Osmanli imperiyasımn birlnci dünya müharibəsində məğlubiyyəti və onun nəticələri Ad günün mübarək Dədə🥰 Allah sağlam can versin qalan nevelerininde xeyir işlərin goresen övladların alarsan qucagina🤲🏻🎂🥧🥰😘😘1919-cu ilin əvvəlindən hakimiyyət "Azadlıq və razılıq" təşkilatından olan türk liberallarına keçir. Əslində isə hakimiyyət Antanta nümayəndələrinin əlində idi. Türk ordusu tərxis edilir, hərbi obyektlər qalib müttəfiqlərə verilirdi. Faktiki olaraq , belə bir şəratdə yalnız bir çıxış yolu qalırdı- "Ya istiqlal, ya ölüm!"
I919-cu ildə Anadoluda müqavsmət hərəkatınınbaşlanması Qərb dövlətlərinin Türkiyədəki fəaliyyəti yerli əhalinin hiddət və narazılığına səbəb olurdu. 1919-cu ilin əvvəlindən bütün ölkədə müqavimət hərəkatı genişlənir. Yanvar ayında Anadolunun cənubunda başlanan partizan hərəkatı, mayda qərb bölgələrinə yayılır. Türk ziyalı və zabitlərinin rəhbərliyi altında "Əhalinin hüquqlarının müdafiə cəmiyyətləri yaradılır.
Ölkədə geniş milli-azadlıq hərəkatı başlanırdı. Hərəkatin lideri isə birinci dünya müharbəsi illərində fərqlənmiş, Çanaqqala əməliyyatının qəhrəmanı vətənpərvər general Mustafa Kamal paşa ( bu zaman onun 39 yaşı var idi) idi. Müharibə qurtardıqdan sonra Müstafa Kamal paşanı İstambuldan uzaqlaşdırmaq məqsədilə ona 9-cu Ordu müffəttişliyi vəzifəsi təklif edildi. Mustafa Kamal paşa ona Anadoluda böyük səlahiyyətlər verən bu vəzifəni qəbul etdi. Türk generalının Anadoluya gondərilməsində məqsəd "Samsun və ətarfındakı əsayiş pozğunluğunu yerində aşkara çıxarıb tədbir görməkdən ibarət idi. Hökümətə verilən ingilis hesabatlarında, bu bölgələrdə türklərin yunanlara qarşı partizan hərəkatına başladıqları və regionun asayişini pozduqları bildirilsə də vəziyyət tamamilə bunun əksinə idi.Bu bölgədə yuxarıda deyildiyi kimi, Yunan Pont dövlətini yaratmaq məqsədini güdən geniş bir yunan hərəkatı başlamışdı. Hücuma məruz qalan yunanlar deyil, türklər idi. Yunan patriarxlığı tərəfindən idarə olunan Mavri -Mira cəmiyyəti bu bölgədə yaratdığı partizan dəstələri vasitəsilə türk kəndlərinə hücum edir, qırğınlar törədir, yerli xalqı təşvişə salmaq istəyirdi. Bu hərəkətlərə qarşı vətənpərvər türklər də lazımi partizan dəstələri yaratmış, yerli yunanlarla mübarizəyə başlamışlar. Mustafa Kamal paşaya verilən təlimata əsasən bölgə türklərinin mübarizəsini dayandırmalı idi. Mustafa Kamal paşa da bu işin öhdəsindən gəlmək üçün hökümətdən geniş səlahiyyətlər istəmişdi. İstambul höküməti bu tələblə razılaşmışdı. Nökümət ümid edirdi ki, Mustafa Kamal paşa bu vəzifənin öhdəsindən gələcək. Lakin generalın düşüncələri başqa idi. Bu vəzifə ona şübhə doğurmadan Anadoluya keçmək fürsəti verirdi. Onun əsas məqsədi-"Millətin hegemonluğuna əsaslanan, qeyri-şərtsiz müstəqil, yeni bir türk dövlətini yaratmaq idi." Elə bu niyyətlə də, o, 1919-cu il mayın 19-da Samsuna gəlir. Artıq Anadoluda başlayan milli mübarizə öz liderini tapmış, dağınıq və regional müqavimətlər bir bayraq altında toplanmağa başlamışdı. Mustafa Kamal paşanın sədrliyi ilə 1919-cu il iyunun 23-də Ərzurumda 62 nümayəndənin iştirakı ilə "Hüquq müdafiə cəmiyyətləri"nin Konqresi keçirildi. Konqres bir təsis məclisi kimi 14 gün fəaliyyət göstərdi. Konqresin burada keçirilməsi təsadüfi deyildi. Mudros müqaviləsindən sonra, Ərzurum azadlıq ideyasının ən kəskin şəkildə meydana çıxdığı bir bölgə idi. Ərzurum konqresi çətin bir şəraitdə toplanmışdı.Çünki Konqres üzvlərinin istər vilayətlərdə seçilməsində, istərsə də seçilən nümayəndələrin konqresə göndərilməsində boyük maneələr ortaya çıxırdı. Ərzurum Konqesinin toplanması və işinə başlaması ilə İstambulda saray və hökümət tərəfindən Anadoluda yüksələn bu azadlıq səsini boğmaq üçün ciddi fəaliyyət başlandı. Mustafa Kamal dövlətə qarşı çıxış edən bir qiyamçı, Ərzurum Konqresi isə qeyri -qanuni elan edildi. Lakin hökümət real heç bir tədbir görə bilmədi. Ərzurum Konqresində Mustafa Kamalın başçılığı ilə İcraiyyə Komitəsi seçildi. Komitə Türkiyənin bölüşdürülməsinə imkan verməyəcəyinə dair vəd verdi.
1919-cu il sentyabrın 4-də Sivasda 8 gün davam edən"Hüquq müdafiə cəmiyyətləri"nin növbəti konqresi keçirildi. Burada Mustafa Kamal paşanın başçılığı ilə Təmsilçilər heyəti seçildi. Ərzurum konqresindən sonra bütün ölkəni təmsil edən belə bir əhəmiyyətli konqresin Sivasda toplanması şəhərin strateji vəziyyəti ilə əlaqədar idi. Anadolunun mərkəzində yerləşən Sivas müqavilə şərtlərinə uyğun olaraq, Antanta dövlətlərini təmsil edən bir sıra zabitlərin burada yerləşməsinə baxmayaraq, bütövlükdə işğal edilməmişdi. Strateji baxımdan da Sivas Anadolu nəqliyyat yollarının birləşdiyi bir qovşaq idi. Təmsilçilər heyəti İstambul və Antanta qoşunlarının işğal zonası istisna olmaqla ölkənin bütün ərazisinə öz iddiasını bildirdi. Sivas konqresinin tələbi ilə sultan hökümət başçısını dəyişir və parlamentə seçkilərin keçirilməsinə icazə verir. Seçkilər baş tutdu və yeni parlament seçildi. Lakin yeni seçilmiş nümayəndələrin əksəriyyəti İstambula gəlməkdən imtina edir və Mustafa Kamal paşanın tərəfinə keçərək Ankaranı özlərinə iqamətgah seçirlər.
1920-ci il yanvarın 28-də İstambulda toplaşan parlament "Milli and"(Misaqi milli) qəbul edir. Bu faktiki olaraq istiqlal bəyannaməsi idi. Bu sənədə əsasən Türkiyə ərazisinin bütövlüyü və suverenliyi elan edilir, xarici iqtisadi və maliyyə nəzarəti, qərb dövlətlərinin bütün imtiyazları ləğv edilirdi. Antanta dövlətləri belə bir halla razılaşmaq istəmirdilər.
1920-ci il martın 16-da sultanın razılığı ilə İstambula ingilis desantı yeridilir. Parlament dağıdılır, onun üzvləri isə həbs edilərək Malta adasına sürgün edilirlər. Türk hakimiyyət orqanları ingilislərə tabe edilir. İtaətkar sultan Təmsilçilər heyətini qiyamçı, Mustafa Kamalın özünü isə cinayətkar elan edərək qiyabi olaraq edama məhkum edir.
Belə bir şəraitdə 1920-ci il aprelin 23-də Ankarada yeni parlament - Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başlayır. İngilislər tərəfindən qovulmuş parlamentin 105 nümayəndəsi İstambuldan qaçmağa müvəfəfq olur və TBMM-nin tərkibinə qatılır. TBMM-nin sədri Mustafa Kamal paşa yeni parlamenti Türkiyə ərazisində yeganə qanuni hakimiyyət orqanı elan edir. Türkiyə böyük Millət məclisi "Əsas təşkilatlar haqqında" 85 saylı qanun qəbul edir. Bu qanun 1924-cü ilə qədər Türkiyə müvəqqəti konstitusiyasına çevrilir. Bu qanunda bəyan edilidi ki, "bütün ali hakimiyyət, heç bir məhdudiyyət qoyulmadan xalqa məxsusdur". Bütün qanunvcrici və icraçı hakimiyyət TBMM-nə, onun adından isə hökümətə verilirdi.
TBMM-nin formalaşdırdığı hökümətin ilk tədbirlərindən biri Sovet Rusiyasına müraciət etməsi olur. Artıq 1920-ci il aprelin 26-da M.Kamal V.İ.Leninə məktub göndərir; 1920-ci ilin iyununda Türkiyə və Rusiya arasında diplomatik münasibətlər qurulur. Daha sonra Moskvaya Ankara hökümətinə hərbi və iqtisadi yardımın göstərilməsi haqqında danışıqlar aparmaq üçün türk nümayəndə heyəti göndərilir.İlk sovet silahı Ankaraya avqust ayında gəlir.
Ankaradakı yeni höküməti qiyamçı elan edən sultan onlara qarşı ordu göndərir, lakin bu ordu partizanlar tərəfindən məğlub edilir. Belə şəraitdə 1920-ci ilin iyununda Mustafa Kamala qarşı İzmirdən yunan ordusu hərəkətə başlayır. Beləliklə, yunan-türk müharibəsi başlanır.
1920-ci il avqustun 10-da Paris sülh kofransında Türkiyə ilə imzalanacaq sülh müqaviləsinin şərtləri müzakirə edilir. Nəticədə Sevr müqaviləsi imzalanır. Müqaviləyə əsasən, imperiyanın bütün qeyri-türk əraziləri yenicə yaradılmış Millətlər Cəmiyyətinin mandatına verilirdi; eyni zamanda Türkiyənin öz ərazisi də bölüşdürülürdü. Şərq hissəsində müstəqil Ermənistan və kürdüstan dövlətlərinin yaradılması nəzərdə tutulurdu. Ədirnə(Adrianopol ) də daxil omaqla Rumeli (Şərqi Frakiya) Yunanıstana keçirdi. Boğazlar zonasında beynəlxalq nəzarət tətbiq edilirdi. Anadolunun bir hissəsi Avropa dövlətləri arasında nüfuz dairələrinə bölünürdü. Türkiyə üzərində Antanta dövlətləri tərəfındən tam maliyyə nəzarəti qurulur, türk ordusu tamamilə tərxis edilir, Türkiyə ərazisində kapitulyasiya rejimi təsdiq edilirdi. Sevr müqaviləsi sultan VI Məhəmməd tərəfindən imzalanır. Təbii ki, faktiki olaraq türk dövlətinin mövcudluğunu şübhə altına qoyan Sevr müqaviləsi ölkədə böyük narazılığa səbəb oldu. TBMM bu müqaviləni tanımadığını bildirdi. Beləliklə, belə bir sual ortaya çıxırdı: bu müqaviləni həyata necə keçirməli. Belə ki, Antanta dövlətləri arasında da bu müqaviləyə münasibət birmənalı deyildi. İtaliya və Fransa açıq etirazlarını bildirirdilər, çünki müqavilənin şərtləri hazırlanarkən onların şərtləri nəzərə alınmamışdır.ABŞ özü kənara çəkilmişdir. Düzdür, Ermənistan üzərində mandat ABŞ-a təkilif edilir, o, bu təklifdən də imtina edir.Böyük Britaniya müharibəni uzatmaq fikrində deyildi. Müharibəyə əsasən Yunanıstan üstunlük verirdi.
Yunan ordusu Sevr sülh müqaviləsinin həyata keçirilməsi funksiyasını öz üzərinə götürür. Onlar Mustafa Kamal ordusunun mövqelərinə hücumu davam etdirirdilər. Bu arada isə TBMM sədri Mustafa Kamal paşa, milli müdafiə naziri Fevzi Çakmak paşa, Baş ştab rəisi və eyni zamanda Qərb cəbhəsi komandanı albay İsmət bəy bütün qüvvəllərini milli ordunun yaradılmasına vermişdilər. 9 yanvar 1921-ci ildə günortadan sonra yunanların türk ordusuna qarşı geniş-miqyaslı hücumu başlandı. Kiçik bir kənd olan İnönü Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi kimi tarixə daxil olan döyüş məkanı oldu. Sonralar bu döyüşə rəhbərlik edən İsmət bəyə İnönü ləqəbi verildi. Yanvarın 10-da türklər əks hücuma keçir və İnönü döyüşündə yunanlar darmadağın edilərək geri çəkilməyə məcbur olurlar. Bu döyüş Ankara hökümətinin mövqeyini möhkəmləndirir. Antanta dövlətləri 1921-ci ilin fevral-mart aylarında Londonda türk məsələsi ilə əlaqədar konfrans keçirir. Bu konfrarısda hər iki türk höküməti (İstambul və Ankara) iştirak edirdi, lakin konfrans nəticəsiz başa çatır.
1921-ci il martın l6-da Türkiyə və Sovet Rusiyası arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalanır. Müqaviləyə əsasən Rusiya Türkiyəyə təmənnasız olaraq silah və hərbi sürsat, həmçinin 10 mln rubl (qızılla) verirdi. 1921-ci il martın 31-də yunanalar yenidən İnönü yaxınlığında türklərin müdafiəsini qırmağa çalışır, lakin bu dəfə də uğursuzluqla üzləşirlər.İkinci İnönü savaşında da türk ordusuna İsmət paşa başçılıq edirdi. 1921-ci ilin yayında yunanlar irəlilləməyə müvəffəq olurlar. Afyon, əskişəhər, Kutahya, Biləcik və digər şəhərlər dalbadal düşmən əlinə keçir.Belə şəraitdə 4 avqust 1921-ci ildə TBMM gizli toplantısında hərbi vəziyyət müzakirə edilir.Avqustun 6-da Mustafa Kamal paşa üç ay müddətinə qeyri-məhdud səiahiyyətlərlə Baş komandan təyin edildi. Yunanlar Ankaraya yaxınlaşırdı. 1921 - ci il avqustun 23-də yunan ordusunun hücumu ilə Sakarya çayı yaxınlığında şiddətli döyüşlər başlanır. Türk tarixşünaslığında "Sakarya meydan müharibəsi" adını alan bu döyüş 22 gün davam etdi. Nəhayət, sentyabrın 13-də türk qoşunları düşməni Sakarya çayının şərqində tamamilə məhv edərək böyük bir qələbə əldə etdilər.Bu müvəffəqiyyətlə əlaqədar 19 sentyabr 1921-ci ildə TBMM tərəfindən Baş komandan Mustafa Kamal paşaya müşir (marşal) rütbəsi və "Qazi" adı verilir. Bu döyüş artıq sübut etdi ki, Türkiyə Sevr müqaviləsini qəbul etməyəcək. 13 oktyabr 1921-ci ildə Qafqaz respubükaları ilə Qars müqaviləsi, 20 oktyabr 1921-ci ildə fransızlarla Ankara müqaviləsini imzalayır. Fransa Ankara hökümətini tanıyır və qoşunlarını ölkədən çıxarır. İtaliya da həmçinin öz qoşunlarını Türkiyə ərazisindən çıxarırdı. Yalnız yunan ordusu Türkiyədə qalmaqda idi.
1922-ci il avqustun 30-da türk ordusu bütün qüvvəllərini toplayaraq hücuma keçir və yunanları tam məğlub edir. Sentyabrın 9-da türk ordusu İzmirə daxil olur, yunan ordusunun bütün komandanlığı əsir düşür. Sentyabrın I8-nə isə bütün Türkiyə ərazisi yunan qoşunlarından azad edilir. Oklyabrın 11-də Mərmərə dənizində yerləşən Mudanya limanında TBMM nümayəndələrı Böyük Britaniya, İtaliya, Fransa ilə əməliyyatların dayandınlması haqqında saziş imzalanır. Oktyabrın 13-də bu sazişə Yunanıstan da qoşulur. Mudanya barışığı türk xalqının xarici işğajçılara qarşı milli-azadlıq müharibəsinin sonu demək idi. Yunan ordusu Şərqi Frakiya böl-gəsindən də çıxarılır.Beləliklə, Türkiyə ərazisi işğalçılardan azad edilir, türk ordusu Antantanın nəzarətində olan boğazlara qədər irəliləyir.