji tədqiqat proqramı dörd əsas hissədən ibarətdir. Birinci mərhələdə tədqiqatın məqsədi, strategiyası, məlumatların toplanılması metodları və seçmə toplumu müəyyənləşir. İkinci mərhələdə məlumatların toplanılması həyata keçirilir. Üçüncü və dördüncü mərhələlərdə isa müvafiq olaraq toplanılmış məlumatların təhlili və nəticələrin məruzəsinin hazırlanması həyata keçirilir.
Nəzərə çatdıraq ki, hər bir mərhələ haqqında müvafiq fəsildə söz açılacağı üçün bu bölmədə əsas diqqət mövzu seçimi, tədqiqat suallarinin və məqsədinin müəyyənləşdirilməsi üzərində cəmlənəcək.
2.1.MÖVZU SEÇİMİ
Araşdırmanın ilk mərhələsində tədqiqatçı araşdırma mövzusunu müəyyən etməlidir. Mövzunun müəyyən olunmasında bir sıra amillər rol oynayır. Həmin amillərə tədqiqatçının şəxsi dünyagörüşü və düşüncəsi, həyat və iş təcrübəsi, cəmiyyətdə gedən proseslər, eləcə də mövzunun aktuallığını göstərə bilərik. Aktuallıq amilini xüsusi vurğulamaq lazımdır. Əliyevin nəzərə çatdırdığı kimi, «mövzunun aktuallığı dedikdə onun xalq təsərrüfatı, cəmiyyət üçün dəyəri başa düşülür, yəni qeyd olunan sahələrin tələbatını ödəmək üçün qarşıda duran məsələlərin həllində bu mövzunun vacibliyi nəzərdə tutulur». Məsələn, Azərbaycan cəmiyyətindən nümunə verməli olsaq, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair aparılan araşdırmanın aktuallıq səviyyəsi Azərbaycanda raket sənayesinin yaradılmasına dair aparılan tədqiqatla müqayisədə daha aktual hesab edilə bilər, çünki birinci mövzu mövcud dövrdə əhali üçün daha böyük əhəmiyyət kəsb edir. Eləcə də böhranlı əhali qrupları ilə işləmək üçün, innovativ metodologiyanın işlənib-hazırlanması, yaxud təkmilləşdirilməsi sosiologiya elmi kontekstindən aktual hesab edilə bilər.
Aktuallıqla yanaşı, mövzunun yeni olması da onu araşdırma üçün dəyərli edə bilər. Tədqiqatçı mövcud ədəbiyyatı nəzərdən keçirə, bu günə kimi toxunulmayan, haqqında danışılmayan məsələni araşdıra bilər. Əliyev mövzunun yeniliyi ilə bağlı qeyd edir ki, «tədqiq olunmamış obyektlərin araşdırılması və ya məlum obyektlərin qeyri-ənənəvi nöqteyi-nəzərdən, qeyri-ənənəvi metodlarla tədqiqi yenilik hesab edilə bilər». Məsələn, Azərbaycanda aparılmamış kriminoloji araşdırmam təsəvvür edək - məhbusların keçirdiyi hissləri öyrənən tədqiqatı. Bu məsələni öyrənmək həm kriminologiya ədəbiyyatma yeni töhfə, həm də ictimaiyyətin məhbusların durumunu başa düşməsində faydalı ola bilər. Lakin mütləq nəzərə alınmalıdır ki, mövzu hər nə qədər aktual və yeni olursa olsun, onum hayata keçirilməsi sırf maddi-texniki çatışmazlıqlar ucbatındanqe qeyri-mümkün ola bilər.
Seçilmiş mövzunun aktuallığını sübut etdikdən sonra məntiqi olaraq tədqi-qatın məqsədinin formalaşdırılmasına, həmçinin məqsədə müvafiq olaraq konkret vəzifələrin müəyyənləşdirilməsinə keçmək lazımdır. Bu adətən öyrənmək, təsvir etmək, müəyyənləşdirmək, aşkar etmək və s. kimi formalarla edilir. Tədqiqatın
19
vəzifələrini formalaşdırarkən onların elmi tədqiqat işinin mündəricatına uyğunluğuna diqqət yetirmək lazımdır. Bu ona görə də vacibdir ki, bölmələrin başlıqları məhz tədqiqatın vəzifələrindən irəli gəlir.
Tədqiqatın obyekti öyrənmək üçün seçilən problemli vəziyyətdə ortaya çıxan hadisə və prosesdir. Predmet obyekt hüdudunda yerləşəndir. Elmi prosesin kateqoriyaları kimi tədqiqatın obyekti və predmeti bir-biri ilə əlaqəlidir. Obyektdə tədqiqatın predmeti kimi çıxış edən hissə ayırd edilir. Məhz tədqiqatın predmeti tədqiqat işinin mövzusunu müəyyən edir. Elmi tədqiqatın çox mühüm mərhələ-lərindən biri məqsədə nail olunmanın zəruri şərti, faktiki materialın əldə edilməsinə imkan verən tədqiqat metodunun seçilməsidir.
Tədqiqat prosesinin təsviri tədqiqat işinin əsas hissəsidir və burada məntiqi qanun və qaydalardan istifadə etməklə tədqiqatın metodika və texnikası verilir. Elmi tədqiqatın çox mühüm mərhələsi nəticələrin müzakirəsidir. Elmi tədqiqatın tamamlayıcı mərhələsi nəticədir. Burada aparılan tədqiqatişinin elmi və praktiki nəticələri, yeniliklər verilir.
Beləliklə, elmi-nəzəri tədqiqatın məqsədi, birbaşa vəzifəsi ayrı-ayrı hadi-sələrdə ümumini tapmaq, belə növ hadisələrdə yaranan, fəaliyyət göstərən və inkişaf edən qanunları aşkar etməkdir. Tədqiqatın məqsədi onun son nəticəyə ümumi istiqamətidir. Məqsəd tədqiqat probleminin tanınmasının və seçilməsinin əsasıdır. Tədqiqatın məqsədi cari, perspektiv, ümumi, likal, daimi və epizodik ola bilər.
Tədqiqiatın vəzifələri tədqiqat prosesində həll edilməsi tələb olunanlardır. Yəni cavab alınası suallardır. Tədqiqatın vəzifələri məqsədin konkretləşdiril-məsidir.
Tədqiqat işinin uğurla yerinə yetirilməsi əhəmiyyətli dərəcədə daha səmərəli tədqiqat metodlarının seçməsi bacarığından asılıdır. Belə ki, məhz onlar tədqi-qatda qarşıya qyulmuş məqsədlərə nail olmağa imkan verir. Metodsuz görülən iş müvəffəqiyyətsizliyə məhkumdur Elmi dərketmənin metodları ümumi və xüsusi metodlara bölünür.
20
Elmi dərketmənin ümumi metodları adətən üç böyük qrupa bölünür:
-empirik tədqiqat metodları. Bunlara müşahidə, müqayisə, ölçmə, eksperi-ment və s. aid edilir.
-tədqiatın həm empirik, həm də nəzəri səviyyəsində istifadə edilən metodlar. Bunlara, abstraklaşdırma, təhlil və sintez, induksiya və deduksiya, modelləşdirmə və s. aiddir.
-nəzəri tədqiqatın metodları (abstrakdan konkretə keçid və s.)
Müşahidə fəal dərketmə prosesi və sadə metod olmaqla, digər empirik metodların ünsürlərindən biri kimi çıxış edir. Gündəlik fəaliyyətdə və elmdə mü-şahidə subyektin hissiyatından və arzusundan asılı olmayan nəticələrə gətirib çıxarmalıdır. Sonrakı nəzəri və praktiki fəaliyyətin əsası kimi müşahidələr bizi ha-disə və proseslərin mövcud olan real əlaqələri və xüsusiyyətləri haqqında məlumat-landırmalıdır.
Elmi dərketmənin əlverişli metodu olması üçün müşahidə bir sıra mühüm tələblərə cavab verməlidir. Bunlara planauyğunluq, məqsədmüvafiqlik, fəallıq və sistematiklik aiddir. Dərketmə vasitəsi kimi müşahidə dünya haqqında ümumi formada empirik təsdiqlənmiş ilkin informasiya verir.
Müqayisə dərketmənin ən geniş yayılmış metodlarından biridir. Əsassız olaraq deyilmir ki, “hər şey müqayisədə bilinir”. Müqayisə real hadisə və pro-seslərin öxşarlığını və fərqliliyni müəyyənləşdirməyə imkan verir. Müqayisə nə-ticəsində nir yaxud bir necə obyektə xass ümumi müəyyən edilir, hadisələrdə tək-rarlanan ümumi aşkar edilir ki, bu da qanunauyğunluğun dərk edilməsi yolunda pillədir.
Müqayisənin elmi dərketmənin səmərəli metodu olması üçün iki əsas tələbə cavab verməlidir. Bunlardan birincisi, elə hadisələr müayisə edilməlidir ki, onlar arasında müəyyən obyektiv ümumilik olsun. İkincisi, obyekti dərk etmək üçün onların müqayisəsi ən mühüm, vacib, zıruri əlamətlər üzrə həyata keçirilməlidir.
Müqayisənin köməyi ilə obyekt haqında informasiya iki müxtəlif yolla əldə edilə bilər. Birincisi, o müqayisənin birbaşa nəticəsi kimi çıxış edə bilər. İkincisi,
21
çox vaxt əldə edilən ilkin informasiya müqayisənin başlıca məqsədi kimi çıxış etmir və məqsəd ilkim məlumatların emalının nəticəsi olan ikinci yaxud törəmə informasiyanı əldə etməkdir. Belə emalın ən geniş yayılmış və ən mühüm üsulu oxşarlar üzrə nəticə çıxarmaqdır.
Müqayisədən fərqli olaraq ölçmə daha dəqiq dərketmə vasitəsidir. Ölçmə ölçü vahidlərinin vasitəsilə bəzi kəmiyyətlərin rəqəmli qiymətlərinin müəyyən edilməsi prosedurudur. Bu prosedurun dəyəri ondan ibarətdir ki, o ətrafımızdakı reallıqlar haqqında dəqiq, kəmiyyətcə müəyyən olunuş məlumatlar verir. Ölçmənin mühüm keyfiyyət göstəricisi, onun elmi dəyəri tədqiqatçının cəyindən, onun tətbiq etdiyi metodlardan, ən başlıcası ölçmə cihazlarının mövcudluğundan asılıdır. Elmi dərketmənin empirik metodları içərisində müşahidə və müqayisə kimi ölçmə metodu da mühüm yerlərdən birini tutur.
Müşahidənin xüsusi hallarından biri eksperimentdir, yəni elmi tədqiqatın belə metodu hadisə və prosesin mövcudluğunun təbii şəraitinə müdaxiləni nəzərdə tutur. Müşahidə ilə müqayisədə obyektin eksperiment metodu ilə öyrənilməsinin bir sıra üstünlükləri vardır. Bunlara aiddir:
-eksperiment prosesində bu və ya digər hadisəni “təmiz şəkildə” öyrənmək mümkün olur,
-eksperiment rel obyektlərin xüsusiyyətlərini eksterimal şəraitdəöyrənməyə imkan verir,
-eksperimentin mühüm yaxşı cəhəti onun təkrarlığıdır.
İstənilən eksperimenti həm birbaşa obyektlə, həm də onun modeli ilə birbaşa həyata keçirmək olar. Modeldən istifadə birbaşa işləmək çətin olan yaxud mümkün olmayan obyektlərə tədqiqatın eksperiment metodunu tətbiq etməyə imkan veirir. Ona görə də modelləşdirmə xüsusi metoddur vəelmdə geniş yayılmışdır. Bu meto-dun məqsədi nisbətən kiçik kollektivdə müəyyən ictimai hadisələri öyrənməkdir.
Tədqiqatın empirik və nəzəri səviyyələrində istifadə edilən metodlara abstraklaşdırma, təhlil və sintez, induksiya və deduksiya aid edilir.
22
Abstraklaşdırma univarsal xarakterli zehni fəaliyyəti ifadə edir və hər bir zehni addım bu proseslə yaxud onun nəticələrindən istifadə ilə bağlıdır. Bu metodun mahiyyəti mühüm olmayan xüsusiyyətlərdən, əlaqələrdən zehni olaraq təcrid edilməsindən, həmçinin tədqiqatçı üçün maraqlı olan tərəflərin ayırd edilməsindən ibarətdir.
Məntiqi təfəkkür sistemində abstraklaşdırma prosesi tədqiqatın digər metodları, xüsusilə təhlil və sintezlə sıx bağlıdır. Predmetin tərkib hissələrinə ayrılması yolu ilə öyrənilməsi elmi tədqiqatın təhlil metodunun mahiyyətini təşkil edir.
Sintez analiz nəticəsində ayrı-ayrı hissələri birləşdirərək obyekti bütöv şəkildə öyrənir. Elmi yaradıcılıqda təhlil və sintez metodları bir-biri ilə sıx əlaqədədir və öyrənilən obyektin xüsusiyyətlərindən və tədqiqatın məqsədindən asılı olaraq müxtəlif formalarda tətbiq edilə bilər. Obyektin dərketmə, onun mahiyyətinə nüfuzetmə dərəcəsindən asılı olaraq təhlil və sintezin müxtəlif növləri tətbiq edilir.
Birbaşa yaxud empirik təhlil və sintez obyektlə səthi tanışlıq mərhələsində tətbiq edilir. Bu zaman obyektin ayrı-ayrı hissələrə ayrılması, onun xüsusiy-yətlərinin aşkar edilməsi, sadə ölçmələr həyata keçirilir. Bu növ təhlil və sintez hadisəni dərk etməyə imkan verir, lakin onun mahiyyətinə nüfuz etmək üçün isə kifayət deyildir.
Əks yaxud sahədə -nəzəri təhlil və sintezdən öyrənilən hadisənin mühüm cəhətlərinin əldə edilməsinin güclü vasitəsi kimi geniş istifadə edilir. Burada təhlil və sintez əməliyyatları mexaniki həyata keçirilmir. Onlar müxtəlif hadisələrin səbəb-nəticə əlaqələri, hər hansı bir qanunauyğunluğun fəaliyyəti haqqında fərziyyələr kimi çıxış edə bilən bəzi nəzəri düşüncələrə əsaslanır. Struktur-genetik təhlil və sintez obyektin mahiyyətinə daha dərin nüfuz etməyə imkan verir.
Blakster və başqaları oxşar bir məqamı da diqqətə çatdırırlar ki, mövzu seçimində məlumatların əldə ediləcəyi vahidlərə - insanlar, müəssisələr və sənədlərə çıxış, eləcə də onların mövcud olub-olmaması mütləq nəzərə alınmalıdır. Əgər bunların heç biri əlçatam deyilsə, mövzu dəyişdirilməlidir. Bununla yanaşı, əgər mövzunun tədqiqi siyasi, mədəni və əxlaqi (etik) cəhətdən mümkün deyilsə, bu, araşdırmanın aparılmasını ya qeyri-mümkün edir, ya da araşdırma mövzusuna müəyyən düzəlişlərin edilməsim tələb edir. Təcrübəsindən asılı olmayaraq, araşdırmaçıların mövzu seçimi mərhələsində sahə ekspertləri ilə məsləhətləşmələri də tövsiyə olunur. Ümumiləşdirsək, tədqiqat mövzusunun seçilməsi və suallarının formalaşmasına təsir edən amillər aşağıdakılardır:
mövcud ədəbiyyatdakı boşluq və çatışmazlıqlar;
problemin həll yolunun göstərilməsi;
yeni nəzəriyyə və konsepsiyaların tətbiq edilməsi;
elmi ictimaiyyətdə müşahidə edilən inkişaf meyilləri, dəyişiklik və yeniliklərin öyrənilməsi; şəxsi təcrübə və maraq;
gözlənilən nəticələrin elmi və praktiki dəyəri;
mövcud məlumatın və ya nəzəriyyənin doğruluğu və düzgünlüyünü yoxlamaq istəyi;
cəmiyyətdə baş verən dəyişiklikləri və prosesləri tədqiq etmək istəyi;
verilən sifariş.
Tədqiqat mövzusunu müəyyənləşdirərkən bu suallar nəzərdə saxlanılmalıdır:
Bu problem daha öncə işlənilibmi? İşlənilibsə, hansı nəticələr əldə edilib? Araşdırıla biləcək hansı boşluqlar mövcuddur?
Hansı elmi-metodoloji yanaşma mövzunun öyrənilməsi üçün əlverişlidir? Bu günə kimi aparılmış araşdırmalarda hansı metodologiyalardan istifadə edilib?
Seçdiyiniz mövzunun hansı cəhətlərinin araşdırılması həm faydalı, həm də metodoloji cəhətdən mümkündür?
Aparacağınız araşdırma elmi ictimaiyyət üçün nə dərəcədə önəmlidir?
Mövzu sizin üçün maraqlı olmalıdır (amma tək sizin üçün yox!)
Ualliman vacib, ancaq bəzən diqqətdən kənarda qalan bir məqamı vurğulayaraq yazır ki, müəyyən, tədqiqat aparan şəxslər ya yalnız özləri üçün şəxsi maraq kəsb edən, ya da özləri üçün maraqlı olmayan, ancaq elmi ictimaiyyət üçün müəyyən əhəmiyyəti olan araşdırma mövzusu seçirlər. Tədqiqatçı mümkün qədər bu iki maraq arasında tarazlığı təmin etməlidir. Nəzərə alsaq ki tədqiqatçı araşdırma mövzusunun işlənilməsinə neçə ay, bəzən isə il sərf edir, onun mövzuya marağının olması mütləqdir. Belə olmadığı halda, bir müddət sonra həvəs azala, dolayısı yolla da tədqiqatın gedişində zəifləmə müşahidə edilə bilər. Eynilə əgər araşdırma mövzusu elmi ictimaiyyət üçün heç bir əhəmiyyət kəsb etmir, yalnız tədqiqatı aparanın şəxsi üçün maraqlıdırsa, bu halda tədqiqatın nəticələri ətrafdakılar tərəfindən qəbul edilməyə bilər.
Dostları ilə paylaş: |