Mövzu 6: Türkiyə 1918- ci İLDƏ



Yüklə 320,05 Kb.
səhifə3/20
tarix02.01.2022
ölçüsü320,05 Kb.
#41916
1   2   3   4   5   6   7   8   9   ...   20
Mövzu 1. TÜRKİYƏ. doc-1

Kamalçılar inqilabının nəticələri. Lozanna sülh konfransi. 1 noyabr 1922-ci ildə türkiyə Böyük Millət Məclisinin qərarı ilə səltənət və xilafət bir-birindən ayrıldı və səltənət ləğv edildi.Sultan VI Mehmed Vahidəddin devrildi və ingilis gəmisində ölkəni tərk edir. Lakin bütün dünya müsəlmanlarını birləşdirən xəlifəlik institutu saxlanılırdı, Sultan sülaləsindən olan II Əbdülməcid bütün müsəlmanların xəlifəsi seçildi. 20 noyabr 1922-ci ildə Lozannada konfrans işə başlayır.Burada Türkiyə İsmət paşa, Böyük Britaniya lord Kerzon, Fransa Puankare, İtaliya Mussolini ilə təmsil edilmişdi. Bundan əlavə Yunanıstan, Yuqoslaviya, Bolqarıstan, Rumıniya və Yaponiya da konfransın işində iştirak edirdilər. ABŞ yalnız müşahidəçi qismində dəvət edilmişdi. Bir sıra əlahiddə (əsasən iqtisadi) məsələlərin müzakirəsində Albaniya, Belçika, Ispaniya, Portuqaliya, Niderland, Norveç və İsveçin nümayəndələri də iştirak edirdi. Çiçerinin başçılıq etdiyi sovet nümayəndə heyəti yalnız noyabrın axırında Lozannaya gəlir və boğazların statusu məsələsinin müzakirəsində iştirak edir. Danışıqlar çətinliklə gedirdi. Rusiya dinc dövrdə xarici ölkələrin hərbi gəmilərinin boğazlardan keçməsinə etiraz edirdi. Lakin bu mövqe dəstəklənmir. Böyük Britaniya isə istər dinc dövr üçün, istərsə də Türkiyənin bitərəf qaldığı müharibə dövrləri üçün bğazları bütün ölkələrin hərbi gəmiləri üçün açıq olmasını təklif edirdi, eyni zamanda boğazlar üzərində beynəlxalq nəzarət nəzərdə tutulurdu. Bir sıra digər məsələlərdə də Türkiyənin milli mənafeyi nəzərə alınmadığından Türkiyə Antanta dövlətlərinin hazırladığı müqaviləni imzalamaqdan imtina etdi və 1923-cü il fevralın 4-də danışıqlar kəsildi. Danışıqlar yalnız 1923-cü il aprelin 23-də bərpa edildi. 1923-cü il iyulun 24-də səkkiz aylıq danışıqlardan sonra Lozanna protokolu, yaxud Lozanna müqaviləsi imzalandı.Türkiyə Ərəbistan, Misir, Sudan, Tripolitaniya, Mesopotomiya, Fələstin, Suriya, Lemnos,Mitilen, Samosa, Nixari, Xiyosa və türkiyənin 3 mildən artıq olmayan Asiya sahillərindəki adalarından başqa bütün torpaqlarını saxlamış oldu. Frakiyada mariç çayından Karaqaça qədər türklərin əlində idi.Neft əyaləti olan Mosul məsələsinin həlli üçün Böyük Britaniya və Türkiyəyə 9 ay vaxt verildi.Əgər bu müddətdə məsələ həll olunmasa, onda Mosul məsələsi Millətlər Cəmiyyətində müzakirə olunacaqdı. Boğazlar məsəbsində ingilis diplomatiyası Türkiyə tərəfindən bir çox güzəştlərə nail oldu. Lozanna danışıqları nəticəsində sülh və ya müharibə şəraitində ticarət və hərbi gəmilərin boğazlardan azad keçməsinə dair razıliq əldə edildi. Boğazlarda İstambul qarnizonu 12 min nəfərdən artıq olmamalı idi. Türkiyə Yunanıstana təzminat iddiasından əl çəkdi. Eyni zamanda Türkiyə köhnə Osmanlı borclarını ödəməyə söz verirdi. Yalnız bu şərtlə Avropa dövlətlərinin maliyyə nəzarəti ləğv edilirdi. Türkiyə beş il ərzində xarici mallar üçün aşağı gömrük tariflərini saxlayır, bundan sonra gömrük müstəqilliyi əldə edirdi və proteksionist tariflər qoya bilərdi.Yunanıstanla münaqişə həll olunurdu. Hər iki icmanın nümayəndələri öz vətənlərinə köçürülürdü. Yunanlar- Türkiyədən, türklər isə Yunanıstandan. Bütün daşınmaz əmlak və eləcə də icmalara məxsus olan torpaq müvafiq olaraq Yunanıstan və Türkiyə dövlətlərinin ixtiyarına keçirdi. Bütövlükdə, Lozanna sülh müqaviləsi türk diplomatiyasının uğuru idi.Bu müqavilə kamalçılar inqilabı nəticəsində yaradılmış müstəqil Türkiyə dövlətinin varlığını təsdiq etdi, onun yeni(indiki) sərhədlərini müəyyənləşdirdi; türk xalqının milli heysiyyətini alçaldan kapitulyasiya rejimi ləğv olundu. Bütün xarici qüvvəllər Türkiyəni tərk etməli idi. 6 oktyabr 1923-cü ildə ingilis ordusu boğazlar ərazisindən çıxdı.1923-cü ilin oktyabrında sonralar Xalq-Cumhuriyyət partiyası adlandırılan Xalq Partiyası yaradıldı. Bu partiya hakimiyyətdə olan partiya idi və Mustafa kamal onun şəksiz lideri idi. 13 oktayabr 1923-cü ildə Ankara TBMM-nin qərarı ilə Türkiyə dövlətinin paytaxtı oldu. Artıq mövcüd quruluşun da adının açıqca ifadə olunması vaxtı çatmışdır. Nəhayət, 29 oktyabr 1923-cü il Türkiyə respublika elan olundu. Ankara millət vəkili Mustafa Kamal yekdilliklə Türkiyənin ilk prezidenti seçildi. Baş nazir isə M.Kamalın yaxın silahdaşı İsmət paşa təyin edildi. Beləliklə Kamalçılar inqilabı başa çatdı, ölkədə böyük nəticələrə gətirib çıxaran islahatlara başlanılırdı.

Müstəqil Türkiyə Cumhuriyyətinin iqtisadi həyatının əsasım etatizm təşkil edirdi. Hələ 1922-ci ildə Mustafa kamal bilavasitə dövlət əhəmiyyətli müəssisə və idarələri dövlətləşdirməyi təklif etmişdir. Sonralar etatizm kamalçılığın əsas prinsiplə-rindən birinə çevrilmiş və Xalq-Cumhuriyyət partiyasının proqramına(1931) və yeni Konstitusiyaya(1937) daxil edilmişdir. Etatizm(fransız dilindən tərcümədə dövlət deməkdir) iqtisadiyyata dövlət kapitalının qoyuluşu, şəxsi milli kapitalın sənaye və nəqliyyatda dövlət tərəfindən təşviqidir. Etatizm Türkiyənin milli müstəqilliyinin möhkəmləndirilməsində əsas amillərdən biri oldu. Gənc respublika qarşısmda duran başlıca vəzifəbr milli iqtisadiyyatı dirçəltmək, müasir sənaye yaratmaq idi. Eyni zamanda xarici dövlətbrdən asıhlığı da minimuma endirmək lazım idi.20-ci illərdə hökümətin iqtisadi siyasətinin əsas istiqarnəti xaricibrdən sənaye müəssisələrinin, dəmir yollannın və digər mühüm obyektbrin alıması idi. Eyni zamanda bəzi xarici konsesiyalar da dövlətin əlinə keçirdi.l928-ci ildə türkiyə dövlətin xarici borcunun həcmini və illik ödənişini müəyyənləşdirir.l933-ci ildə Türkiyə borcun ümumi həcminin azaldılmasına və ödəmə şərtbrinin asanlaşdırılmasına nail olur.Artıq borc təkcə valyuta ilə deyil, həmçinin türk malları ilə də ödənilirdi. 1944-cü ilə qədər Türkiyə bütün xarici borclarını verib qurtara bildi.1929-cu ildə xarici mallar üçün aşağı gömrük rüsumlarının saxlanılmasına dair Lozanna konfransı tərəfindən müəyyənləşdirilmiş 5-illik müddət başa çatdı. Elə həmin il proteksionist(himayəçi) gömrük rüsumları haqqında qanun qəbul edilir. Türkiyə gənc sənayesini qorumaq üçün yeni proteksionist tariflər tətbiq etdi. 1929-33-cü illər iqtisadi böhranı Türkiyə iqtisadiyyatına da ağır zərbə vurdu. Ölkənin əsas ixracat maddəsi olan kənt təssərüfatı məhsullarının qiyməti aşağı düşdü. Bu isə öz növbəsində maliyyə böhranına, əsasən də valyuta çatışmamazlığına gətirib çıxardı. 1931-ci ildə hökümət idxalı azaldır. Gətirilən mallar üçün xüsusi siyahılar tərtib edilir. Nəticədə idxal iki dəfə azalır.Dövlət sektorunda yeni iri müəssisələr tikilir, dəmir yolları, limanlar və s. salınırdı. Xarici konsessiyalar ləğv edilirdi. Bəziləri dövlət tərəfindən alınır, digərləri isə sadəcə ləğv edilirdi.1930-cü ildə Mərkəzi respublika bankı yaradılır. Osmanlı bankından alman aksiyalar və pul emissiyası hüququ bu banka verilirdi. Mərkəzi respublika bankı əsas investisiyaların dövlət sektoruna yönəldirdi. Ölkədə planlı iqtisadiyyata keçid başlanmışdı. Birinci beşillik dövründə (1933-1938) dövlət sektorda istehsal edilən məhsulun həcmi üç dəfə artır. Bütün iqtisadi məsələləri İqtisadiyyat nazirliyi tənzimləyirdi. Nazirlik dövlət bankları vasitəsilə dövlət müəssisələrini maliyyələşdirirdi. Hər bir bank sənayenin ayrı-ayrı sahələrinə xidmət göstərirdi. "Sümərbank"- emal sənayesinə,"Etibank" enegetika sahəsinə, bundan əlavə metallurgiya zavodlarına, gəmi kompaniyalarına və s. sahələrə xidmət edən banklar mövcud idi. Bütün banklar müəssisələrin idarəetməsində də yaxından iştirak edirdilər.Aqrar sektorda da müəyyən nailiyyətlər əldə edilmişdi. 20- ci illərin əvvllərində aşarın ləğvindən sonra kəndlilər dövlət fondundan torpaqla təmin edilir.20-ci illərdə cəmi 700 min hektar torpaq sahəsi paylanmışdı. Kəndlərdə vahid icarə sistemi tətbiq edilirdi. Hökümət kəndlərdə məhsuldarlığı, o, cümlədən, pambıq. Tütün və digər məhsulların yığımını artırmağa çalışırdı. Dünya iqtisadi böhranı illərində qiymətlərin mövcüd səviyyəsini saxlamaq məqsədi ilə dövlət özü kənd tə-sərrüfatı mallarını böhrana qədərki qiymətlərlə alırdı. Kəndlilərin maliyyələşdirilməsi üçün Kənd təsərrüfatı bankı yaradılmışdı.

Türkiyədə qiyməilərə bilavasatilə dövlət nəzarət edirdi. Hələ 20-ci illərdə bir sıra kənd təsərrüfatı məhsullarına (tütün, çuğundur, buğda) dövlət qiymətləri tətbiq edilmişdi. 1936-cı ildə "Sənaye məhsullarının qiymətlərinə nəzarət haqqında" qanun qəbul edilir. 1940-cı ildə qəbul edilmiş "Milli müdafiə haqqında" qanuna əsasən məhsulun qiymət dəyərini, gəlir normasını, nəqliyyat və digər xərcləri müəyyənləşdirmək büququnu dövlət öz üzərinə götürürdü. Eyni zamanda dövlət xalqın sosial rifahı haqqında düşünürdü. Əmək haqqları və iş şəraiti dövlət tərəfindən tənzimlənir, kütləvi işsizliyin qarşısı alınırdı. 1936- cı ildə "Əmək haqqında" qanun qəbul edilir.Qanuna əsasən 8-saatlıq iş günü təmin edilir, qadınların və yeniyetmələrin ağır işlə məşğul olmaları qadağan edilirdi. Doğrudur, fəhlələrin tətil etməsi yaxud digər etiraz aksiyaları qadağan edilirdi. Lakin bununla yanaşı fəhlələrin hüquqları dövlət tərəfindən müdafiə olunurdu.

Beləliklə, etatizm siyasəti ölkə iqtisadiyyatının dirçəldilməsinə yönəldilməklə, xarici kapitalın maliyyə-iqtisadi təcavüzünə qarşı rnübarizə ehtiyaclarından doğaraq, həm də ölkənin müstəqilliyini möhkəmlədən bir siyasət idi. Kamalçılar milli banklar yaratdılar, dövlət kapital qoyuluşunu artırırdılar, himayəçi gömrük rüsumları tətbiq etdilər. Tanınmış sovet türkiyəşünası Y. Rozaliyev haqlı olaraq qeyd edirdi ki, " Türkiyədə dövlət kapitalizmi imperialist ölkələrdən asılı olan ölkənin ümumi iqtisadi geriliyi və inkişaf etməkdə kapitalist münasibətləri arasında olan uyğunsuzluğu zəiflətmək, zəif milli kapitalı xarici inhisarçılarını məhvedici təsirindən müdafiə etmək və yaranmaqda olan burjuaziyanın maddi-istehsal bazasını möhkəmləndirmək məqsədlərinə yönəlmişdir və mütərəqqi mahiyyətə malik idi"

1938-ci il noyabrın 10-da Mustafa Kamal Atatürk vəfat edir. İsmət İnönü prezident seçilir.

30-cü illərdə Türkiyənin xarici siyasəti, Daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də Atatürkün əsas məqsədi ölkənin milli mənafeyini qorumaq idi. 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə daxil olur. 1934-cü ilin fevralında Türkiyə Yunanıstan, Rumıniya və Yuqoslaviya ilə müvafiq müqavilələr imzalayaraq balkan Antantasını yaradırlar. Faşist italiyası Efiopiyaya hücum edən zaman , türkiyə Böyük Britaniya ilə Aralıq centelmen sazişi bağlayır, sazişə əsasən ingilis-italyan münaqişəsi baş verərsə, türkiyə Böyük britaniyaya yardım edəcəkdi.

İkinci dünya müharibəsi ərəfəsində Türkiyənin Almaniya ilə münasibətləri inkişaf edir. Hələ 1930-cu ildə Türkiyə Almaniya ilə ticarət müqaviləsi imzalayır. 1936-cı ildə Türkiyənin xarici ticarətinin yarısı Almaniyanın payına düşürdü.1936-cı ilin iyuunda Montrödə boğazlar məsələsini müzakirə etmək üçün konfrans toplanır. Konfransda Türkiyə,SSRİ.Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan,Yuqoslaviya, Avstraliya və Yaponiya iştirak edirdi. Ən vacib məsələ hərbi gəmilərin boğazlar vasitəsilə Qara dənizə daxil olmaq və geri qayıtmaq məsələsi idi. Böyük Britaniya, Yaponiya və digər dövlətlər həm müharibə vaxtı, həm dinc şəraitdə qeyri-Qara dəniz ölkələri üçün boğazlardan azad keçmək hüququ əldə etmək istəyirdilər. Bu mövqeyə qarşı SSRİ etiraz edir və tələb edirdi ki, istənilən vaxt boğazlardan keçmək qeyri-Qara dəniz dövlətlərinə qadağan edilsin.1936-cı il iyunun 20-də Montrödə boğazlara dair konvensiya imzalanır. Konvensiyanın müddəti 20 il idi, hər hansı problem yaranmasa konvensiyanın müddəti avtomatik uzadılırdı. Konvensiyaya əsasən-boğazlara dair Lozanna konfransında yaradılmış beynəlxalq komissiya ləğv edilir və onlar tamamilə Ttürkiyənin nəzarəti altına keçir; ticarət gəmilərinin boğazlardan hər zaman azad keçməsi,Qara dəniz ölkələri üçün dinc vaxtı hərbi gəmilərin boğazlardan keçməsi təmin edilirdi,qeyri-Qara dəniz dövlətləri üçün bu hüquq gəmilərin tonnajı(tonnaj30minikeçməməliidi),kateqoriyaları( yalnız yüngül suüstü gəmibr, yaxud kiçik hərbi gəmilər),və qalma müddəti(2I gündən artıq olmamalı) ilə məhdudlaşırdı.Müharibə dövründə boğazlar bütün müharibədə iştirak edən dövlətlər üçün bağlanır, Türkiyə özü istədiyi halda, birbaşa türkiyə üçün hərbi təcavüz təhlükəsi yaranardısa boğazları aça bilərdi.30-cü illərdə Türkiyə qonşu müsəlman ölkələri ilə münasibətlər qurmağa cəhd edir. 8 iyul 1937-ci ildə Türkiyə, İran, Əfqanıstan və İraq arasında hücum etmərnək haqqında Sədabad paktı imzalanır.27 may 1938-ci ildə Londonda Türkiyəyə 16 mln funt sterlinq həcmində kredit veilməsı haqqında saziş imzalanır. Həmin pulla Böyük Britaniyadan siiah almacaqdı. l939-cü il yanvarın 16-da Berlində Almaniya ilə imzalanan mqüviləyə əsasən Türkiyəyə 150 mln marka həcmində kredit verilirdi. 1939-cu il mayın 12-də qarşılıqlı yardım haqqında ingilis-türk müqaviləsi imzalanır. Eyni məzmunlu müqavilə 1939-cu il iyunun 25-də Türkiyə və Fransa arasında imzalanır, eyni zamanda Ankarada İsgəndərun sancağının Türkiyədən alınıb Suriyaya birləşdirilməsi haqqında türk-fransız razılığı imzalanır.

İkinci dünya müharibəsi başlanandan sonra Türkiyə öz bitərəfliyini elan edir. Elə həmin il oktyabrın 19-da türkiyə Fransa və Böyük Britaniya ilə qarşılıqlı yardım haqqında üçtərəfli müqavilə imzalayırlar. 15 il müddətinə imzalanan müqavilə 1939-cu ilin may və iyununda bu dövlətlərlə imzalanan ikitərəfli müqavilələrin davamı idi. Böyük Britaniya və Fransa Türkiyə hücuma məruz qaldığı halda onu müdafiə edəcəklərini vəd edir; Aralıq dənizi hövzəsində müharibə ocağı yaranarsa hər üç dövlət qarşılıqlı hərbi yardım göstərəcəkdi; əgər Böyük Britaniya və Fransa Rumıniya və Yunanıstanı müdafiə etmək məqsədilə müharibəyə qoşulsalar Türkiyə hərbi yardım göstərəcəkdir. Müharibənin ilk illərində Türkiyə bir sıra ciddi sınaqlarla üzləşir. 1940-cı ilin mayında Almaniyanın Fransaya hücum etməsi, İtaliyanın isə müharibə elan etməsindən sonra Türkiyə 1939-cu il Fransa və Britaniya ilə imzaladığı müqaviləyə əsasən müharibəyə girməli idi. 1940-cı il oktyabrın 28-də İtaliya Yunanıstana hücum edir. Yenə də müttəfiqlik müqaviləsinə əsasən türkiyə hərbi əməlyyatlarda iştirak etməli idi. Böyük Britaniya tələb edirdi ki, Türkiyə mümkün olan qısa müddətdə müharibəyə qoşulsun. 1940-cı ilin sonu-1941-ci ilin əvvəllərində Almaniyanın balkanlarda, xüsusilə də Bolqanstan və Ruminyadakı əməlİyyatları həm Türkiyə, həm də Böyük Britaniya üçün ciddi narahatlıq yaradırdı.Böyük Britaniyanın baş naziri Uinston Çerçil Ismət İnönünəyə məktub yazaraq Türkiyənin müharibəyə girməsini tələb edirdi. Lakin heç bir halda Türkiyə müharibəyə qatılmadı. Çünki bir tərəfdən, Sovet İttifaqının bu məsələyə münasibəti müsbət deyildi, digər tərəfdən də Türkiyə üzərində Almaniyanın da güclü təsiri var idi, Almaniya isə onun müharibəyə qoşulmasına heç cür yol vermək istəmirdi. Yaranmış vəziyyətdə Böyük britaniya yeni bir ideya irəli sürür: türkiyə, Yunamstan, Yuqoslaviya və Bolqanstanı birləşdirən Balkan Bloku yaradılsın. Türkiyə bu ideyanı dəstəkləyir. Almaniyanın qəzəblənəcəyindən qorxan Yuqoslaviya Bu ideyanı qəbul etmir. Türkiyə təklif edir ki, bu bloka Sovet İttifaqı və ABŞ da qoşulsun Lakin bu blokun yaradılması baş tutmur. 1941-ci martın 25-də SSRİ Türkiyəyə müraciət edir və tərəflər 1925-ci il bitərəflik və hücumetməmək haqqında müqaviləni bir daha təsdiqləyirlər.1941-ci il iyunun 18-də Türkiyə Almaniya ilə bir-birinə hücumetməmək haqqında saziş imzalayır. 1941-ci il iyunun 25-də Türkiyə rəsmən öz bitərəfliyini elan edir.

1943-cü ildə Kasablanka konfransında T.Ruzvelt və U.Çerçil Türkiyənin müharibəyə qoşulması şərti ilə Balkan cəbhəsinin açılması haqqında razılaşma əldə edirlər. U.Çerçil vəziyyəti açıqlamaq üçün 30 yanvar-1 fevral 1943-cü ildə Adanada prezident İ.İnönü və baş nazir Ş.Saracoğlu ilə görüşür və Türkiyənin ən geci 1943-cü ilin sonundan müharibəyə qoşulmasını təklif edirdi. Lakin Türkiyə yenə də müharibəyə qoşulmur. Bir tərəfdən Türkiyə Sovet İttifaqından ehtiyat edir, digər tərəfdən də türk ordusunun lazımi silah-sürsatının olrnamasını bəyan edirdi. SSRİ isə Türkiyənin müharibəyə girməməsini Almaniyanın xeyrinə olduğunu iddia edirdi. 1943-cü ildə Moskvada müttəfiq dövlətlərinin baş nazirlərinin konfransında sovet tərəfi Türkiyənin müharibəyə qoşulmasında israr etdi və bildirdi ki, bu niyyət Türkiyəyə əmr formasında çatdırılmalıdır, Moskva konfrasında 1943-cü ilin sonunadək Türkiyənin müharibəyə qoşulması istənildi. Türkiyə və Böyük Britaniya xarici işlər nazirbri Qahirədə görüşdülər və Türkiyə tərəfi qəti olaraq bildirdi ki, hərbi yar-djm almayınca rnüharibəyə qoşulmayacaq. 1943-cü ilin noyabrında müttəfiqlərin Tehran konfransında sovet tərəfi Türkiyənin müharibəyə qoşulmasmda israrlı oldu, Hətta Sta-lin qeyri-diriomatik formada bildirdi ki, "lazım olarsa, Tür-kiyənin peysərindən tutaraq müharibəyə soxmalıyıq". ABŞ və Böyük Britaniya da bu təklifi dəstəklədibr.l943-cü il Qahirədə U. Çerçil və İ.İnönü bir daha görüşdülər. İ. İnönü müharibəyə qoşulmağa etiraz etmədi, lakin lazımi hərbi yardım almaq şərti ilə. 1944-cü ilin yanvar-fevral aylannda türk və ingilis hərbi heyətbri görüşdü. Uzun sürən məsləhətbşmələrdən sonra, məlum oldu ki, türkiyəyə lazım olan hərbi ləvazimat yalnız müharibənin sonunadək hazırla-maq mümkündür.Bebliklə, Türkiyə yenə də müharibəyə qoşulmadı. l944-cü ilin yayında Türkiyə Almaniya ilə diplo-matik əlaqələrinİ kəsir. 1945-ci ilin 4-11 fevralında Yaltada böyük dövlətlərin iştirakı ilə növbəti konfrans keçirildi.Bu toplantıda Birbşmiş Milbtbr Təşkilatmın yaradılması ilə bağlı məsələləri müzakirə etmək üçün San-Fransiskoda konfrans çağınlmasma qərar verildi. Konfransda iştiralan və BMTüzvü olmağm şərti Almaniya və Yaponiyaya müharibə elan etmək idi. Türkiyə 1945-ci il fevralın 23-də Almaniyaya müharibə elan edərək Türkiyə ikinci dünya müharibəsmə qoşulmuş oldu. 1945-ci ilin 25aprel-26 iyununda keçiribn San-Fransisko konfransında Türkiyə iştirak etdi və, beblikiə də, BMT yaradıcılanndan biri oldu. Buna baxmayaraq SSRİ ilə münasibətlər getdikcə gərginbşirdi. 1945-ci il mart ayınm 19-da Sovet höküməti dostluq və bitərəflik haqqında 1925-ci ildə imzalanmış sovet-türk müqaviləsinin qüvvədən düşdüyünü bildirdi.Türk tarixşünaslığında 1938-1945-ci ilbr "milli şef dövrü" adlamr. Həb 1938-ciin 26 dekabrmda Cumhuriyyət Xalq Partiyasının fövqaladə qurultayında M.K.Atatürkə "əbədi şef' fəxri adı verilərkən, İ.İnönüyə "milli şef " və "dəyişməz genel başqan" adı verildi. "Milli şef dövrü"ndə əsasən iki hökümət hakimiyyətdə olmuşdur. Atatürk dönəminin son baş naziri C.Bayar 1939-cu ilin yanvarında istefaya getmiş, yanvann 25-dən isə Rəfik Səydam höküməti fəaliyyətə başlannşdır. R.Səydam höküməti dövlətin nəzarət və tənzimləyici roluna üstünlük vermişdir. 1940-cı il yanvarın 24-də hökümətə geniş səlahiyyətlər verən Milli Müdafiə haqqında qanun qəbul edilir. Hökümətə iqtisadiyyatın istənilən sahəsinə müdaxilə etmək məqsədilə xüsusi komitə yaratmağa icazə verilirdi. Özəl bölmə tamamilə dövlətin nəzarəti altına alındı. Qiymətlərin artmasının, infiyasiyanm yüksəlrnəsinin, qara bazann inkişaf inkişaf etməsinin və s.qarşısınm zor gücünə saxlanılması höküraətin daxili siyasətinin əsasını təşkil etdi. Hər bir məhsulun qiyməti dövlət tərəfindən müəyyənləşdirilirdi. İş günü 11 saata qədər artınldı.1942-ci il iyulun 9-da Rəfik Səydam vəfat etdi. Baş nazir vəzifəsinə Ş.Saracoğlu təyin edildi. Saracoğlu höküməti dövründə iqtisadiyyat və qiymətlər üzərindəki dövlət nəzarəti müəyyən dərəcədə aradan götürüldü. Bunun nəticəsində qiymətbr artdı. Lakin qiymətlər artsa da, istehsai səviyyəsi də yüksəldi. Dövlət planlaşdınlmasınm və qiymət nəzarətinin güclü olduğu dövrdə buğda istehasiının səviyyəsi 50% aşağı düşdü. Ş.Saracöğlu hökümətinin yeni siyasətinə görə, taxılın dövlət tərəfindən satınalma qiyməti qaldınldı, kəndliyə icazə verildi ki, istehsal etdiyi məhsulun 25% bazarda bazar satsın. Bunun da nəticəsində istehsala maraq Müharibə illərində, təkcə iqtisadi problemlər deyil, həmçinin əhalinin maariflənməsi, bir vətəndaş kimi yetişməsi də dövlətin diqqət mərkəzində dururdu. Xüsusib də kəndli-brin maariflənməsinə maraq göstərilirdi. Məlum olduğu kimi, həmin dövrdə, Türkiyə əhalisinin 81% kənddə yaşayırdı. 1940-cı ildən kəndlər üçün müəllim hazırlayan "Köy institut-lan" fəaliyyət göstərməyə başlayır.

İkinci dünya müharibəsi illərində Türkiyə iqtisadiyyatı ciddi çətinlikbrb üzbşsədə, ölkənin valyuta ehtiyatlan nəinki dəyişilməz qalmış, hətta artım beb müşahidə olunudu. Buııun başhca səbəbi odur ki, müharibə aparan ölkəbrə hərbi sənaye üçün vacib olan xrom satüırdı və bu saüşdan böyük ölçudə valyuta əldə edilirdi. Müharibə dövrünün önərnli xüsusiyyətlərindən biri də Türkiyənin xarici ticarətində ABŞ-ın rolunun artması idi. Əgər 1941-44-cü iliərdə Türkiyənin xarici ticarətində ABŞ payı 14-24% arasmda idisə, 1945-ci ildə bu rəqəın 44% keçir. Beləiiklə, müharibənin sonunda bu amil Türkiyə-ABŞ yaxınlaşmasının zəmininə çevrildi.

Müharibədən sonrakı ilk illərdə Türkiyədə ən vacib problem iqtisadiyyatın sağlam-laşdırılması idi. Çoxsaylı ordunun saxlanması böyük xərc tələb edirdi. Əmək qabiliyyətli əhalinin istehsaldan ayrılıb orduya cəlb olunması da məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdu. Hökumətin büdcə kəsirini ödəmək üçün apardığı emissiya siyasəti inflyasiya, qiymətlərin bahalaşması və xarici ticarət əməliyyatlarının azalmasına gətirib çıxarmışdı. Türkiyənin ixrac etdiyi kənd təsərrüfatı malları Avropa bazarında rəqabətə dözə bilmirdi. Yeni satış bazarları axtarışı isə uğursuzluqla nəticələnirdi. Buna görə də Türkiyə hökuməti bir sıra islahatlar keçirmək qərarına gəldi. Əhalinin əmək münasibətlərini qaydaya salmaq üçün ƏməK nazirliyi yaradıldı. Bədbəxt hadisələr və qocalığa görə işçilərin sığortası haqqında qanun qəbul edildi. Mətbuat haqqında qanuna dəyiçiklik olundu. Siyasi partiyalar və həmkarlar təşkilatlarının yaradılmasına icazə verildi. Tezliklə onların sayı 30-a çatdı. Bu partiyalardan ən nüfuzlusu C.Bayarın yaratdığı Demokratik partiya idi.

Kəndlilərin narazılığını aradan qaldırmaq üçün ərzaq vergisi ləğv edildi. 1945-ci ildə Türkiyə Böyük Millət Məclisi torpaq islahatı haqqında qanunu təsdiq etdi. Bu qanuna görə ehtiyacı olan hər bir kəndliyə torpaq verilməsi nəzərdə tutuldu. Dövlətə və yerli orqanlara məxsus becərilməyən torpaqlar və 500 hektardan artıq olan şəxsi torpaq sahələri yenidən bölüşdürülərək kəndlilərə verilməli idi. Torpaq payı alan kəndlilər 20 il müddətinə onun dəyərini ödəməli idilər.

Torpaq islahatı 1947-ci ildən həyata keçirilməyə başladı. Şəxsi torpaq sahələrinə toxunulmadı. İslahat aztorpaqlılıq və torpaqsızlıq problemini həll edə bilmədi. Ölkədə ictimai-siyasi hərəkat genişləndi.

Türkiyənin hakim dairələri iqtisadiyyatı dirçəltməK məqsədilə "qapalı" iqtisadi siyasətdən imtina etməli oldular. Onlar respublika dövründə ilk dəfə olaraq ölkənin qapılarını xarici Kapital üçün açıq elan etdilər. Artıq, 1946-cı ildə beşillİK inkişaf planı hazırlanarkən iqtisadiyyatın xarici vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.



Ölkəyə ilk xarici Kapital axınının başlanğıcını qoyan müqavilə 1945-ci il fevralın 23-də ABŞ-la lend-liz haqqında qanundan istifadə üçün bağlanmış saziş idi. Türkiyəyə 10 mln. dollarlıq Amerika Kreditinin verilməsi haqqında ikinci saziş isə 1946-cı il fevralın 27-də imzalandı.

ABŞ prezidenti Trumen 1947-ci il martın 12-də Yunanıstana və Türkiyəyə hərbi və iqtisadi yardım göstərilməsi təklifi ilə Konqresə müraciət etdi. Bu hadisə tarixə "Trumen doktrinası" adı ilə daxil olmuşdur.




Yüklə 320,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin