Ətin saxtalaşdırılmasının təyini üsulları. Bir çox hallarda ətin və ət məhsullarının satışında saxtalaşdırmaya yol verilir ki, bu da cinayət hərəkəti kimi qiymətləndirilir (AR CM-nin 200-cü maddəsi «Istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma»). Belə hallarda ekspertiza yolu ilə saxtalaşdırılmanı müəyyənləşdirmək, günahkar və cavabdeh şəxsləri üzə çıxarmaq lazım gəlir.
Ən əvvəl müəyyənləşdirmək lazımdır ki, “Ətin falsifikasiyası” anlayışı nə deməkdir? Falsifikasiya, yəni saxtalaşdırma aşağıdakı kimi başa düşülür:
“Mənfəət güdmək məqsədilə satış və ya ictimai istehlak üçün nəzərdə tutulmuş məhsulun görünüşünün və ya xassəsinin aldatmaq yolu ilə dəyişdirilməsi”. Cinayət məcəlləsinə görə məhsulun saxtalaşdırılmasında təqsirkar bilinən və yaxud saxtalaşdırılmış məhsulun satışını həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Yuxarıda qeyd edildiyi kimi, bizim respublikada bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsində öz əksini tapmışdır.
Bununla əlaqədar olaraq ət saxtalaşdırılması mümkün olan məhsul kimi qiymətləndirilir. Ozü də bəzən saxtalaşdırma elə məharətlə aparıla bilər ki, hətta mütəxəssislər belə bunu müəyyən etməkdə çətinlik çəkir.
Ətin falsifikasiyası və bu falsifikasiyanın müxtəlif formaları haqqında danışarkən qeyd edilməlidir ki, təhqiqat və istintaq orqanları bir çox hallarda müvafiq ekspertlər qarşısında ətə görə heyvanın növünü, cinsini və yaşının,müxtəlif növ heyvanların ətinin sortlarının, ət cəmdəklərinin kateqoriyalarının təyini və s. bu kimi suallar qoyurlar.
Ətin saxtalaşdırılmasının bir növü də onun sortunun bilərəkdən dəyişdirilmə-sidir. Yəni belə hallarda müxtəlif sortlara aid olan ət hissələrini bir-birilə qarışdıra-raq yüksək sortun qiyməti ilə satırlar.
Ətin falsifikasiyasının təyin edilməsi üçün xüsusi müayinə sxemi mövcuddur.
Ət cəmdəklərinin kateqoriyalarının təyini.
Kəsilmiş heyvanların və quşların ət cəmdəklərinin kateqoriyasının müəyyən edilməsinə zərurət o vaxt yaranır ki, mal, qoyun, keçi və quş ətlərinin kateqoriyalarını saxtalaşdıraraq II kateqoriyaya aid əti I kateqoriyaya aid ətin qiyməti ilə realizə etməyə çalışırlar.
Belə hallarda, cəmdək, yarıımcəmdək və cəmdək halında olan ətin kateqoriyasının təyini üçün müvafiq standartların aşağı hədlərini rəhbər tuturlar: DÖST 779-55 (mal əti); DÖST 195-55 (qoyun əti); DÖST 7724-77 (donuz əti).
Məsələ onunla çətinləşir ki, çox hallarda kateqoriyası təyin edilməsi tələb olunan ət ekspertizaya cəmdək və yarım-cəmdək şəklində deyil, xırda-xırda doğranmış tikələr şəklində daxil olur. Belə xırda ət tikələri üçün isə dövlət standartları nəzərdə tutulmayıb. Ona görə xırda-xırda doğranmış ət tikələrinə görə cəmdəklərin hansı kateqoriyaya aid olmasını təyin edərkən qeyd edilmiş DÖST-lərin aşağı hədlərini rəhbər tutmaqla, aşağıdakı əlamətləri və xüsusiyyətləri nəzərə almaq lazımdır: cəmdəyin müəyyən hissələrində dərialtı piy qatlarının nə dərəcədə toplanması; xırda ət parçalarının cəmdəyin piy qatları toplanan bu və ya digər nahiyəsinə uyğun olub-olmaması; I-ci kateqoriya üçün səciyyəvi olan ətdə mərmərliliyin olmasını və kostal plevra altmda piy qatının toplanmasını.
Onu da nəzərə almaq lazımdır ki, ayn-ayrı ət parçalarında dəyirmi və yaxud kvadrat formalı damğaların izləri qalmış ola bilər ki, diqqətli ekspertiza yolu ilə bu damğala-rın formalarına görə ətin kateqoriyasını, damğanın içindən nömrəyə görə isə ət kombinatının özünü təyin etmək olar.
Bəzi hallarda II kateqoriyaya aid mal cəmdəyinin üzərindən damğanı kəsib götürürlər və həmin cəmdəyi I kateqoriya ət kimi satışa buraxırlar. Belə hallarda ekspertizanın aparılması üçün ekspertə satılmış ət nümunələrindən əlavə, hələ satılmamış ət parçaları da təqdim edilməlidir. Bu zaman ekspertlər hər bir satılmış ət payında ətin sortunu təyin etməli və əgər sortlar saxtalaşdırılıbsa, onda satılmış ümumi kütlədə hər bir sortun kütləsini ayrılıqda müəyyən etməli, satılmış ət paylarında olan tikələrin hansı kateqoriyalı cəmdəkdən götürülməsini aşkar etməli və hər bir sortdan olan tikələrin qiymətini təyin etməlidirlər.
Ətin hansı növ heyvana mənsub olmasının təyini; daxili orqanlara görə heyvanların növünün təyini; sümüklərə, piyə, tükə və əzələyə görə heyvanın növünün təyin olunması; cəmdəyə, dəriyə, tükə, cinsiyyət xromatininə görə heyvanın cinsiyyətinin təyin olunması; ətə görə heyvanın yaşının təyin olunması.
Ətin falsifikasiya növlərindən biri də müəyyən heyvan növünə məxsus ətin başqa növ heyvanın əti adı altında satışı və ya istifadə edilməsidir ki, bunu da bir çox hallarda müəyyən etmək tələb olunur. Bundan əlavə, elə cinayət hadisələri ola bilər ki, ətin hansı növ, hansı yaşda olan heyvana məxsus olmasını təyin etmək zərurəti yarana bilər. Bu məqsədlə kriminalistik ekspertiza təyin edilə bilər.
Heyvanların növündən asılı olaraq onların əti bir-birindən fərqlənir. Bu fərqi müəyyən etmək üçün ətin orqanoleptik xassələrini bilmək və ya xüsusi müayinə üsullarından istifadə etmək lazımdır.