Mövzu 6: Türkiyə 1918- ci İLDƏ


Türkiyə İlə Yunanıstan Arasındakı Münasibətləri



Yüklə 320,05 Kb.
səhifə11/20
tarix02.01.2022
ölçüsü320,05 Kb.
#41916
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Mövzu 1. TÜRKİYƏ. doc-1

Türkiyə İlə Yunanıstan Arasındakı Münasibətləri

Hər ikisi də NATO üzvü olan Türkiyə ilə Yunanıstan arasındakı əlaqələr, 1950-ci illərdə Kipr problemi gündəmə gələnə qədər yaxşı idı. Bu tarixdən sonra Kiprin Yunanıstana birləşdirməyə çalışmasını nəzərdə tutan enosis arxasınca qaçan Yunanıstanlı siyasətçilər üzündən dostcasına münasibətlər, yerini düşməncəsinə münasibətlərə buraxmışdır. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxartması ilə NATO ölkələrinin Türkiyəyə reaksiyasını yetərli tapmayan Yunanıstan, NATO-nun hərbi qanadından ayrılıb. Türkiyənin 1980-ci ildə Yunanıstanın ittifaqın hərbi qanadına qayıtmasına dair müxalifətin tələbi ilə Afina, NATO-ya geri qayıtmışdır. Kipr problemi Türkiyə ilə Yunanıstan arasındakı ən mühüm problem olma xüsusiyyətini saxlamışdır.

Daha əvvəlki hissədə də toxunulduğu kimi Yunanıstanın Lozanna danışıqlarından irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə Qərbi Frakiya problemi də iki ölkə münasibətlərini mənfi istiqamətdə yönəltmişdir.

Türkiyə, patriarxlıq seçkilərinə müdaxilə etməyəndə Yunanıstan, birbaşa Qərbi Frakiyada xidmət edəcək müfti göndərərək xalqın iradəsinə qarşı çıxmışdır. Yunanıstan, regionda apardığı assimilyasiya siyasəti ilə burada yaşayan Müsəlman Türk xalqın öz mənliyini qoruyub saxlamasını əngəlləməyə davam etmişdir.



Egey dənizi problemlərinin bəziləri daha qədimə əsaslanmaqla bərabər böyük bir qismi 1974-cü ildən sonra başlamışdır. Türkiyə, Lozanna Müqaviləsinin Egey Dənizi yaratmış olduğu tarazlığın pozulmasını istəməmişdir. Yunanıstan, Lozannada yaradılan bu tarazlığı kafi görməmiş, daha əvvəl olduğu kimi Qərb dünyasının onu dəstəkləyəcəyinə görə bu tarazlığı öz lehinə çevirməyə çalışmış və Egey Dənizi bir Yunan gölü halına gətirməyi qarşısına məqsəd qoymuşdur. Tərəflər arasında aşağıdakı başlıqlar halında qeyd olunan məsələlərdə hələ də problemlər var.


Yüklə 320,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin