Mövzu 8: Nəqliyyatın istismarı zamanı yaranan asılı bərk hissəciklər və tozların ətraf mühitə mənfi təsiri. «Asılı hissəciklər»



Yüklə 51,74 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü51,74 Kb.
#36516
  1   2   3   4
neqliyyat 8

    Bu səhifədəki naviqasiya:
  • Duman

Mövzu 8: Nəqliyyatın istismarı zamanı yaranan asılı bərk hissəciklər və tozların ətraf mühitə mənfi təsiri.

«Asılı hissəciklər» adlandırılan maddələr dedikdə müxtəlif komponentlər, hər şeydən əvvəl atmosferdə mövcud olan toz, his, kül, tüstü, duman, sulfatlar, nitritlər və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur. Asılı hissəciklərin ölçüsünü, onların təsvirini və mənşəyini, həmçinin kimyəvi tərkibini, çökmə (düşmə) vaxtını və ya hava mühitində qalma vaxtını və ərazidə yayılmasını müəyyən etmək birinci dərəcəli əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01 ...0,1 mkm) hava nümunəsində adətən az miqdarda müəyyən edilir.

Hissəciklərin xırda fraksiyaları (0,1...2,5 mkm) havada toplanır və uzaq məsafələrə aparıla bilir. İri hissəciklər (2 mkm-dən iri) qravitasiya çökmə prosesində yerə düşür, lakin bəzən küləyin təsirindən yuxarı qalxaraq havanın yenidən çirklənməsinə səbəb olur.

Aerodinamik diametri 2,5 mkm olan hissəciklər PM 2,5 (ingiliscə I partikulate matter), 10 mkm olan hissəciklər PM 10 adlandırılır. Ümumdünya I səhiyyə təşkilatı diametri 10 mkm-ə qədər olan asılı bərk hissəciklərlə (PM 10)1 şəhərlərin çirklənməsini hazırda ən ciddi problemlərdən biri hesab edir. Bu hissəciklər insan sağlamlığına daha ciddi təsir edir. Asılı hissəciklərin yüksək konsentrasiyasının SO2 ilə birlikdə təsiri xüsusilə qorxuludur. Bu hissəcikləri ağciyərin dərinliyinə keçəcək respirator və digər xəstəliklər törədir. Son zamanlarl bu hissəciklərin geniş öyrənilməsinə başlanıb.



Asılı hissəciklərin yaranmasının əsas mənbəyi yanma prosesidir. İstilikl elektrik stansiaylarında, zibil yandırma müəsisələrində, məişət sobalarında, daxili I yanma mühərriklərində yanma, sement yandırma sobaları, meşə yanğınları asılı hissəciklərin yaranmasında böyük rol oynayır. Yanma nəticəsində meydana çıxan hissəciklər adətən 1 mkm-dən kiçik diametrə malik olur. Onların tərkibində həmçinin də qorxulu maddələr - asbest, ağır metallar, sürmə və s. olur.

Toz üzvi və mineral_mənşəli kicik bərk hissəciklər üçün istifadə olunan ümumi termindir. Çökən toz, ölçüsü 10 mkm-dən böyük olan və ölçüsü 0,1-0,5mkm olan mexaniki davamlı aerosuspenziyalar fərqləndirilir. Duman ölçüsü 0,01-3 mkm olan maye hissəciklərdən ibarətdir. Tüstülər ölçüsü 0,01-1 mkm-ə qədər olan həm bərk, həm də maye hissəciklərdən ibarətdir. Onlar yüksək temperaturda uçub kənarlaşan maddələrdən və ya kimyəvi reaksiya nəticəsində yaranır. Toz hissəciklərinin, ölçüsü 0,01 ...100 mkm arasında dəyişir, hissəciklərin orta ölçüsü 5 mkm olur. Tozun kimyəvi tərkibi və miqdarı yol örtüyünün materialından asılıdır. Dənəvər örtüklü (çınqıl) yollarda əmələ gələn tozlarda əsasən silisum 4 oksid üstünlük təşkil edir. Torpaq yollarda yaranan tozun 90%-ni kvars hissəcikləri, yerdə qalan hissəsini isə alüminium, dəmir, kalsium və s. maddələrin oksidləri təşkil edir. Asfalt-beton örtüklü yollarda tozun tərkibində əlavə olaraq əlaqələndirici bitum materiallar, yollarda zolaqların qeyd olunması üçün istifadə edilən rəngin və ya plastmasın hissəcikləri olur.

Havanın tozluğunun maksimal qiyməti yol örtüyünün 10 m-ə qədər ətraf sahəsində olur. Aparılan təcrübi sınaqlar göstərir ki, küləyin sürəti 3 dəfə artdıqda, torpaq yollarda toz 3-5 dəfə, asfalt-beton örtüklü yollarda isə 15 dəfəyə qədər artır, tozlaşmanın maksimal qiyməti yol örtüyündən 10 m məsafədə təsadüf olunur. Torpaq yollarda tozun miqdarı 18 mq/m3-a qədər ola bilər. Yollardan qalxan toz hissəciklərinin yer səthindən hündürlük üzrə paylanmasını müəyyən etmək üçün aparılan sınaqda - cədvəl 8-də göstərilən nəticə əldə edilib (təcrübə havanın 30°C temperaturunda, küləyin 3 m/san sürətində aparılıb).



Nümunənin götürülmə hündürlüyü, m

Tozun orta konsentrasiyası və təyin olunma dəqiqliyi, mq/m3

20 mkm-lik fraksiyaların miqdarı, %

Hissəciklərin orta radiusu, mkm

1

1,5±0,1

54

1,6

10

1,0±0,1

63

1,6

20

0,15±0,1

70

1,1

Təcrübə zamanı 1 m hündürlükdə tozun buraxıla bilən konsentrasiya həddi (BKH) normadan 10 dəfə çox olduğu halda 20 m hündürlükdə BBK-ya uyğundur. Tozun əsas hissəsi (30%-ə qədəri) 10 m-ə qədər hündürlükdəki mühitdə yerləşir, I hündürlük artdıqca onun ölçüləri kiçilir 25 m hündürlükdə kiçik hissəciklər artıq 74% təşkil edir. Təcrübələr nəticəsində məlum olub ki, toz əmələgəlmə intensivliyi I yol örtüyünün keyfiyyətindən, torpaq örtüyünün vəziyyətindən, metroloji şəraitdən I (hava axınlarının sürəti və toz şəkilli materialın nəmliyindən) və nəqliyyat I vasitələrinin hərəkət sürətindən asılıdır.

Tozlaşmanın ekoloji nəticələri yolun kənarında olan insanlarda, sürücülərdə və sərnişinlərdə hiss edilir, onlar hava ilə böyük miqdarda tozlaşmış hissəciklər udur və öz sağlamlıqlarına zərər vururlar.

Toz yaşıl bitkilər və yol ətrafi canlılar üçün də zərərlidir. Yol ətrafında əkilmiş kənd təsərrüfatı bitkiləri insan sağlamlığına ciddi zərər vurur.

Toz su hövzələrini də çirkləndirir. Yağış və ərimiş qar suları asfalt üzərindəki çirkləndirici maddələri yuyaraq su hövzələrinə axıdır. Aparılan tədqiqatlar nəticəsində müəyyƏfi olunub ki, hərəkət intensivliyi sutkada 10 min avtomobil olan yolun 1 km-dərivsu hövzələrinə hər il orta hesabla 540 kq toz axıdılır. Asfaltın səthindən süzülən leysan sularında toz hissəciklərinin miqdarı uyğun olaraq 1300...2700 mq/l təşkil edir.

Tozla bərabər yağış suları asfaltın üzərindən digər çirkləndirici maddələri də yuyur. Belə böyük miqdarda çirkləndirici maddələrin su hövzələrinə axması bu hövzələrdəki bitkilərə, balıqlara və digər canlılara mənfi təsir göstərir.

Avtomobil yolunda olan toz yağış yağmağa başladıqda yol-nəqliyyat hadisələrinin yaranması üçün şərait yarada bilər. Tozun kiçik- quru hissəcikləri hava ilə zəngin olur su ilə dərhal nəmliklə doymur- Buna görə da yağışın ilk damcıları tozun hissəciklərini islatmır, yağış güclənməyənə qədər onlar yoldan yuyulmur. Nəticədə palçıq əmələ gəlir və şinlərin yolla ilişmə əmsalı kəskin azalır. Belə şəraitdə tormozlanma təkərlərin bloklanmasına, yana sürüşməyə, nəticədə YNH-nə səbəb ola bilir.




Yüklə 51,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin