Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

2. 
Pravoslavlıq  
1054-cü ild
ə xristianlıq iki böyük qola parçalandıqdan sonra şərqi xristianlar ortodoks (yunan 
dilind
ə “doğru təlim”, “həqiqi inanc”, “düzgün etiqad” mənasına gəlir. – Red.) və ya pravoslav (hərfi 
t
ərcüməsi: “doğru mədh etmə” . – Red.) adlandırıldı.
Pravoslavlıq katoliklik və protestantlıqdan sonra xristianlığın sayca üçüncü ən böyük 
qoludur. Dünyada pravoslavların sayı 125-180 milyon nəfər arasında dəyişir. Başqa xristian 
m
əzhəbləri ilə müqayisədə pravoslavlar daha çox mühafizəkardır. Onlar erkən xristianlığın 
eh
kamlarını dəyişdirmir və ya onlara əlavə etmirlər.
Müq
əddəs Rəvayət pravoslavlıqda imanın əsas mənbəyi sayılır. Pravoslavlara görə
Müq
əddəs Rəvayət - Bibliya, Kilsə Ataları (pravoslavlar yalnız II-VIII əsrlərdə yaşamış kilsə 
atalarının təlimlərini qəbul edirlər) və Kilsə Müəllimlərinin dini təlimləri, ilk yeddi ümumdünya kilsə 
m
əclislərinin qərarları və müqəddəslərin həyat hekayələrindən ibarətdir.
Pravoslavlar etiqadca diofizitdirl
ər. Bu xristian konfessiyanın mənsubları arasında Məryəm 
Anaya, m
ələklərə, müqəddəslərə, onların “cəsədlərinə”, ikonalar kimi müqəddəs sayılan dini 
əşyalara pərəstiş geniş yayılmışdır.
Pravoslavlarda katolikl
ərdəki kimi sərt mərkəzləşdirilmiş kilsə hakimiyyəti mövcud deyildir. 
Y
əni pravoslavlıqda Müqəddəs Taxt-Taca bənzər vahid dini mərkəz yoxdur.


Pravoslavlıqda əsas dini ayin liturgiya adlanır. Dini ayinlər milli dillərdə, daha çox onların 
arxaik formalarında yerinə yetirilir (məs.: Rus Pravoslav Kilsəsində ayinlər qədim slavyan dilində 
h
əyata keçirilir). İbadət zamanı məbədlərdə şam və buxur (ətirli tüstü. – Red.) yandırılır. 
Pravoslavlar sağdan sola üç barmaqla xaç çevirirlər. Onlarda daha çox səkkizguşəli xaç forması 
s
əciyyəvidir.
Pravoslav dünyada rahiblik geniş yayılıb. Bu xristian məzhəbində ruhanilər qara (rahib 
h
əyatı yaşayan) və ağ olmaqla iki qrupa bölünürlər. Qara ruhanilərə evlənmək qadağandır. Ağ 
ruhanil
ər isə yüksək dini rütbə alanadək evlənə bilər. Lakin ağ ruhanilərə boşanmaq və ya həyat 
yoldaşlarını itirsələr belə, təkrar evlənmək qadağandır.
Pravoslavlarda 
ən böyük dini bayram İsa Məsihin dirilməsi şərəfinə keçirilən Pasxadır. Bu 
dini bayram aprel v
ə ya may aylarında yaz gecə-gündüz bərabərliyindən sonra ilk bazar günü 
keçirilir.

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin