Mövzu 6: Türkiyə 1918- ci İLDƏ



Yüklə 320,05 Kb.
səhifə4/20
tarix02.01.2022
ölçüsü320,05 Kb.
#41916
1   2   3   4   5   6   7   8   9   ...   20
Mövzu 1. TÜRKİYƏ. doc-1

1947-ci il iyulun 12-də Ankarada ABŞ ilə Türkiyə arasında "Trumen doktrinası" çərçivəsində Türkiyəyə maddi yardım göstərilməsi haqqında müqavilə imzalandı. ABŞ-ın icazəsi olmadan Türkiyə bu yardımın məqsəd və istiqamətini dəyişə bilməzdi.

"Marşall planı" əsasında ABŞ və Türkiyə arasında 1948-ci il iyulun 4-də bağlanan müqavilə ilə ABŞ Kapitalının ölkəyə axını daha geniş miqyas aldı. Bu addım Türkiyəni Amerikanın təsir dairəsinə salmaqla yanaşı, ölkədə iqtisadiyyatın liberallaşmasına və azad bazar iqtisadiyyatının inkişafına təkan verdi.

1950-ci il mayın 14-də Keçirilmiş seçkilərdə Xalq Cumhuriyyəti partiyası 487 deputat yerindən cəmi 6-9-na yiyələnərək ağır məğlubiyyətə uğradı. 1946-cı ildə XCP-dən çıxanlar hesabına yaradılmış Demokratik partiya parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəldi. Yeni məclis Cəlal Bayarı respublikanın prezidenti seçdi. Baş nazir isə Adnan Menderes oldu. Hökumət xüsusi və xarici Kapitala geniş imkan yaradaraq etatizm siyasətini məhdudlaşdırdı.

Demokratik partiya hakimiyyətdə olduğu dövrdə Türkiyənin xarici siyasəti daha çox qərbyönümlü oldu. Türkiyə NATO-ya və "Bağdad paKtı"na daxil oldu.

Ölkənin hərbiləşdirilməsi böyük xərc tələb edirdi. Buna görə vergilər artırıldı. Büdcə Kəsiri dövlət borclarının artmasına səbəb oldu. 1960-cı ildə Türkiyənin xarici borcu 12 milyard lirəyə çatdı. Buna baxmayaraq, şəxsi təşəbbüsün genişləndirilməsi siyasəti sənayenin inkişafına kömək etdi. Elektrik enerjisi, pambıq-parça, şəkər istehsalı, kömür çıxarılması xeyli artdı. ABŞ inhisarlarının köməyi ilə sənaye bankı yaradıldı. Zavod və fabriklərin tikilməsi üçün xarici kapital böyük imtiyazlar aldı.

Menderes hökumətinin aqrar siyasəti iri mülkədar təsərrüfatının kapitalist təsərrüfatına çevrilməsinə yönəldilsə də, ölkənin taxıla olan ehtiyacı hələ ödənilmirdi.

Qadağanlara baxmayaraq Istanbul, Ankara, Izmir və b. şəhərlərdə tətillər baş verirdi. Fəhlələr, Kəndlilər, gənc zabitlər və tələbə-gənclər DP-nin siyasətindən narazılıqlarını bildirirdilər. Buna cavab olaraq hökumət demokratiyanın məhdudlaşdırılması siyasətinə əl atdı. 1960-cı il aprelin 18-də XCP-nin "təxribatçı" fəaliyyətini araşdırmaq üçün parlament Komissiyası yaradıldı. Komissiya üç ay müddətinə müxalifətçi partiya, qəzet və jurnalların bağlanması haqqında qanun qəbul etdi. Beləliklə, DP ilə XCP arasında hakimiyyət uğrunda mübarizə başlandı.1960-cı il aprelin 27-də İstanbul universitetinin tələbələri demokratiyanın məhdudlaşdırılmasına qarşı etiraz mitinqi təşkil etdilər. Səhəri günü çoxminlİK tələbə nümayişi baş verdi. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və silah işlətdi. Toqquşma nəticəsində ölənlər və yaralananlar oldu.

Dinc nümayişə divan tutulması İstanbulda ümumxalq qəzəbinə səbəb oldu. AnKara tələbələri həmrəylik əlaməti olaraq aprelin 29-da Atatürkün heykəli qarşısında, Qızılay meydanında mitinq keçirdilər. Hökumət hər iki şəhərdə hərbi vəziyyət elan etdi. Lakin çıxışların qarşısını almaq mümkün olmadı. 1960-cı il mayın 21-də hərbi məktəbin Kursantları da tələbələrlə həmrəylik nümayişinə çıxdılar. Gizli zabitlər qrupu hakimiyyəti devirmək haqqında qərar qəbul etdi. Mayın 27-də Ankara və İstanbul qarnizonları hökumət idarələrini ələ keçirərək nazirləri, Bayar və Menderes başda olmaqla bir sıra məşhur depu-tatları həbs etdilər.

Hərbi çevriliş nəticəsində hakimiyyət Milli BirlİK Komitəsinin (MBK) əlinə keçdi. 1924-cü il Konstitusiyası ləğv olundu, Milli məclis buraxıldı və siyasi partiyaların fəaliyyəti qadağan olundu. Bununla da, Birinci respublika sona yetdi. Müvəqqəti Konsti-tusiya qəbul olundu. Bu Konstitusiyaya görə, 38 zabit və generaldan ibarət olan MBK ölkədə ali qanunverici orqana çevrildi. Ordu generalı Camal Gursel MBK-nm sədri seçildi. 0, həm də mayın 28-də yaradılmış müvəqqəti hökumətə başçılıq edirdi. Hökumətin fəaliyyət proqramında aşağıdaki məsələlərin həll edilməsi nəzərdə tutulurdu: 1) vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək; 2) antidemokratik qanunları ləğv etmək; 3) yeni demokratik idarələr yaratmaq; 4) iqtisadi israfçılığa son qoymaq, dövlət planlaşdırma idarəsini yaratmaq; 5) dünyanın bütün dövlətləri ilə dostluq əlaqələri yaratmaq və s.


Yüklə 320,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin