Daşqınlar baş verərkən əhalinin fəaliyyəti daşqını qabaqlama müddətindən və keçən illər baş vermiş belə fəlakət zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla təşkil olunur. Köçürülmə barədə fövqəladə komissiyanın xüsusi sərəncamı radio, televiziya vasitəsilə, müəssisələrin, idarələrin, məktəblərin, MİS və evlər idarələrinin müdiriyyəti tərəfindən elan edilir. Adamlar daşqın zonasından kənardakı ən yaxın yaşayış məntəqələrinə köçürülür, buradakı ictimai binalarda, yaxud yerli əhalinin evlərində müvəqqəti yerləşdirilir.
Uşaqları təhlükəsiz sahələrdəki məktəblərə və müəssisələrə köçürürlər. Kifayət qədər vaxt olduqda təhlükəli rayonlardan əhalini onların əmlakı ilə birlikdə daşıyıb çıxarırlar.
Dostları ilə paylaş: |