Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

II. Şiəlik  
İslamın ikinci ən böyük istiqaməti şiəlikdir. Dünya müsəlmanlarının təqribən 10-20 faizi bu 
m
əzhəbə mənsubdur. Xəlifəlik məqamının Əli ibn Əbu Talibə və onun övladlarına məxsus 
olduğunu irəli sürən məzhəb və dini cərəyanlar “şiə” adlandırılmışdır. Ərəb sözü olan “şiə” 
Az
ərbaycan dilinə tərcümədə “tərəfdar” mənasını verir, yəni şiə dedikdə “Əli tərəfdarları” nəzərdə 
tutulur.
Müasir dövrd
ə şiəliyin üç əsas qolu mövcuddur: 1. İmamilik (imamiyyə); 2. İsmaililik; 3. 
Zeydilik.
III. İbazilik  
İbazilik məzhəbi xaricilik zəminində meydana gəlmişdir. Xaricilik İslam tarixində ortaya 
çıxmış ilk dini-siyasi hərəkat sayılır. Hərəkat VII əsrdə Ərəb xilafətində hakimiyyət uğrunda gedən 
siyasi mübariz
ə səbəbilə yaranmışdır. Belə ki, 657-ci ildə dördüncü xəlifə Əli ibn Əbu Talib ilə 
xilaf
ətin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında baş verən Siffin döyüşündən sonra sülh 
müqavil
əsi bağlanmışdır. Bu isə Əli ibn Əbu Talibin ordusunda parçalanmaya səbəb olmuşdur. 
Çünki onun ordusunda sülh müqavil
əsinin şərtlərindən narazı qalan bir dəstə ortaya çıxmışdır. 
S
ayı 12 minə çatan bu döyüşçü dəstə xəlifənin ordusundan ayrılaraq “hökm yalnız Allahındır”, 
“Allahdan başqa heç kəsin hökm vermə haqqı yoxdur” kimi şüarlar səsləndirmiş, həm Əli ibn Əbu 


Talib
ə, həm də Suriya valisi Müaviyəyə qarşı gələrək, özlərindən olmayan hər kəsə kafir damğası 
vurmuşlar. Bu dəstənin üzvləri “xəvaric” (ərəb dilində “kənara çıxanlar”, “ayrılanlar” “tərk edənlər” 
m
ənasına gəlir) və ya “xaricilər” adlandırılmışdır. Beləliklə, ifrat dini dünyagörüşü ilə seçilən 
xaricilik meydana g
əlmişdir.
Xaricil
ər böyük günah (Allaha şərik qoşmaq, adam öldürmək, israf etmək, oğurluq etmək, 
içki içm
ək, qumar oynamaq və s.) törədən bütün müsəlmanları kafir elan edir, onların qətlini 
m
əqbul sayır və cəhənnəmdə əbədi cəza çəkəcəklərini deyir, habelə istənilən müsəlmanın xəlifə 
seçil
ə biləcəyini bildirirdilər. Fanatizm, dözümsüzlük və zorakılığa əl atma, habelə İslamın 
hökml
ərini hərfi mənada başa düşmə bu məzhəbin xüsusiyyətlərindəndir.
Xariciliyin dig
ər qollarından fərqli olaraq, ibaziliyin tərəfdarları hesab edirlər ki, onların 
etiqadları ilə razılaşmayan müsəlmanların qanını tökmək haramdır. Eyni zamanda, ibazilik ayrıca 
bir hüquqi m
əzhəb kimi xarakterizə olunur. Hazırda ibazilərin əsas hissəsi Oman dövlətində 
(Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. – Red.) yaşayır. Belə ki, buranın əhalisinin 
85.9 faizini müs
əlmanlar təşkil edir ki, onlardan da 45 faizi ibazilik məzhəbinin mənsublarıdır. Eyni 
zamanda, ibaziliyin m
ənsublarına az sayda Əlcəzair, Tunis, Liviya və Şərqi Afrika ölkələrində rast 
g
əlinir.

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin