Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

4. 
İslam
İslam ibrahimi dinlərin sonuncusu sayılır. “Təslim olmaq, boyun əymək, itaət etmək” 
m
ənalarında işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına gələn “silm” kökündən yaranıb. 
Bu din
ə inananlar ərəb dilində “müslim”, dilimizdə isə “müsəlman” adlanır.
İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində 
Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə çıxmışdır. Məhəmməd peyğəmbər 
M
əkkə şəhərində məskunlaşan Qüreyş qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub 
olmuşdur. Müsəlman mənbələrinə görə, Məkkə yaxınlığındakı Hira mağarasında ona ilk vəhy 
g
əlmişdir. Bundan sonra o, məkkəli bütpərəstləri təkallahlılıq əqidəsinə dəvət etmişdir.
Ömrünün sonuna q
ədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632- ci ildə dünyasını 
d
əyişdi. Məhəmməd peyğəmbərin vəfatından sonra İslam tarixində xilafət dövrü başladı. 
M
əşvərət yolu ilə seçilən ilk dörd xəlifə (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn 
Əbu Talib) dövründə baş verən ərəb istilaları nəticəsində İslam dini Ərəbistan yarımadasının 
hüdudlarını aşaraq İraq, Suriya, İran, Şimali Afrika və yer üzünün digər regionlarında yayıldı.
Abassil
ərin hakimiyyəti dövründə xilafətin paytaxtı olan Bağdad şəhəri dünyanın əsas elm, 
ticar
ət və mədəniyyət mərkəzlərindən biri sayılırdı. IX əsrin 20-ci illərində həmin şəhərdə “Hikmət 
evi”nin (“Beyt əl-Hikmə”) yaradılması İslam dünyasında elmin inkişafına güclü təkan verdi. Bu 
elmi m
ərkəzdə çalışan alimlər yunan, latın, fars, hind, çin və digər dillərdə olan riyaziyat, tibb, 
f
əlsəfə, astronomiya kimi elmlərə dair əsərləri ərəb dilinə tərcümə edirdilər. Sonradan müsəlman 
aliml
əri bu zəngin mirasdan istifadə edərək müxtəlif elm sahələrində fundamental əsərlər ortaya 
qoydular. 
Müasir İslam tarixində 25 sentyabr 1969-cu ildə İslam Konfransı Təşkilatının təsis olunması 
əlamətdar hadisəyə çevrildi. Mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən 
h
əmin təşkilata (2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür. 
Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır. Müasir dövrdə İslam dini 
xristianlıqdan sonra mənsublarının sayına görə dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində 
t
əqribən 1 milyard 800 milyon müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir.
İslam etiqadına görə, bəzi peyğəmbərlərə Allah tərəfindən Cəbrayıl mələk vasitəsi ilə 
müq
əddəs mətnlər göndərilmişdir. Bu müqəddəs mətnlərin bəziləri kitab, bəziləri isə səhifələr 
şəklində olmuşdur. Kitab şəklində olan müqəddəs yazılar bunlardır: “Tövrat”, “Zəbur”, “İncil” və 
“Quran”. “Tövrat” Musaya, “Zəbur” Davuda, “İncil” İsaya, “Quran” isə Məhəmməd peyğəmbərə 
gönd
ərilmişdir.
Müs
əlmanlar inanırlar ki, 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin