şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır.
S
ərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.
Üçüncü m
ərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik
Az
ərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami
m
əzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıl tapır. Dördüncü mərhələ
S
əlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə
gücl
ənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəbə çevrilir, sufi təriqətləri geniş
yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahları islamı xristianlığın təzyiqindən qoruya bilirlər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu
dövrd
ə sufilik geniş yayılır, hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı - 1394) idi.
Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi
şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi
X
əlvəti (vəfatı - 1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından
biri x
əlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487) ardıcıllarından idi. İbrahim bin
M
əhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə
t
əriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana
v
ə Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir. Altıncı mərhələ Səfəvilərin (1501-1786)
v
ə XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi
t
əbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna
gör
ə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar
Az
ərbaycanda sünni hənəfi məzhəbini yayırdılar. Tarixi faktlar təsdiqləyir ki, İslamın
Az
ərbaycanda yayıldığı dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib,
amma bu etirazlar din
ə yox, siyasi hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər İslam qılınc
gücün
ə yayılsaydı, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə
çevrilm
əzdi. Dini birlik şüuru etnik və ya milli birlik şüurundan daha güclü və əhatəli olduğundan
İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk xalqları bu dini qəbul etməklə
n
əinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın
t
əşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynadılar. Çünki on beş əsr boyunca bu
coğrafiyada yaşamış və yaratmış insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən
g
ələni əsirgəməmiş və bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə çevrilmişlər. İslam
m
ədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan
m
ədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa
İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq.
Az
ərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz
vasit
əsilə yayılmışdır. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda
yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini
dair
ələr tərəfindən qəbul edilir.
Dostları ilə paylaş: